Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.
Beri (Maku)
Beri (fars. بري‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 663 nəfər yaşayır (113 ailə).
Bəri bax
Bəri bax — Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Mahnı Azərbaycanın xalq mahnısı Bəri baxın yenidən işlənmiş versiyasıdır. Mahnı duet şəklində Brilyant Dadaşova tərəfindən Azərbaycan türkcəsində və Skruk xoru tərəfindən Norveç dilində ifa edilib. Mahnı Norveçdə çıxarılan "Landet Vi Kommer Fra" (Gəldiyimiz torpaqlar) albomunda və Türkiyədə çıxarılmış Azerbaycan Şarkıları albomlarına daxil edilib.
Əl-Bəri
Əl-Bəri (ər. البارئ) — Allahın adlarından biri. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 24) Yaşadığımız kainat ilə əlaqədar hər şeydə bir tarazlıq və ahəngə rast gələrik. Xüsusilə elm sahəsində yeni inkişaflar yazılıb bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşməkdədir. Görünən odur ki, kainat üzərində var olan hər sistem Üstün Bir Ağlın dizaynıdır. Bu Üstün Ağlın Sahibi, hər şeyi heyrət ediləcək bir nizam içində var etmişdir.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Beril
Beril — mineral, Al2Be3[Si6O18]. == Haqqında == Beril adətən 5-7% qədər Na, Li, K, bəzən Rb, Cs, (OH) daşıyır. Heksaqonal təbaşirləri prizmatik, tək-tək, bəzi hallarda druzlar şəklində rast gəlir. Ayrılma {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi adətən ağ, yaşılımtıl, sarımtıl. Parıltı: şüşəli. Sərtlik 7,5-8. Xüsusi çəkisi 2,8. Qranit və qranit peqmatitlərin boşluqlarında, kvars-muskovitli damarlarda, pla­gioklazit və qreyzenlərdə tapılır.
Bern
Bern — İsveçrənin paytaxtı və dördüncü böyük şəhəri.Bu şəhər Albert Eynşteynin fəaliyyət göstərdiyi , Tobleron şokoladlarının hazırlandığı , Emmental pendirinin istehsal olunduğu yerdir. == Tarixi == Qədim əfsanəyə görə Bern şəhəri 1191-ci ildə "Berchthold V. von Zähringen" tərəfindən qurulmuşdur. Ovladığı (bu şəhərdə rastına çıxdığı) ilk heyvan ayı olmuş və o ayının şərəfinə şəhəri Bern adlandırmışdır. Bar (bear) almancada ayı deməkdir. == Coğrafiyası və iqlimi == İsveçrənin mərkəzindən 20 km şimalda yerləşir. Bern yayda sərin, qışda soyuq olur.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Beyi
Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır. == Toponimikası == 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Bəqi
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Geri
Geri (ad)
Adam Berri
Adam Berri (ing. Adam Berry) — ABŞ bəstəkarı. == Filmoqrafiya == Herkules Kim Possibl Ulduz Komandasından Bazz Layterin macəraları Madaqaskar pinqvinləri Tara Bethoven 5 == İstinadlar == == Əlavə ədəbiyyat == Nye, Sean. "From Punk to the Musical: South Park, Music, and the Cartoon Format." Music In Television: Channels of Listening, ed. James Deaville. London: Routledge, 2011. pp. 143–64. Nye, Sean. "Generation X, South Park, and TV Music Composition: An Interview with Adam Berry.” Music In Television: Channels of Listening, ed.
Alban Berq
Alban Berq (alm. Alban Maria Johannes Berg‎, 9 fevral 1885[…], Vyana – 24 dekabr 1935[…], Vyana)—XX əsrin II Vyana məktəbi üzvlərindən biri, avstriyalı bəstəkar və pianoçu == Həyatı == Alban Berq 9 fevral 1885-ci ildə Vyanada tacir ailəsində anadan olmuşdur. Valideynlərinin musiqiyə olan marağı kiçik yaşlarından Alban Berqə təsir göstərmiş, 15 yaşına çatdıqda artıq bir çox mahnı və duet bəstələmişdi. Onun ilk bəstələri əsasən klassik janrda idi. 1904-cü ildə radikal bəstəkar Şönberqlə tanışlığı Berqin həyatında dönüm nöqtəsi hesab edilir. Onlar arasında ilk əvvəl müəllim-tələbə, daha sonra isə dostluq münasibətləri yaranmışdı. Bəstəkar 1911-ci ildə Helen adlı bir qadınla ailə həyatı qurmuşdur. == Fəaliyyəti == 1908-ci ildə Op. 1 Piano Sonatısını, 1910-cu ildə Op 2 Mahnılar və eyni il Op. 3 simli Dördlü əsərlərini bəstələyən bəstəkar son əsərini həyat yoldaşına həsr etmişdir.
Bari FK
Bari FK (it. Società Sportiva Calcio Bari) – İtaliyanın Bari şəhərini təmsil edən futbol klubu. 1908-ci ildə qurulmuşdur. Ev oyunlarını 58.270 tamaşaçı tuta bilən San Nikola stadionunda oynayır. Klub hazırda İtaliyanın B Seriyasında çıxış edir. == Tarixi == XX əsrin 30–40-cı illəri klub tarixinin ən uğurlu dövrü hesab olunur. Bu zaman kəsiyində komanda A Seriyasının daimi iştirakçısı olmuş, 1947-ci ildə isə klub, A Seriyasında 7-ci yerdə qərarlaşmışdır. 1950-ci illərdən başlayaraq klub zəifləyir. Bu dövrdə klub A Seriyasında cəmi 5 mövsüm keçirdir (1958–61, 1963–64 və 1969–70). 1974-cü ildə komanda C seriyasına qədər düşür.
Bari Məhəmmədəli
Bari Məhəmmədəli (27 yanvar 1989 və ya 27 oktyabr 1989, Göktoğay[d], Sincan-Uyğur Muxtar Rayonu) — hazırda "Qingdao Huanqhay" komandasında oynayan yarımmüdafiəçi Uyğur-Çinli futbolçudur. == Klub karyerası == Bari Sincanda anadan olub. Hər iki valideyninin də yerli Mədən Bürosunda çalışdığına, cüzi maaşlarına baxmayaraq, oğulları üçün məşq etməsi və futbol dərslərini ödəməsi üçün kiçik bir futbol meydançası quraraq fəal şəkildə futbol inkişafına təşviq etdilər. Valideynlərinin təşviqi Barinin Sincan Kişi Futbol Komandası tərəfindən 2005-ci ildə Çin Milli Oyunlarında iştirak etmək üçün kəşf olunduğu Sincan Mahnı Kinqlinq Futbol Məktəbində oynamasına təkan verdi. Turnirdən sonra yerli Sincan futbol idarəsi 2006-cı il peşəkar Çin futbol liqalarında iştirak etmək qərarına gəldi və üçüncü sıradakı "Sincan Ticai" adlı bir komandaya daxil oldular. 2005-ci il Çin Milli Oyunlarına qatılan heyətdən istifadə etdilər. 2007 liqası mövsümündə Bari böyük komandaya yüksəldi və kluba dörddəbir finalda nokaut edildikləri bir yüksəliş pley-off mövqeyiylə kömək etdi. Növbəti mövsüm Sincan əvvəlki mövsümdəki nəticələrini inkişaf etdirə bilmədiyini və rəhbərliyin komandanı ləğv etmək qərarına gəldiyini bildikdən sonra 2009 Çin Milli Oyunlarına çata bilmədiyini müəyyənləşdirdi. Bari 2009-cu il Çin Milli Oyunlarında ilkin hazırlıq dövründə futbol məşqçisi Vu Cinqui tərəfindən kəşf edildi və üst səviyyəli klub olan "Hanqcu Qrintovn"-a baş məşqçi olaraq qatıldıqdan sonra Barini futbolçularından biri halına gətirdi. İlk oyununu 27 mart 2010-cu ildə "Şandonq Lunenq"-ə qarşı keçirdi və 4-2 məğlubiyyətlə bitən bir oyunda Fan Xiaodonqun əvəzinə meydana çıxdı.
Barı (Urmiya)
Barı (fars. باري‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (53 ailə).
Belı adası
Belı adası — Kara dənizində yerləşən nisbətən iri ada. Ada Yamal yarımadasından Malıgin boğazı ilə ayrılır. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsinin ərazisində yerləşir. Daimi əhalisi yoxdur. 1933 ildən adada qütb meteostansiya (M.V.Popov adına) fəaliyyət göstərir == Coğrafiyası == Sahəsi 1900 km², hündürlüyü 12 metrdir. Səthi tundra bitkiləri ilə örtülü olur. Adada termokarst göllər vardır. Materikə ən yaxın məsafə 9 metrdir. Səthi düzənlikdir. Şimal və şərq sahilləri alçaqdır.
Benthophilus baeri
Ber çömçəxulu (lat. Benthophilus baeri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Əsasən Orta və Cənubi Xəzərdə qeydə alınmış endemik növdür. Azərbaycan sahillərində Xaçmazdan Giləziyə qədər çoxsaylı, qalan hissədə isə azsaylıdır. == Morfoloji əlamətləri == D I-II, I 7-8, A I 7-dir. Birinci bel üzgəcində 1 şüa olur. Bədəni gödək, ön hissəsi xüsusən baş nahiyəsində enli və yoğundur. Ağzın küncləri arxasında dəri qırış əvəzinə dəri bığcıq vardır. Bədənin üst tərəfi, böyürləri və başı daha iri piramidaşəkilli və ulduzlu sümük tikancıqlarla örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri xal vardır.
Bern fəvvarələri
Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar. == Tarix == Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda, yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
Bern tramvayı
Bern tramvayı — Bern şəhərinin ictimai nəqliyyat növlərindən biridir. Tramvay şəbəkəsi üç marşrutdan ibarətdir və Riffelalp tramvayı istisna olmaqla İsveçrənin ən kiçik nəqliyyat sistemi sayılır. Bern şəhərinin tramvay və digər ictimai nəqliyyat növləri Barnomobil təşkilatının dəstəyi ilə fəaliyyət göstərir. == Xəttlər == Hal-hazırda Bern tramvayın ümumi uzunluğu 33,449 km-ə bərabər 5 xətti mövcuddur: == Tarix == Bern tramvayı 1 oktyabr 1890-cı ildə açılmışdır. Əvvəlcə pnevmatik tramvaylar istifadə olunurdu (yəni sıxılmış hava ilə çalışan tramvaylar). 1894-cü ildən şəhərdə həmçinin buxarlı tramvay fəaliyyət göstərməyə başlamışdır. 1902-ci ildən etibarən, Bernin bütün tramvay şəbəkəsi elektrifikasiya olunmuşdur. Bern erkən dövrdən aşağı əsaslı tramvayların istismarına başlamışdı. Aşağı döşəməli tramvayların ilk seriyası (Be4 / 8, № 731–742 tipli) 1990-cı ildə fəaliyyətə başlamışdır. İkinci seriya artıq Combino tramvayları idi.