Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lionlu Blandina
Lionlu Blandina və ya Müqəddəs Blandina (fr. Blandine, lat. Blandina; II əsr, Lion – 177, Lion) — erkən xristian əzabkeşi. == Həyatı == 177-ci ildə yepiskop Pofin və başqaları ilə birlikdə Mark Avrelinin rəhbərliyi altında Lionda xristianların təqibləri zamanı əzabkeş olmuşdur. O, Liondakı bir xristian qadının gənc qulluqçusu idi və bədəninin zəifliyinə baxmayaraq, hər cür işgəncələrə möhkəm dözmüş, həmçinin başqalarının ruhunu dəstəkləmişdir. Amfiteatrda heyvanlar ona toxunmamış, buna görə də Roma səlahiyyətliləri onu yenidən həbs edərək orada qamçılamış və qaynar oturacağa yerləşdirmişdilər. Bundan sonra o, öküz ilə qarşı-qarşıya qoyulmuş və ardınca asılmışdır. Xristianların onu basdırmasının qarşısını almaq üçün bədəni yandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Yevsevi. "Kilsə tarixi".