Lionlu Blandina

Lionlu Blandina və ya Müqəddəs Blandina (fr. Blandine, lat. Blandina; II əsr, Lion177, Lion) — erkən xristian əzabkeşi.

Lionlu Blandina
Doğum tarixi II əsr
Doğum yeri
Vəfat tarixi 177
Vəfat yeri
Xatirə günü 2 iyun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

177-ci ildə yepiskop Pofin və başqaları ilə birlikdə Mark Avrelinin rəhbərliyi altında Lionda xristianların təqibləri zamanı əzabkeş olmuşdur. O, Liondakı bir xristian qadının gənc qulluqçusu idi və bədəninin zəifliyinə baxmayaraq, hər cür işgəncələrə möhkəm dözmüş, həmçinin başqalarının ruhunu dəstəkləmişdir. Amfiteatrda heyvanlar ona toxunmamış, buna görə də Roma səlahiyyətliləri onu yenidən həbs edərək orada qamçılamış və qaynar oturacağa yerləşdirmişdilər. Bundan sonra o, öküz ilə qarşı-qarşıya qoyulmuş və ardınca asılmışdır. Xristianların onu basdırmasının qarşısını almaq üçün bədəni yandırılmışdır.[1]

  1. Бландина // Православная богословская энциклопедия (rus). II. Археология — Бюхнер Адрес. СПб. 715–716. 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]