Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərzqat
Mərzqat, Mərzəğat və ya Mərzəkit — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 12–14 km cənub-şərqdə, Araz çayının sol sahilində, Aldərə kəndinin yaxınlığında yerləşirdi. == Etimologiyası == Toponim fars dilində "tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt, sərhəd" mənasında işlənən "mərz" sözü ilə türk dilində "yaşayış məntəqəsi, ev, kənd, şəhər, qala" mənasında işlənən "kat" (qat) sözünün birləşməsindən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 255 nəfər, 1886-cı ildə 301 nəfər, 1897-ci ildə 281 nəfər, 1904-cü ildə 766 nəfər, 1914-cü ildə 751 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar 1923–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı kəndin sakinləri Aldərə kəndinə köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.
Yuri Brezan
Yuri Brezan (y.sorb Jurij Brězan; 9 iyun 1916[…], Rekkelvits[d] – 12 mart 2006[…], Kaments[d], Saksoniya) — Yuxarı sorb və alman yazıçısı, şair, tərcüməçi, dramaturqu və jurnalisti. == Həyatı == Yuri Brezan 1916-cı ildə anadan olub. O, Yuxarı Sorb mədəniyyətinin mərkəzi sayılan Bautzen şəhərindəki məktəbdə oxuyub. Nasistlər hakimiyyətə gəldikdən sonra o, gizli şəkildə Sorbların "Domowina" təşkilatında çalışmış və sorbialılar ilə arasında müqavimət hərəkatının fəal iştirakçısı olmuşdur. 1937-1938-ci illərdə Praqaya mühacirət edib. Qayıdandan sonra 1938-1939-cu illərdə həbs olunur. 1942-1944-cü illərdə Vermaxt əsgəri olub və Amerika qoşunları tərəfindən əsir götürülüb. 1945-1948-ci illərdə Domovinada gənclərin nümayəndəsi işləyib. 1949-cu ildən əsas fəaliyyəti yazıçı olmağı seçib. == Yaradıcılığı == Yuri Brezan 30-a yaxın dilə tərcümə olunan romanları sayəsində 20-ci əsrin görkəmli Sorb yazıçısı oldu.