Yuri Brezan

Yuri Brezan (y.sorb Jurij Brězan; 9 iyun 1916[1][2][…], Rekkelvits[d][3]12 mart 2006[1][2][…], Kaments[d], Saksoniya[3]) — Yuxarı sorb və alman yazıçısı, şair, tərcüməçi, dramaturqujurnalisti.

Yuri Brezan
y.sorb Jurij Brězan
Təxəllüsü Dušan Šwik
Doğum tarixi 9 iyun 1916(1916-06-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 mart 2006(2006-03-12)[1][2][…] (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı 1
Fəaliyyəti jurnalist, tərcüməçi, yazıçı, şair, dramaturq
Əsərlərinin dili Yuxarı sorb dili[4], alman dili[4]
Üzvlüyü
  • Berlin İncəsənət Akademiyası[d],
  • ADR İncəsənət Akademiyası[d]
Mükafatları "Karl Marks" ordeni National Prize of East Germany
jurijbrezan.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuri Brezan 1916-cı ildə anadan olub. O, Yuxarı Sorb mədəniyyətinin mərkəzi sayılan Bautzen şəhərindəki məktəbdə oxuyub. Nasistlər hakimiyyətə gəldikdən sonra o, gizli şəkildə Sorbların "Domowina" təşkilatında çalışmış və sorbialılar ilə arasında müqavimət hərəkatının fəal iştirakçısı olmuşdur. 1937-1938-ci illərdə Praqaya mühacirət edib. Qayıdandan sonra 1938-1939-cu illərdə həbs olunur. 1942-1944-cü illərdə Vermaxt əsgəri olub və Amerika qoşunları tərəfindən əsir götürülüb. 1945-1948-ci illərdə Domovinada gənclərin nümayəndəsi işləyib. 1949-cu ildən əsas fəaliyyəti yazıçı olmağı seçib. [5]

Yuri Brezan və Krista Vulf(1981)

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yuri Brezan 30-a yaxın dilə tərcümə olunan romanları sayəsində 20-ci əsrin görkəmli Sorb yazıçısı oldu. Feliks Hanuş haqqında trilogiya (1958-1964) - sorbiyalı kəndli oğlan haqqında sosial roman hansı ki, ADR-də sosialist realizminin nümunəsi kimi nəzərdən keçirilirdi. Müəllifin bayağı yaradıcı üsullardan istifadə etməkdən çəkinmədiyi məşhur “Qoca ata” (1982) qısa romanında insanın özü üçün seçdiyi ölümünün ləyaqətindən danışılırdı. Brezanın əsərlərində Sorb folklorundan çoxlu elementlər var. Belə ki, sehrbaz Krabat obrazı əsasında Brezan geniş fəlsəfi “Krabat” dastanını yaratdı (birinci hissəsi 1976-cı ildə nəşr olundu), burada Sorb xalq əfsanələri fonunda müasir tərəqqi haqqında hekayə yerləşdirdi. Krabatın mistik obrazının köməyi ilə o, etik və əxlaqi sərhədləri bilməyən təbiətşünasların daxili qorxularını açmağa çalışıb. Ədəbi karyerası ərzində Yuri Brezan ADR-də bir çox mükafatlar alıb. 1969-1989-cu illərdə Yuri Brezan ADR Yazıçılar İttifaqının sədr müavini olub.[6]

Brezanın Horni Hajnkdakı evi

Kompozisiyaları

[redaktə | mənbəni redaktə et]
Yuri Brezanın məzarı
  • Auf dem Rain wächst Korn. 1951.
  • 52 Wochen sind ein Jahr. 1953 (roman; 1955-ci il film adaptasiyası).
  • Christa. 1957, ISBN 978-3-355-00421-3 (1989), (Hekayə).
  • Der Gymnasiast. Verlag Neues Leben, Berlin 1958 (Roman).
  • Das Mädchen Trix und der Ochse Esau. 1959.
  • Borbass und die Rute Gottes. 1959 (Povest).
  • Semester der verlorenen Zeit. 1960 (Roman).
  • Eine Liebesgeschichte. 1962.
  • Mannesjahre. 1964 (Roman).
  • Der Elefant und die Pilze. 1964 (Hekayə).
  • Reise nach Krakau. 1966 (Povest).
  • Die schwarze Mühle (Roman). 1968 (Povest).
  • Der Mäuseturm. 1971 (Hekayələr).
  • Krabat oder Die Verwandlung der Welt. 1976 (Roman).
  • Ansichten und Einsichten. 1976 (Esselər).
  • Die Rattenschlacht. 1977 (Hekayələr).
  • Der Brautschmuck und andere Geschichten, 1979.
  • Bild des Vaters. 1982 (Roman).
  • Dalmat hat Ferien. 1985 (Uşaq kitabı).
  • Wie das Lachen auf die Welt kam. 1986 (Hekayələr).
  • Bruder Baum und Schwester Lerche. 1991, ISBN 3-7420-0918-4.
  • Das wunderschöne blaue Pferd. 1991, ISBN 978-3-742-00633-2.
  • Moja archa Horni Hajnk. 1991, ISBN 978-3-473-33482-7.
  • Krabat oder Die Bewahrung der Welt. 1993, ISBN 978-3-742-02187-8 (Roman).
  • Rifko – aus dem Tagebuch eines Dackels. 1994, ISBN 3-7420-1555-9 (Uşaq kitabı).
  • Die Leute von Salow. 1997, ISBN 978-3-378-00600-3 (Roman).
  • Krabat oder die Bewahrung der Welt. Domowina-Verlag, 1995, ISBN 978-3-742-01600-3 (Roman).
  • Ohne Pass und Zoll. 1999, ISBN 978-3-378-00617-1 (avtobioqrafiya).
  • Die grüne Eidechse. 2001, ISBN 978-3-746-61701-5 (Roman).
  • Hunds Tagebuch. 2001, ISBN 978-3-378-00633-1 (Povest).
  • Die Einladung. 2003, ISBN 978-3-378-00633-1 (Novella).
  • Habakuk. 2004, ISBN 978-3-7420-1963-9 (Povest).
  • Die Jungfrau, die nicht ins Bett wollte. 2006, ISBN 978-3-7420-2028-4 (Xalq nağılı).
  • Der alte Mann und das enge Weite. 2006, ISBN 978-3-936-75830-6 (Povest).
  1. 1 2 3 4 Jurij Brězan // filmportal.de. 2005.
  2. 1 2 3 4 Jurij Brězan // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118515276 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  5. "Arxivlənmiş surət". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
  6. "Arxivlənmiş surət". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.