Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bitola
Monastır yun. Μπίτολα/Μοναστήρι, türk. Manastır, alb. Manastiri/Manastir) və ya Bitola (mak. Битола (), bolq. Битоля, serb. Битољ) — Şimali Makedoniyanın əhalisinə görə ikinci ən böyük şəhəri. 1383-1912-ci illərdə Osmanlı dövlətin tərkibində idi (Manastır adlanırdı). Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1896-1899 buradakı hərbi məktəbində oxuyurdu. Şəhər ölkənin cənub-qərbində yerləşir.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Fatixa Aitova
Fatixa Aitova (tatar. Фатиха Габделвәли кызы Аитова (Яушева) 1886, Troitsk[d], Orenburq quberniyası[d] – 1942, Kazan) — Tatar xeyriyyəçisi və maarifçisi, Kazanda ilk qadın gimnaziyasının qurucusu. == Bioqrafiyası == Fatixa Aitova Troitsk şəhərindən olan gildiya taciri Abdulvəli Yuşevin ailəsində anadan olmuşdur. Yuşevlər ailəsi yenilənmiş Müsəlman Cədidizm hərəkatının fəal iştirakçıları və sponsorları arasında idi. Onlar yeni metodik məktəblərin açılmasını fəal olaraq dəstəkləyirdi. 1887-ci ildə Fatixa, sahibkar və ictimai xadim, varlı Kazan Aitov ailəsinin nümayəndəsi Süleyman Aitovla evlənir. 1897-ci ildə Aitova öz hesabına Qazanda yoxsul ailələrdən olan qızlar üçün ibtidai məktəb açır. Məktəb Paltar salonunda yerləşirdi. Əvvəlcə məktəbdə zərgərlik, tikmə, toxuculuq tədris olunurdu. 1899-cu ildə Aitova təhsil ocağını genişləndirir, orada dörd sinifdə təlimlər aparılırdı.
Qalina Ritova
Qalina Ritova (d. 10 sentyabr 1975) — Rusiyanı və Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Qalina Ritova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Qalina Ritova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Yelizaveta Bıkova
Yelizaveta Bıkova (rus. Елизаве́та Ива́новна Бы́кова; 4 noyabr 1913 – 8 mart 1989, Moskva) — SSRİ şahmatçısı qadınlar arasında üçüncü və beşinci dünya çempionu. == Həyatı və dünya çempionluğu == Yelizaveta Bıkova 1913-cü il noyabrın 4-də Vladimir vilayətində anadan olub. Dördüncü sinfi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya, qardaşının yanına gedir. Məktəbi bitirdikdən sonra əvvəlcə plan-iqtisadiyyat texnikumunu, sonra isə ali məktəbi qurtarmışdır. Şahmat oynamağı qardaşından öyrənmişdir. Lakin oxuduğu üçün turnirlərdə iştirak etməmişdir. İlk dəfə 1935-ci ildə Moskva çempionatında oynayan Bıkova sonuncu yeri tutmuşdur. Lakin tezliklə istəyinə nail olaraq, şahmat məktəbinə üzv yazıldı və nəzəriyyəni öyrənməyə, tez-tez turnirlərdə çıxış etməyə başladı. Çox keçmədi ki, Moskvanın, sonralar isə ölkənin ən güclü qadın şahmatçılarından biri oldu.
Böyük Vitovt Universiteti
Böyük Vitovt Universiteti (latış. Vytauto Didžiojo universitetas‎, abbr. VDU) — Litvanın Kaunas şəhərində yerləşən universitet. Onun əsası müharibə arası dövründə, 1922-ci ildə milli universitetin alternativi kimi qoyulub. 2015/16 QS World University Rankings-də 701-800 yeri tutur. == Tarix == 1918-ci ildə Litva Respublikası yaradılıb və bundan dörd il sonra, 1920-ci ilin yanvarın 27-də Ali Təhsil Kursları Assosiasiyası Ali Təhsil Kursları özəl məktəbi açıb. 1922-ci ilin fevralın 16-da onun əsasında Litva Universiteti adı altında dövlətin ilk və müharibə arası dövründə tək olan ali təhsil ocağı açılıb. O dövrün ərzində, universitetin yeddi rektoru və 3790 məzunu olub. 1930-cu ildə, Böyük Vitovtun 500 illik qutlaması olmuşdu və bunnnan əlaqədər, universitetin adını indiki adına dəyişdirdilər. 1944-cü ildə Litva SSRİ tərəfindən işğal olunub və 1950-ci ildə universitet bağlanılıb.
Böyük Vitovt körpüsü
Böyük Vitovt körpüsü (lit. Vytauto Didžiojo tiltas) — Litvanın Kaunas şəhərindən axan Nemans çayı üzərindəki avtomobil körpüsü. Körpü şəhərin mərkəzi hissəsini Aleksotas rayonu ilə birləşdirir. == Yerləşməsi == Körpü Karalyus Mindauqo prospektini Veyveriu küçəsi ilə birləşdirir. Sol sahil boyunca uzanan Q. və O. Minkovski və Ujnemunes küçələri körpüdə birləşir. Körpünün yaxınlığında Vitovt kilsəsi və Aleksotas funikulyoru yerləşir. Körpüdən yuxarıda Maironisa küçəsi boyunca bir piyada körpüsü, aşağıda isə Lampecyay körpüsü vardır. == Adı == 1915-ci ildə alman hərbçiləri tərəfindən inşa edilən taxta körpü Hohenzollernbrücke adlandırıldı. 1930-cu ildə açılan daimi körpü burmister Kaunas Yonas Vileyşisin təklifi ilə Böyük Vitovtın adını daşımağa başladı. 1940-cı ilin sentyabrında Kaunas Bələdiyyə Başçısı Antanas Qarmausun qərarı ilə müstəqil Litva dövrünə aid adların dəyişdirilməsi kampaniyası zamanı körpünün adı Aleksotasa dəyişdirildi.
Vaska Bicova-Qaydova
Vaska Bicova-Qaydova (mak. Васка Биџова-Гајдова; 26 iyun 1924, Pirlepe – 5 sentyabr 2004, Skopye) — Yuqoslaviya və Şimali Makedoniya opera müğənnisi (koloratura soprano). == Həyatı == Vaska Bicova-Qaydova 1924-cü ildə Prilep şəhərində anadan olmuşdur. Gənclik illərində müxtəlif xorlarda oxuyur və dərs deməyi planlaşdırırdı, lakin dirijor və bəstəkar Stefan Qaydovun məsləhəti ilə Skopyedəki Nina Monastri-Kuneli musiqi məktəbinə daxil oldu və 1951-ci ildə Makedoniya Milli Teatrının opera səhnəsində debüt etdi, "Sehirli fleyta" operasında Gecə Kraliçası rolunu canlandırdı. Sonra müğənni təhsilini Lyublyanada davam etdirdi, 1956-cı ildən 1958-ci ilə qədər isə Vyana Musiqi Akademiyasında (indiki Vyana Musiqi və İfaçılıq İncəsənəti Universiteti) oxudu. 1974-cü il oktyabr Vaska Bicova-Qaydova Makedoniyanın "11 oktyabr" adlı Dövlət Mükafatı, 1979-cu ildə isə Yuqoslaviya Musiqiçilər Birliyinin Qızıl Lira mükafatına layiq görüldü. 5 sentyabr 2014-cü ildə Skopye şəhərində vəfat etdi.