Vaska Bicova-Qaydova

Vaska Bicova-Qaydova (mak. Васка Биџова-Гајдова; 26 iyun 1924, Pirlepe5 sentyabr 2004, Skopye) — YuqoslaviyaŞimali Makedoniya opera müğənnisi (koloratura soprano).[1]

Vaska Bicova-Qaydova
mak. Васка Биџова-Гајдова
Ümumi məlumatlar
Doğum tarixi 26 iyun 1924(1924-06-26)
Doğum yeri
  • Pirlepe, Serblər, xorvatlar və slovenlər krallığı[d]
Vəfat tarixi 5 sentyabr 2004(2004-09-05) (80 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Səs tembri soprano

Vaska Bicova-Qaydova 1924-cü ildə Prilep şəhərində anadan olmuşdur.[2] Gənclik illərində müxtəlif xorlarda oxuyur və dərs deməyi planlaşdırırdı, lakin dirijor və bəstəkar Stefan Qaydovun məsləhəti ilə Skopyedəki Nina Monastri-Kuneli musiqi məktəbinə daxil oldu[3] və 1951-ci ildə Makedoniya Milli Teatrının opera səhnəsində debüt etdi, "Sehirli fleyta" operasında Gecə Kraliçası rolunu canlandırdı[2]. Sonra müğənni təhsilini Lyublyanada davam etdirdi, 1956-cı ildən 1958-ci ilə qədər isə Vyana Musiqi Akademiyasında (indiki Vyana Musiqi və İfaçılıq İncəsənəti Universiteti) oxudu.[2]

1974-cü il oktyabr Vaska Bicova-Qaydova Makedoniyanın "11 oktyabr" adlı Dövlət Mükafatı, 1979-cu ildə isə Yuqoslaviya Musiqiçilər Birliyinin Qızıl Lira mükafatına layiq görüldü.[2]

5 sentyabr 2014-cü ildə Skopye şəhərində vəfat etdi.[4]

  1. Tanja Vujisiḱ-Todorovska, Сретен Рогов. Ангелски глас: Васка Биџова-Гајдова : колоратурен сопран. Makedonska opera i balet. 2012. ISBN 6086521832.
  2. 1 2 3 4 "Васка Биџова-Гајдова - сопран". Театри во Република Македонија (makedon). 2016-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  3. "Фимчо Муратовски за Васка Гајдова" (makedon). 06.03.2012.
  4. "Почина легендарниот сопран на Македонската опера и балет". Press24 (makedon). 09.09.2014. 2014-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.