Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vabi-Sabi
Vabi-Sabi (yap. 侘 寂) — ənənəvi Yapon estetikasında keçici olanın və qeyri-mükəmməlliyin qəbul edilməsinə yönəlmiş bir dünya görüşüdür. Bu estetika, çox vaxt qeyri-mükəmməl, keçici və yarımçıq olanın gözəlliyi kimi təsvir olunur. Vabi-sabinin tarixi Buddizm fəlsəfəsi ilə sıx bağlı olub onun müvəqqəti, qeyri-mükəmməl, və qeyri-təbii xüsusiyyətlərlə barışıb onları qəbul etməmizi tövsiyə etməsinə əsaslanır. Vabi-Sabi estetikasının xarakteristikalarına asimmetriya, kələ-kötürlük, sadəlik, qənaətcillik, təvazökarlıq, yaxınlıq və təbii cisim və proseslərin bütövlüyünün qiymətləndirilməsi daxildir. == Təsviri == Leonard Korenin fikrincə, vabi-sabi "ənənəvi yapon gözəlliyi haqqındakı təsəvvürümüzün ən aydın və xarakterik xüsusiyyəti kimi təsvir edilə bilər. Yapon estetik dəyərləri panteonunda o, qərbdə yunan gözəllik və mükəmməllik idealları ilə, demək olar ki, eyni mövqedədir. Andrey Cuniper isə qeyd edir ki, "Bir şey və ya ifadə içimizdə sakit bir melanxoliya hissini və ruhani bir arzunu canlandıra bilərsə, o obyektin vabi-sabi olduğu söylənilə bilər." Riçard Pouell üçün "Vabi-sabi üç sadə gerçəyi bizə tanıtmaqla bu həqiqətləri işıqlandırır: heç bir şey daimi deyil, heç bir şey bitmir və heç bir şey mükəmməl deyil. " Vabi və Sabi sözləri birbaşa tərcümə olunmur. Vabi əvvəllər cəmiyyətdən uzaq, təbiətdə yaşamağın təkliyinə istinad edən mənanı kəsb edirdi; sabi isə "soyuq", "arıq" və ya "quru" demək idi.
Abnik
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. == Tarixi == Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Babir
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Babsk
Babsk — mərkəzi Polşada kənd.
Babək
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین‎; 1 iyul 798, اردبیل – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak", Hay mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir. == Həyatı == Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub.
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.
Fabrik
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Hafik
Hafik (türk. Hafik) — Sivas ilinin ilçəsi.
Kabil
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kamik
Kamik (lat. Camicus, q.yun. Καμικός) — Siciliyada yaşayan sikanların paytaxtı. Bu, yunan mifologiyasında Dedalın sikan padşahı Kokal üçün tikdiyi qaladır. Kamikin yeri müasir arxeoloqlar tərəfindən Sant-Ancelo-Muksaro olaraq müəyyən edilmişdir. Keçmiş istehkamlı yaşayış məntəqəsinin yalnız iki fraqmenti bu günə qədər qalmışdır. Buna baxmayaraq, yaxınlıqda aşkar edilmiş nekropol tunc dövründə burada böyük yaşayış məntəqəsinin mövcudluğundan xəbər verir.
Kasik
Kasike — Latın Amerikası ölkələrində Hindu əhalisinin başında duran ağsaqqal. Kolumböncəsi Bahama, Antil adaları yerli qəbilələrinin başçılarının qəbul etdikləri titul. İspanların bölgəyə gəlməsi ilə bütün Amerika yerlilərinin başçılarına bu ad deyilməyə başlandı. Titulun qadın forması "kasika"dır. Müasir dövrdə, Latın Amerikası və İberiya ölkələrində siyasətdə gücdən istifadə edənlərə "kasikeçi" deyirlər.
Malik
Malik — kişi adı.
Parik
Parik (fr. perruque) — parçaya tikilmiş süni taxma saç == Haqqında == Pariklərdən teatr incəsənətində və şou-biznesdə geniş istifadə olunur. == Tarixi == Dəb tarixində parik sivilizasiyanın gəlişi ilə praktik olaraq yaranır. Qədim şərq dövlətlərində onun istifadəsi haqqında Qədim Misir, Assiriya, Babilistan, Səhnədə səs effektləri yaradan işçi, Akkad və s. O, hakimiyyətin atributu idi. Pariklərin birinci məlum təsvirləri Qədim Misirin sülaləsinin III (3-cü) əsrin sonuna aiddir. Təxminən 2600-cü ilə qədər. Qədim Misirdə pariklər təmiz qırxılmış başlarda olurdu. Pariklərin istehsalı üçün xurma palmasının lif ilə cildlənmiş insan saçları istifadə olunurdu.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır. Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər.
Cabir
Cabir — Azərbaycanlı adı. Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cabir Tarverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cabir İmanov — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü Sabah əl-Əhməd əl-Cabir əs-Sabah — Küveyt Dövlətinin Əmiri. Cabir Abdullayev — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Cabir ibn Həyyan — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı. Cabir ibn Əflah — ərəb riyaziyyatçısı və astronumu.
Fabio
Fabio — ad. Fabio Kvalyarella — İtaliyalı peşəkar futbolçu Fabio Kannavaro — İtalyan futbolçusu. Fabio Maqrini — İtaliyalı kişi ağır atlet. Fabio Vieyra – İngiltərə Premyer Liqasında çıxış edən Arsenalın futbolçusu. Fabio Rovazzi — İtaliya aktyoru, EDM müğənnisi, rapper, rejissor, ictimai xadim, televiziya aparıcısı.
ABD Malik
Malik Xəyyam oğlu Kələntərli (27 yanvar 1978, Bakı) — Azərbaycanlı müğənni, repçi, aktyor və parfümer. ABD Malik XXI əsrin əvvəllərində Azərbaycan rep musiqisində özünə məxsus yeri olan Dəyirman qrupunun üzvlərindən olmuşdur. == Həyatı == Kələntərli Malik Xəyyam oğlu, 27 yanvar 1978-ci ildə Bakı şəhərində anadan olub. Atası Xəyyam Kələntərli Məlik oğlu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissor vəzifəsində çalışıb. Anası Səidə Cavadova İman qulu qızı Azərbaycan Memarlıq və İnşaat Universitetində fəlsəfə və tarix üzrə müəllim vəzifəsində çalışır. Ailənin tək övladıdır. Bakı şəhəri 207 nömrəli tam orta məktəbdə təhsil alıb, məktəbdə diskotekalarda və tədbirlərdə DJ-lik və aparıcılıq edib. 1995-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat İqtisadiyyatı fakültəsinə daxil olub. Orada Miri Yusiflə bir qrupda təhsil alıb və yaxın dostluq münasibətləri qurub. Ardıcılıqla həmən ildə gələcək Dəyirman qrupunun başqa solistləri ilə tanış olub.
Babil (dəqiqləşdirmə)
Babil — Mesopotamiyada mövcud olmuş şəhər-dövlət. Babil (el) — İraqın 18 mühafəzəsindən biri. Babil (film, 2006) — Alehandro Gonzalez İnyarritunun çəkdiyi dram filmi.
Babil (el)
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil (serial)
Babil — Türkiyə istehsalı teleserial. == Rollarda == === Baş rollar === Halit Ergenç (İrfan Tuna Saygun): 7 yaşındakı oğlu Dəniz üçün əlindən gələni edən bir iqtisad professoru. İlayın köhnə sevgilisi. Ozan Güven (Egemen Kıvılcım): İrfanın uşaqlıq dostu və ən yaxın dostu. Dənizin əsl atası. Aslı Enver (Ayşe Karaali / Nihal): İrfan çətinlik çəkəndə rastlaşan gənc qız. Süleymanın qaranlıq işlərini ortaya çıxarmaq üçün onunla birlikdə gedən gizli polisdir. Daha sonra İrfan və Egemen'in köməkçisi oldu. Birce Akalay (İlay Yücedağ): Süleymanın sevgilisi və İrfanın köhnə sevgilisi. Nur Fettahoğlu (Eda Saygun): İrfanın həyat yoldaşı, Dənizin anası.
Babil mühafazası
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babək Abidov
Babək Vəfadar oğlu Abidov (3 may 1992; Dəvəçi, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Babək Abidov 1992-ci ilin 3 may günündə Şabran rayonunun (dövrünün Dəvəçi rayonu) Zeyvə kəndində anadan olub. == Hərbi xidməti == Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Abidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Babək Abidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Babək Abuşov
Babək Məmməd oğlu Abuşov (Babək Xalistürk) — biologiya elmləri doktoru, professor. 20 sentyabr 1950-ci ildə Kürdəmir şəhərində anadan olub. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fizilogiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. 16 oktyabr 2021-ci ildə Kazan şəhərində vəfat etmişdir. == Təhsili == 1968-ildə orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib. == Fəaliyyəti == 1977-1992-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Beyin institutunda (Moskva şəhəri) işləyib. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Hazırda AMEA A.İ.Qarayev adına Fizilogiya İnstitutunda çalışır. 1977-ci ildən başlayaraq müxtəlif ekstremal faktorun təsiri şəraitində beyində əmələ gələn morfofunksional dəyişiklikləri və onların qarşısının alınma yollarını araşdırır.