ABD Malik

Malik Xəyyam oğlu Kələntərli (27 yanvar 1978, Bakı) — Azərbaycanlı müğənni, repçi, aktyor və parfümer.[1][2][3][4] ABD Malik XXI əsrin əvvəllərində Azərbaycan rep musiqisində özünə məxsus yeri olan Dəyirman qrupunun üzvlərindən olmuşdur.[5][6][7]

ABD Malik
rus. Калантарли Малик Хайям оглы
ing. ABD Malik
Ümumi məlumatlar
Ləqəbi ABD Malik
Doğum tarixi 27 yanvar 1978(1978-01-27) (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktyor
Fəaliyyət illəri 1996-cı ildən
Janrlar R&B, caz, rep
abdmalik.com

Kələntərli Malik Xəyyam oğlu, 27 yanvar 1978-ci ildə Bakı şəhərində anadan olub. Atası Xəyyam Kələntərli Məlik oğlu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissor vəzifəsində çalışıb. Anası Səidə Cavadova İman qulu qızı Azərbaycan Memarlıq və İnşaat Universitetində fəlsəfə və tarix üzrə müəllim vəzifəsində çalışır. Ailənin tək övladıdır.

Bakı şəhəri 207 nömrəli tam orta məktəbdə təhsil alıb, məktəbdə diskotekalarda və tədbirlərdə DJ-lik və aparıcılıq edib. 1995-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat İqtisadiyyatı fakültəsinə daxil olub.

Orada Miri Yusiflə bir qrupda təhsil alıb və yaxın dostluq münasibətləri qurub. Ardıcılıqla həmən ildə gələcək Dəyirman qrupunun başqa solistləri ilə tanış olub. 1999–2002 ilə qədər ANS Şirkətlər Qrupunda VVS şirkətində səs rejissoru kimi çalışıb. 1996-cı ildən 2007-ci ilə kimi Dəyirman rep qrupunun üzvü olub.

2001-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini magistr diplomu ilə bitirsə də, ixtisası üzrə heç vaxt işləməyib. 2001-ci ildə ildə hərbi xidmətə yollanıb. 2003-cü ildən etibarən reklam agentliklərinin birində yaradıcı direktor vəzifəsində çalışmaqdadır. Ailəlidir, iki övladı var.

Musiqi karyerasına 1996-cı ildə Dəyirman qrupunun tərkibində başlayıb. Dəyirman bir-birini öncədən tanıyan və yaxın dostlar tərəfindən yaradılmışdır. Dəyirman — Azərbaycanda fəaliyyət göstərən ilk rep qruplarından sayılır. Əvvəlcə qrup GGG-ailəsi adlandırılsa da, sonralar onun adı Dəyirman olaraq dəyişdirilmişdir. Qrupun məşhurluq qazanması, müğənni Leyla ilə birlikdə Sarı gəlin xalq mahnısına çəkilmiş klipdən sonra baş vermişdir.

Qrup, bəzi Azərbaycan xalq və uşaq mahnılarını rep üslubunda remiks etmişdir. Dəyirmanın ən uğurlu ifalarından biri də, Qarabağ müharibəsi mövzusuna həsr olunmuş Ya Qarabağ, Ya Ölüm parçası sayılır.

ABD Malik solo karyerasına başlayan zaman üslubunu R&BSoul musiqisinə uyğunlaşdırmışdır. Bu dəyişikliyin səbəbi isə Dəyirman qrupunun məşhurluq qazanmağa başladığı dövrlərdə, bu üslubların Azərbaycanda da, tanınmağa və geniş kütlə tərəfindən sevilməyə başlanılması ilə bağlı olmuşdur.[8][9][10]

ABD Malik bir necə müdddət, müxtəlif telekanallarda da aparıcı kimi çalışmışdır.[11][12] Hal-hazırda musiqidə solo karyerası ilə yanaşı parfümeriya brendinin yaradıcısıdır. 2017-ci ildə ABD Malik Fransada yerləşən parfümeriya məktəbini bitirib, selektiv parfümer diplomu alıb və RUSH RUSH 31 parfümeriya brendini yaradıb.[13] Bu brend ABDMALİKPARFUMS loqosu altında yaradılır və satışa buraxılır. Nişa seqmentində İlk Azərbaycan brendidir.

  1. "ABD Малик: от группы Dəyirman до нишевой парфюмерии. Интервью с популярным певцом, который стал парфюмером" (rus). media.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  2. "Возраст поджимает, старею - рэпер ABD Малик" (rus). trend.az. 2017-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  3. "ABD Малик рассказал о дедушке, принимавшем участие во взятии Берлина - ФОТО" (rus). 1news.az. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  4. "ЛИЦА ABD Malik" (rus). nargismagazine. 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  5. "ABD Malik: "İllər sonra ölüm xəbərini eşitdim, o mənim ilk sevgim idi" - foto" (az.). muz-tv.az. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  6. "Keçmişdən partlayış: Miri Yusif və Abd Malik 21 il əvvəl - FOTOLAR" (az.). metbuat.az. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  7. ""Dəyirman" yenidən birləşir - VİDEO" (az.). oxu.az. 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  8. "Премьера клипа: ABD Malik «Сказать» - ВИДЕО" (rus). 1news.az. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  9. "Звезды Азербайджана в новом клипе ABD Малика. ФОТО. ВИДЕО" (ingilis). aze.az. 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  10. "ABD Malik - Кури, молчи" (rus). adda.az. 2019-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  11. "V element" (az.). atv.az. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  12. "Keçmiş "Dəyirman" qrupunun üzvü ABD Malik: "Ölmüşəm, yoxam, dərin depressiyadayam" - MÜSAHİBƏ + FOTO" (az.). oxu.az. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  13. "ABD Малик запустил собственную линию ароматов под названием RushRush 31" (rus). boutique.az. 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]