Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Senzay Vakaşu
"Senzay Vakaşu" (千載和歌集, azərb. "Min ilin kolleksiyası"‎) və ya qısaca "Senzayşu" (千載集) – yapon poeziyasının yeddinci imperial antologiyası. Keçmiş imperator Qo-Şirakavanın əmri ilə 1183–1188-ci illərdə tərtib olunmuş, növbəti illərdə əlavələr edilmişdir. Antologiyanın tərtibatçısı və girişinin yazarı Fucivara no Şunzey olmuşdur. Antologiya 20 kitab və 1285 şeirdən ibarətdir. == Tarixi == Antologiyanın tərtib olunduğu dövr Yaponiyada Tayra və Minamoto klanları arasında baş verən müharibə dövrünə təsadüf edir. Şunzey əsəri tərtib edərkən Kiotoda yaşayırdı. Müharibə dövrü olduğu üçün antologiyanın tərtibatında çətinliklər və gecikmələr yaşanmış, nəticə də, əsər 5 il ərzində tamamlanmışdır. Son mətn keçmiş imperator Qo-Şirakavaya 1188-ci ildə təqdim olunmuş və Şunzeyin öz dəsti-xətti ilə yazılmış 20 əlyazmadan ibarət olmuşdur. == Strukturu == Şunzey antologiyanı tərtib edərkən son 200 ilin ən yaxşı poeziya işlərini daxil etməyə çalışmış, həm son, həm də qədim şeirləri seçmişdir.