Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adeh
Adeh (Sulduz)
Doha
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Qdov
Qdov — Rusiya Federasiyasında yerləşən şəhər Pskov vilayətinə daxildir
Udon
Udon (饂飩, adətən うどん kimi yazılır) — Yaponiya mətbəxində qalın buğda-un əriştəsi. Udon adətən kake udon kimi sadə formada əriştə şorbası kimi isti yeyilir. Daşi, soya sousu (şoyu) və mirin ilə hazırlanmış bulyon kakeciru adlanır. Ümumiyyətlə incə doğranmış yaşıl soğanlar ilə birlikdə servis edilir. == Qalereya == == Mənbə == Tsuji, Shizuo. (1980). Japanese cooking: A simple Art. Kodansha International/USA, New York.
VDSL
VDSL (ing. Very high speed Digital Subscriber Line — "Çox yüksək sürətli rəqəmsal abunəçi xətti") — verilənləri əvvəlki asimmetrik rəqəmsal abunəçi xətti (ADSL), G.992.1, G.992.3 (ADSL2) və G.992.5 (ADSL2+) standartlarından daha sürətli ötürən rəqəmsal abunəçi xətti (DSL) texnologiyaları. VDSL 25 kHz-dən 12 MHz-ə qədər tezlik diapazonundan istifadə edərək tək bükülmüş mis naqillər üzərində aşağı axın üzrə 52 Mbit/s və yuxarı axınında 16 Mbit/s sürət təklif edir. Bu dərəcələr o deməkdir ki, VDSL bir əlaqə üzərindən yüksək dəqiqlikli televiziya kimi proqramları, eləcə də telefon xidmətləri və ümumi internetə çıxışı dəstəkləyə bilir. VDSL analoq telefon xidməti və aşağı sürətli DSL əlaqələri üçün istifadə edilən mövcud naqillər üzərində yerləşdirilir. Bu standart 2001-ci ilin noyabrında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiq edilmişdir. İkinci nəsil sistemlər (VDSL2; ITU-T G.993.2 2006-cı ilin fevralında təsdiq edilmişdir) həm yuxarı, həm də aşağı axın istiqamətlərində eyni vaxtda 100 Mbit/s-dən çox məlumat sürətini təmin etmək üçün 30 MHz-ə qədər tezliklərdən istifadə edir. Maksimum mövcud bit sürəti təxminən 300 metr (980 ft) məsafədə əldə edilir. Lokal halqa zəifləməsi artdıqca performans azalır. == Konsepsiyanın inkişafı == VDSL konsepsiyası ilk dəfə 1991-ci ildə "Bellcore"–Stenford birgə tədqiqatı vasitəsilə nəşr edilmişdir.
VTOL
Şaquli enmə-qalxma (ing. Vertical Take-Off and Landing) bu cür sinifləndirmə az saylı havada hərəkət etmək üçün nəzərdə tutulmuş olan texnikanı əhatə edir: helikopterlər, avtojirlər, balonlar və hava gəmiləri (zeplinlər) əsasən VTOL olaraq sinifləndirilmirlər. Bəzi hava texnikaları VTOL moduna əlavə olaraq CTOL (Şərti enmə-qalxma/Conventional Take-off and Landing) və/və ya STOVL (Qısa enmə-qalxma/Short Take-Off and Landing) da edə bilirlər. Bəzilərinin isə eniş dəstləri üfüqi hərəkət üçün nəzərdə tutulmadığı üçün sadəcə olaraq şaquli enmə-qalxma edə bilirlər (Nümunə Convair XFY).
Vyor
Vyör (fr. Vieure) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03312. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 137 nəfər (15-64 yaş) arasında 107 nəfər iqtisadi fəal, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.1%, 1999-cu ildə 66.5%). Aktiv fəaliyyət göstərən 107 nəfərdən 97 nəfər (57 kişi və 40 qadın), 10 nəfər işsizdir (4 kişi və 6 qadın). 30 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
DDoS
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Adeh (Sulduz)
Adeh (fars. جاشيران‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (36 ailə).
Adeh (Urmiya)
Adeh (fars. اده‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (41 ailə).
Dengeki Maoh
Dengeki Maoh (電撃マオウ, Dengeki Maō) — ASCII Media Works (əvvəllər Media Works) nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası jurnalı. İlk buraxılışı 27 oktyabr 2005-ci ildə işıq üzü görmüşdür. Jurnal hər ayın 27-də çıxır. Jurnalda manqa, ranobe və videooyunlar haqqında məlumatlara yer verilir. Jurnalın xüsusi versiyası olan rüblük "Dengeki Black Maoh" jurnalı 2007-ci ilin sentyabrından 2010-cu ilin iyununa kimi nəşr olunmuşdur. == Manqalar == === Dengeki Maoh === Aruite Ippo!! Black Bullet Bokusatsu Tenshi Dokuro-chan Disgaea 2: Cursed Memories Enburio eM -eNCHANTarM- Furatto Rain Girl Friend BETA The Idolmaster Colorful Days Immortal Grand Prix Iriya no Sora, UFO no Natsu Itsudemo Jakusansei KanColle: Shimakaze Compilation Kono Bijutsubu ni wa Mondai ga Aru! Lotte no Omocha! Monster Hunter Persona 4 Prince of Stride Galaxy Rush Rumble Roses Rune Factory 2 Spice and Wolf Tales of the Abyss Tenshō Gakuen Gekkō Roku Utawarerumono === Dengeki Black Maoh === 100Yen Shop Kiandou Femme Fatale Hanjyuku Tencho Heavy Object Ichigeki Sacchu!! HoiHoi-san Legacy Kagaminochou no Kaguya Karakasa no Saien Kizuato Nanatsusa Persona 3 Persona 3 - Portable Dengeki Comic Anthology Persona 4 Queen's Blade Sutoraguru Sukoshi Fushigi Manga Koto-chan Tama Biyori Tama Hiyo Tokubetsuyomikiri - Mirukashi Tokubetsuyomikiri - The Writing of Secret Minds Yamanko == Xüsusi versiyası == Dengeki Black Maoh "Dengeki Black Maoh" (電撃黒(ブラック)「マ)王) ASCII Media Works tərəfindən nəşr olunmuş rüblük seynen manqası jurnalı idi."Dengeki Maoh" jurnalının xüsusi buraxılışı olub 2007-ci ilin sentyabrından 2010-cu ilin iyununa kimi nəşr olunmuşdur.
Doha şəhəri
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Mineralnıye Vodı
Mineralnıye Vodı — Rusiyanın cənubunda, Stavropol diyarında şəhər. Mineralovodski rayonunun (şəhər rayonu) inzibati mərkəzi. Rayon əhəmiyyətli şəhərdir. Qafqaz Mineralnıye Vodı ekoloji kurort bölgəsinin bir hissəsidir. Qısa olaraq Minvodı da adlanır. == Coğrafiyası == Şəhər Kuma çayının vadisində, Stavropoldan 172 km cənub-şərqdə yerləşir. Şəhərdə Qafqaz Mineralnıye Vodı bölgəsini Rusiyanın digər regionları ilə birləşdirən hava limanı, Şimali Qafqaz dəmir yolunun Armavir-Proxladnaya xəttində Kislovodska qolu olan qovşaq stansiyası, M-29 Qafqaz federal magistralı yerləşir. Buradan Jeleznovodsk, Pyatiqorsk, Essentuki, Kislovodsk kurort şəhərlərinə, eləcə də Lermontov şəhərinə getmək olar. Şəhər əksər ərazisi Beştauqor meşəsinin ərazisi olan Zmeyka dağının ətəyində yerləşir və şəhərin bir hissəsindən köhnə yolların cığırları ilə bağlanan qayaların və karyerlərin möhtəşəm mənzərəsi var. Keçən əsrin ortalarında burada daş karxanaları fəal şəkildə inkişaf etdirilirdi, həmçinin daş emalı zavodu fəaliyyət göstərirdi.
Miroslav Stoh
Miroslav Stoh (19 oktyabr 1989, Nitra) — slovakiyalı futbolçu. Hal-hazırda Fənərbaxça PFK-da, sol cinahda oynayır.
Mişel Yeoh
Mişel Yeo Çu-Ken (Michelle Yeoh Choo-Kheng və ya Michelle Khan, 6 avqust 1962) — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisasıdır. Döyüş filmlərində çəkilməsinə baxmayaraq əslində döyüşü filmlərdə öyrənmişdir. Onun əsas sahəsi isə rəqs və modaçılıq olub. Döyüşdə rəqsdə öyrəndiyi hərəkətlərdən və ya özü tərəfindən hazırlanan hərəkətlərdən istifadə edib. Ceki Çan ona bütün aktrisalardan fərqli olaraq fənnlərindən istifadə etməyə icazə verib. 1997-ci ildə "People" jurnalı onu "Dünyanın ən gözəl 50 insanı" siyahısına daxil edib. == Həyatı == Mişel Yeonun atası hüquqşünas, anası isə evdar xanım olmuşdur. Mişel uşaqlıq vaxtlarında balerina ilə məşğul olurdu. Lakin onurğa sütunundan zədə aldıqdan sonra moda ilə məşğul olmağa başlayır. 1983-cü ildə Malayziyanın "Gözəllik müsabiqəsi"nin qalibi olur.
Vado Korovin
Vado Arnoldoviç Korovin — 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Vado “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2023-cü ildən Space TV-nin direktorudur.
Vadoz suları
Zoli Adok
Zoli Adok (Macarca:Zoltán Ádok; 22 mart 1976, Seqed) — Macarıstan müğənnisi. == Həyatı == Zoli Adok 1976-cı il martın 22-də Macarıstanın Szeged şəhərində anadan olmuşdur. Macarıstanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. “Dance with Me” (Azərbaycanca:"Mənimlə rəqs elə") adlı mahnı ilə Avroviziyada iştirak edən müğənni yarımfinalda cəmi 16 xal toplayaraq finalda iştirak etmək imkanını itirmişdir. 2008-ci ildə “Tanclepes” adlı albomu buraxan müğənni öz ölkəsində həmçinin aktyor kimi də tanınır.
İsgəndəriyyəli Evdor
İsgəndəriyyəli Evdor (yun. Εὔδωρος ὁ Ἀλεξανδρεύς; d. e.ə. I əsr, İsgəndəriyyə, Qədim Misir (Ptolemeylər) – ???) — Qədim yunan platonist filosofu, orta platonizmin nümayəndəsi. Evdor fəlsəfəni Askalonlu Antioxdan öyrənmişdir. Evdor Platonun pifaqorçular məktəbi fəlsəfəsini yenidən qurmağa cəhd etmişdir. Evdor fəlsəfənin əsas hissəsini, "Allaha bənzətməkdə" gördüyü mahiyyətini etik hesab edirdi. Evdorun əsərləri bu günə qədər qoruyub-saxlanılmamışdır. == Mədəniyyətdə == 2017-ci ildə istehsal olan "Assassin's Creed Origins" video oyununda Evdoru Vlasta Vrana səsləndirmişdir. Evdor oyunda antoqanistlər ittifaqının üzvü olaraq təsvir edilmişdir.
Mineralnıye-Vodı
Mineralnıye Vodı — Rusiyanın cənubunda, Stavropol diyarında şəhər. Mineralovodski rayonunun (şəhər rayonu) inzibati mərkəzi. Rayon əhəmiyyətli şəhərdir. Qafqaz Mineralnıye Vodı ekoloji kurort bölgəsinin bir hissəsidir. Qısa olaraq Minvodı da adlanır. == Coğrafiyası == Şəhər Kuma çayının vadisində, Stavropoldan 172 km cənub-şərqdə yerləşir. Şəhərdə Qafqaz Mineralnıye Vodı bölgəsini Rusiyanın digər regionları ilə birləşdirən hava limanı, Şimali Qafqaz dəmir yolunun Armavir-Proxladnaya xəttində Kislovodska qolu olan qovşaq stansiyası, M-29 Qafqaz federal magistralı yerləşir. Buradan Jeleznovodsk, Pyatiqorsk, Essentuki, Kislovodsk kurort şəhərlərinə, eləcə də Lermontov şəhərinə getmək olar. Şəhər əksər ərazisi Beştauqor meşəsinin ərazisi olan Zmeyka dağının ətəyində yerləşir və şəhərin bir hissəsindən köhnə yolların cığırları ilə bağlanan qayaların və karyerlərin möhtəşəm mənzərəsi var. Keçən əsrin ortalarında burada daş karxanaları fəal şəkildə inkişaf etdirilirdi, həmçinin daş emalı zavodu fəaliyyət göstərirdi.
Neqru Vode
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.
DDoS mitiqasiyası
DDoS mitiqasiyası — hədəfi və rele şəbəkələrini qorumaqla İnternetə qoşulmuş şəbəkələrə edilən DoS hücumlarının təsirinə müqavimət göstərmək və ya azaltmaq (mitiqasiya etmək) üçün şəbəkə idarəetmə üsulları və ya alətlər toplusu. DDoS hücumları xidmət performansını gecikdirməklə və ya veb saytı tamamilə bağlamaqla müəssisələr və təşkilatlar üçün daimi təhlükə yaradır. DDoS mitiqasiyası təhlükənin aşkarlanması və xəbərdar edilməsinə imkan vermək üçün "trafik obrazları"nı təhlil edərək şəbəkə trafiki üçün ilkin şərtləri müəyyən etməklə işləyir. DDoS mitiqasiyası həmçinin insan trafikini insana bənzər botlardan və ələ keçirilmiş veb brauzerlərdən ayırmaq üçün daxil olan trafikin müəyyən edilməsini tələb edir. Bu proses imzaların müqayisəsini və IP ünvanları, kuki variasiyaları, HTTP başlıqları və cihaz barmaq izi daxil olmaqla, trafikin müxtəlif atributlarının yoxlanılmasını əhatə edir. Aşkar edildikdən sonra növbəti proses filtrləmədir. Filtrləmə bağlantıların izlənməsi, IP reputasiya siyahıları, paketlərin dərindən yoxlanılması, ağ/qara siyahı və ya tarifin məhdudlaşdırılması kimi anti-DDoS texnologiyası vasitəsilə həyata keçirilə bilər. Üsullardan biri potensial hədəfə ünvanlanmış şəbəkə trafikini yüksək tutumlu şəbəkələr vasitəsilə "trafik təmizləmə" filtrləri ilə ötürməkdir. Hücumların ölçüsü bir çox firma/təşkilatın insan resurslarını tez-tez üstələdiyinə görə DDoS-un manual mitiqasiyası artıq tövsiyə edilmir. DDoS hücumlarının qarşısının alınması üçün digər üsullar, məsələn lokal və ya bulud əsaslı həll provayderləri həyata keçirilə bilər.
Amami se vuoi
Amami se vuoi (azərb. İstəsən, sev məni‎)— İtaliyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Tonina Toriyelli italyan dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Kursel-syür-Vyon
Kursel-sür-Vyon (fr. Courcelles-sur-Viosne) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — www.courcelles-sur-viosne.fr/. Əhalisi — 275 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 1999 km şimal-qərbdə, Serji belediyyənin 7 km şimal-qərbdə yerləşir.
Kursel-sür-Vyon
Kursel-sür-Vyon (fr. Courcelles-sur-Viosne) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — www.courcelles-sur-viosne.fr/. Əhalisi — 275 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 1999 km şimal-qərbdə, Serji belediyyənin 7 km şimal-qərbdə yerləşir.