Mişel Yeoh

Mişel Yeo Çu-Ken (Michelle Yeoh Choo-Kheng və ya Michelle Khan, 6 avqust 1962) — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisasıdır. Döyüş filmlərində çəkilməsinə baxmayaraq əslində döyüşü filmlərdə öyrənmişdir. Onun əsas sahəsi isə rəqs və modaçılıq olub. Döyüşdə rəqsdə öyrəndiyi hərəkətlərdən və ya özü tərəfindən hazırlanan hərəkətlərdən istifadə edib. Ceki Çan ona bütün aktrisalardan fərqli olaraq fənnlərindən istifadə etməyə icazə verib. 1997-ci ildə "People" jurnalı onu "Dünyanın ən gözəl 50 insanı" siyahısına daxil edib.

Mişel Yeo
楊紫瓊
Doğum tarixi (61 yaş)
Doğum yeri Malayziya Malayziya
Vətəndaşlığı
Fəaliyyəti Aktisa
Fəaliyyət illəri 1984-cü ildən
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
"Saturn" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı
IMDb ID0000409
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mişel Yeonun atası hüquqşünas, anası isə evdar xanım olmuşdur. Mişel uşaqlıq vaxtlarında balerina ilə məşğul olurdu. Lakin onurğa sütunundan zədə aldıqdan sonra moda ilə məşğul olmağa başlayır. 1983-cü ildə Malayziyanın "Gözəllik müsabiqəsi"nin qalibi olur. Həmin ildə Londonda keçirilən "Dünya gözəli" müsabiqəsində Malayziyanı təmsil etmişdir. 1984-cü ildən başlayaraq Çarlz Cordan tərəfindən hazırlanmış Honq Konq reklamlarında Ceki ÇanÇou Yun Fat ilə birgə çəkilir. Bu ildən başlayaraq epizodik rollarda filmlərdə çıxış etməyə başlayır. İlk filmi 1984-cü ildə "Bayquş və Bombo" filmi olub. Bu filmdə Xanım Yenq rolunda çıxış etmişdir. Filmdə Sammo Hun çəkilmişdir. 1992-ci ildə Mişel Yeo "Polis əhvalatı 3" filmində Ceki Çan ilə çəkilir. Filmin çəkilişi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmişdir. 1997-ci ildən etibarən bir çox Honq Konq aktyor və aktrisaları kimi məşhurluq qazanmaq üçün Hollivud filmlərində çəkilməyə başlayır və məşhur olur.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mişel Yeo 1984-cü ildən başlayaraq Çarlz Cordan tərəfindən hazırlanmış Honq Konq reklamlarında çıxış etməyə başlayır. Bu reklamları istehsal etmək üçün yenicə filmlər istehsal etməyə başlayan "D&B Films" kinokompaniyası köməklik göstərirdi. Bu kompaniya Mişel Yeonu filmə gətirmişdir. Kompaniyanın "D&B" heyətlərini Dikson Pun idarə edirdi. Mişel Yeo onunla 1988-ci ildə ailə həyatı qurur və film karyerasını tərk edir.[1] Lakin Mişel Yeo Diksondan 1992-ci ildə boşanır və yenidən film karyerasına başlayır. Mişel Yeo ondan ayrılmasına baxmayaraq Diksonla və onun yeni həyat yoldaşı ilə yaxşı münasibətdədir. Mişel onun qızının ikinci xaç anasıdır. Hal-hazırda Mişel Yeo "Beynəlxalq avtomobil federasiyası"nın prezidenti Jan Todt ilə görüşür. Lakin müsahibələrin birində Mişel Yeo bunu təkzib etmişdir.

İl Film
1984 Bayquş Bamboya qarşı
1985 Hə, Madam
1985 Mənim xoşbəxt ulduzlarım 2
1992 Polis əhvalatı 3
1994 Vin Çun
1997 Səhər heç vaxt ölməyəcək
2000 Oturan pələng, gizlənən əjdaha
2005 Qeyşanın memuarları
2007 Günəş işığı
2008 Bizim eranın Babili
2008 Mumiya: Əjdaha İmperatorunun Qəbri
2011 Kunq-fu Panda 2
2011 Ledi
  1. "No business like Yeoh business". The Sunday Times. 2007-03-25. 2011-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-04-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]