Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vertriyo
Vertriyö (fr. Vertrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38539. Kommunanın 1999-cu il üçün əhalisi 469 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 196 ilə 360 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 85 km şimal-qərbdə yerləşir.
Ventriloq
Ventriloq — Ağzını tərpətmədən kuklaların danışdığını nümayiş etdirən aktyorlar məhz belə adlandırılır. == Xüsusiyyətləri == Məşqin çətinliklərindən biri də odur ki, dodaq səsləri (B, R, M) və sürtünmə səsləri (F, V) artikulyasiya edilə bilməz. Bu iş üzün, dilin və səs tellərinin əzələlərini mənimsəmək üçün təlim tələb edir. Bu, həm də koordinasiya işini tələb edir, çünki aktyor səhnədə öz mövqeyini qoruyarkən kuklanın canlı olması illüziyasını yaratmalıdır.
Vetrix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Klaudiyu Petrila
Klaudiyu Adrian Mihay Petrila (rum. Claudiu Adrian Mihai Petrila; 7 noyabr 2000) — Rumıniya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Oyun tərzi == Petrila hər iki cinahda hücumameyilli yarımmüdafiəçi və ya vinger kimi çıxış edə bilər. O, tempi və driblinq bacarığı ilə tanınır.
Veriko Ancaparidze
Veriko İvlianovna Ancaparidze (23 sentyabr (5 oktyabr) 1897, Kutaisi, Rusiya imperiyası – 31 yanvar 1987, Tbilisi) — Aktrisa == Həyatı == Veriko İvlianovna Ancaparidze 6 oktyabr, 1900-cü ildə Kutaisidə (Gürcüstan) anadan olmuşdur. 1916–1917-ci illərdə S. V. Aydarovun Moskva dram studiyasında və Q. Cabadarinin Tiflisdəki studiyalarında təhsil almışdır. 31 yanvar, 1987-ci ildə Tbilisidə vəfat etmişdir. == Fəaliyyəti == 1918–1921-ci illərdə Ş. Rustaveli adına teatrın aktrisası, 1921-ci ildən isə K. A. Marcanişvilinin rəhbərliyi altında olan dram teatrının aktrisası olmuşdur. 1933-cü ildən N. P. Oxlopkovun rəhbərliyi altında Moskva real teatrında işləmişdir. K. A. Marcanişvili adına teatrın bədii rəhbəri, Ş. Rustaveli adına Tbilisi teatr institutunun pedaqoqu olmuşdur. 1992-ci ildə "Who is Who" (London) ensiklopediyası redaksiya heyətinin qərarına əsasən V. Ancaparidze XX əsrin 10 ən yaxşı aktrisası sırasına daxil edilmişdir. Kinoda 1923-cü ildən fəaliyyət göstərmişdir. == Adlar və mükafatlar == SSRİ Xalq Artisti (1950) SSRİ Dövlət Mükafatı (1943, 1946, 1952) "Lenin Ordeni" Gürcüstan Dövlət Mükafatı (1975, 1979) Sosialist Əməyi Qəhrəmanı (1979) == Filmoqrafiya == 26 komissar (film, 1932) (tammetrajlı bədii film) (rol: fəhlə arvadı) Onu bağışlamaq olarmı? (film, 1959) (tammetrajlı bədii film) (rol: ana) Qəm yemə!
Vetrix purpurea
Purpur söyüd (lat. Salix purpurea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir.