Veriko İvlianovna Ancaparidze (23 sentyabr (5 oktyabr) 1897, Kutaisi, Rusiya imperiyası – 31 yanvar 1987, Tbilisi) — Aktrisa
Veriko Ancaparidze | |
---|---|
Veriko İvlianovna Ancaparidze | |
Doğum adı | ვერიკო ანჯაფარიძე |
Digər adı | Vera Ancaparidze |
Doğum tarixi | |
Doğum yeri | Kutaisi, Rusiya imperiyası |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan SSR |
Dəfn yeri |
|
Milliyyəti | gürcü |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | |
Uşağı | Sofiko Çiaureli |
Fəaliyyəti | aktrisa, teatr rejissoru |
Fəaliyyət illəri | 1918—1984 |
Mükafatları |
|
IMDb | ID0027911 |
Vikianbarda əlaqəli mediafayllar |
Veriko İvlianovna Ancaparidze 6 oktyabr, 1900-cü ildə Kutaisidə (Gürcüstan) anadan olmuşdur. 1916–1917-ci illərdə S. V. Aydarovun Moskva dram studiyasında və Q. Cabadarinin Tiflisdəki studiyalarında təhsil almışdır.
31 yanvar, 1987-ci ildə Tbilisidə vəfat etmişdir.
1918–1921-ci illərdə Ş. Rustaveli adına teatrın aktrisası, 1921-ci ildən isə K. A. Marcanişvilinin rəhbərliyi altında olan dram teatrının aktrisası olmuşdur. 1933-cü ildən N. P. Oxlopkovun rəhbərliyi altında Moskva real teatrında işləmişdir. K. A. Marcanişvili adına teatrın bədii rəhbəri, Ş. Rustaveli adına Tbilisi teatr institutunun pedaqoqu olmuşdur. 1992-ci ildə "Who is Who" (London) ensiklopediyası redaksiya heyətinin qərarına əsasən V. Ancaparidze XX əsrin 10 ən yaxşı aktrisası sırasına daxil edilmişdir. Kinoda 1923-cü ildən fəaliyyət göstərmişdir.