Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vesna Mişanoviç
Vesna Mişanoviç (Başagiç; 27 noyabr 1964, Sarayevo) — Bosniyalı şahmatçı, qadınlar arasında qrosmeyster (1991) Yuqoslaviya çempionu (1988). Yuqoslaviya milli komandalarının tərkibində 6 olimpiadaya qatılmışdır (1988-1990 - Yuqoslaviya; 1994, 1998-2000 - Bosniya və Herseqovina). Salonikidəki 13-cü Olimpiadada (1988) komanda 3-cü yeri tutmuşdur.
Vesna Vuloviç
Vesna Vuloviç (serb-xorv. Vesna Vulović/Весна Вуловић; 3 yanvar 1950, Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya – 23 dekabr 2016, Belqrad) — stüardessa, Ginnesin Rekordlar Kitabına əsasən, yüksəklikdən paraşütsüz sərbəst düşmə zamanı sağ qalmış şəxslər arasında dünya rekordu sahibi. McDonnell Douglas DC-9–32 (JAT 367 reysi) təyyarəsi 10.160 metr (33.333 fut) hündürlükdə partlamışdır.. Vesna Vuloviç hadisə məqamını nəinki yaşamış, həmçinin qalıqların yerə düşməsi zamanı 28 sərnişin və ekipaj üzvləri arasında yeganə sağ qalmış şəxs olmuşdur. == Həyatı == Vesna Vuloviç 3 yanvar 1950-ci ildə Belqradda anadan olmuşdur. Onun atası biznesmen, anası fitnes üztə təlimatçı idi. O xatırlayırdı: Belqrada qayıdan Vuloviç dostlarından birinin bələdçi geyimindən təsirlənərək uçuş üzrə bələdçi olmaq qərarına gəlir. Vuloviç xatırlayırdı: Beləliklə, Vesna 1971-ci ildə Yuqoslaviyanın ən nəhəng daşıyıcısı olan JAT aviaşirkətinə işə qəbul edildi. == Aviaqəza == 26 yanvar 1972-ci ildə DC-9–32 Jugoslovenski Aerotransport təyyarəsi (JAT, beynəlxalq adı — Yugoslav Airlines) Kopenhagen — Zaqreb dairəsində Stokholm — Kopenhagen — Zaqreb — Belqrad marşrutu üzrə uçuş həyata keçirirdi. Təyyarənin içində 28 nəfər var idi ki, onların da 5-i stüardessa Vesna Vuloviç də daxil olmaqla, ekipaj üzvləri idi.
Vesna Milanoviç-Litre
Vesna Milanoviç-Litre (d. 30 may 1986; Sinj, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Vesna Milanoviç-Litre Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Dəstna
Dəstna— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,111 nəfərdən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Mesona
Platostoma (lat. Platostoma) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Veduta
Veduta (it. veduta, "görüntü") — XVIII əsr Venesiyasında xüsusilə məşhur olan Avropa rəssamlıq janrı. Gündəlik şəhər peyzajını detallı təsvir edən şəkil, rəsm və ya qravürdür.
Verona
Verona — (ven. Veròna‎) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir. Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib. 13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu. Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır. Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyetta və İki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib.
Asuna
Asüna – keçmiş Kanada avtomobil markası. Asuna Kaqurazaka – "Negima! Magister Negi Magi" manqa seriyasının baş qəhrəmanlarından biri. Asuna (Sword Art Online) – "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Asuna – "Pokemon" personajı.
Verna
Verna (fr. Vernas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38535. Kommunanın 1999-cu il üçün əhalisi 174 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 195 ilə 429 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 35 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Vesta
Yeşua
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Yəsna
Yəsna - ("ehtiram", "pərəstiş", "qurban vermə") "Avesta"nın 72 fəsildən ibarət olan, ibadət, müxtəlif adətlər, mərasimlər və qurban verilməsi zamanı oxunan ayrı-ayrı duaları özündə ehtiva edən ən həcmli hissəsidir. Metrik formada tərtib olunmuş və xarakterinə görə Bibliya peyğəmbərlərinin nitqlərini xatırladan "Qatlar" ("himnlər", nəğmələr") onun ən mühüm qismidir (17 fəsildən ibarətdir). Yasnanın qismən şeirlərlə tərtib olunmuş Yeddi fəsli (35-41-ci fəsillər) Qatlara yaxınlaşır. Bu fəsillərdə ən qədim zamanların ruhu duyulmaqdadır. Yasnanın nəticə hissəsində dualar vardır.
Cessna 150
Cessna 150 yüngül təyyarə. Cessna şirkəti tərəfindən istehsal olunmuşdur. 1957-ci ildən 1977-ci ilədək 23949 ədəd istehsal olunub. Cessna 150 sadə və etibarlı təyyarə hesab olunur. Bu xüsusiyyətinə görə yeni başlayan pilotların öyrədilməsində ən çox istifadə olunan təyyarələrdən biridir.
Cessna 172
Cessna 172 Skyhawk — 4 nəfərlik, yüksək qanadlı, tək mühərrikli cessna modelidir. Dünyada ən çox istehsal olunan və ən populyar yüngül təlim təyyarəsidir. == Dizayn və konstruksiya == İlk dəfə 1956-cı ildə istehsal edilmişdir. Cessna bu təyyarədə ilk dəfə olaraq tricycle eniş dəsti sistemindən istifadə etmişdir. 2 ədəd gövdədə, 1 ədəd burunda mühərrikin altında yerləşdirilən üçlü eniş dəsti sistemi Cessna üçün yeni bir sistem idi. 1955-ci ildə ilk qalxmasınıq həyata keçirmiş C172, ilk ilində 1400 ədəd istehsal edilmişdir. Omni-Vision dizaynı olan təyyarə arxasında pəncərəsi olan nadir modellərdən biridir. Beləliklə, pilot arxasını da görə bilər. Yeni nəsil C172-lər Garmin G1000 şüşə kokpit ilə istehsal olunur.
Cessna 182
Cessna 182 "Skayleyn" ümumi təyinatlı yüngül amerikan təyyarəsidir. "Skylane" əlavəsi, ilk dəfə 182A modifikasıyasının adında, onun daha təkminləşdirilmiş model olduğunu ifadə etmək üçün istifadə olunmuşdur. Cessna Aircraft Company tərəfindən hazırlanmışdır. Bu təyyarə aviasiya tarixində ən çox istehsal olunmuş təyyarələrdən biridir. 1956-cı ildən başlayaraq 15 modifikasiya üzrə 25000-dən çox təyyarə istehsal olunmuşdur.
Fragaria × vescana
Hellas Verona
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Mesona chinensis
Platostoma palustre (lat. Platostoma palustre) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin platostoma cinsinə aid bitki növü.
Nordurland Vestra
Nordurland Vestra (isl. Norðurland vestra - Şimal yerin Qərbi) — İslandiyada region.
Setsuna Meyo
Seylor Pluton (セーラープルート, Sērā Purūto) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir. == Profil == Seylor Pluton "Seylor Mun R" seriyasının axırlarına qədər görünməmişdir. O, zaman darvazalarında keşik çəkən qoruyucudur. Seylor Pluton ilk dəfə Luna-P vasitəsilə Çibiusa ilə əlaqə saxlayarkən görünmüşdür. Seylor Pluton Çibiusaya Balaca Leydi kimi müraciət edir. Çibiusa Seylor Plutonu "Puu" (ingilis versiyasında "Plu") kimi çağırır.
Təbəs Məsina
Təbəs Məsina — İranın Cənubi Xorasan ostanının Dərmiyan şəhristanının Gəzik bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,776 nəfər və 779 ailədən ibarət idi.
Verona (mahnı)
Verona — Estoniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Koyt Toome və Laura Pıldvere dueti "Verona" mahnısı ilə Estoniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Estoniyalı bəstəkar Sven Lıhmus tərəfindən yazılmışdır. Mahnının eyni zamanda italyan dilində səslənən versiyası da mövcüddür.
Verona Arenası
Verona Arenası (it. Arena di Verona) — Klassik Romalılardan qalma qədim arena. Ən yaxşı saxlanılan ən qədim tikililərdən biridir. Geniş miqyaslı teatr və opera sənət əsərləri nümayiş etdirilən amfiteatrdır.