Yəsna

Yasna 28.1 (Bodleian MS J2)

Yəsna - ("ehtiram", "pərəstiş", "qurban vermə") "Avesta"nın 72 fəsildən ibarət olan, ibadət, müxtəlif adətlər, mərasimlər və qurban verilməsi zamanı oxunan ayrı-ayrı duaları özündə ehtiva edən ən həcmli hissəsidir. Metrik formada tərtib olunmuş və xarakterinə görə Bibliya peyğəmbərlərinin nitqlərini xatırladan "Qatlar" ("himnlər", nəğmələr") onun ən mühüm qismidir (17 fəsildən ibarətdir).

Yasnanın qismən şeirlərlə tərtib olunmuş Yeddi fəsli (35-41-ci fəsillər) Qatlara yaxınlaşır. Bu fəsillərdə ən qədim zamanların ruhu duyulmaqdadır. Yasnanın nəticə hissəsində dualar vardır.