Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaymo
Vaymo — Google-un ana şirkəti olan, "Alphabet" şirkətinin törəmə şirkətinə məxsus özügedən avtomobilidir. Bu proyekt ilk əvvəl Googleda 2009-cu ildə özügedən avtomobil proyekti kimi başlamışdır. 2016-cı ilin dekabr ayından isə yeni törəmə şirkət kimi fəaliyyət göstərir. Alphabet şirkəti Vaymonu belə təsvir edir: "özügedən avtomobili texnologiya şirkəti olub, missiyası isə insanların və əşyaların asan və təhlükəsiz şəkildə daşınmasıdır". Yeni şirkt, uzun müddət avtomobil sənayəsində rəhbər vəzifələrdə çalışmış Jon Krafcik tərəfindən idarə olunur. Şirkət özügedən avtomobili tezliklə ictimaiyyət üçün hazır olacağını bilidirir. Şirkətin çox soruşulan suallar bölməsindən:Bizim növbəti addımızı insanlara özügedən avtomobili gündəlik işlər üçün, məsələn, işə getmək üçün yoxlamalarına icazə verməkdir.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. == Həyatı == Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. == Kariyerası == Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Vimo Takto
Vimo Takto —80-90-cı illərdə Kuşan İmperiyasını idarə etmiş hökmdar. == Həyatı == Dövlətin qurucusu, ilk dəfə imperator ünvanı alan Kucula Kadfiz oğlu idi.Kuculanın ölümündən sonra yerinə keçən Vima Takto dönəmində də, Kuşanların genişlənməsi davam etdi. Hindistanda Mathuraya qədər olan bölgələr, Kuşanların hakimiyətinə daxil oldu. Vimo Takto 87-ci ildə Çinə elçilər göndərmişdi. == Xarici keçidlər == Боровкова Л. А. «Кушанское царство (по древним китайским источникам)». М., 2005, ISBN 5-89282-265-6. The Era of Kanishka Arxivləşdirilib 2004-10-09 at the Wayback Machine Coins of Vima Takto Hill, John E. 2004. The Western Regions according to the Hou Hanshu.
Mariano Di Vaio
Mariano Di Vaio — məşhur italiyalı model, bloger və aktyor. == Həyatı == Mariano Di Vaio 9 may 1989-cu ildə İtaliyanın Assisi şəhərində anadan olub. 2015-ci ildə Eleonora Brunacci ilə evlənmişdir. 2016-cı ildə Nathan Leone Di Vaio, 2018-ci ilin 18 iyun tarixində Leonardo Liam Di Vaio adlı oğlu dünyaya gəlmişdir. == Şəxsi məlumatlar == Boyu = 178 sm Çəkisi = 80 kq Ayaqqabı ölçüsü = 44 Gözləri = qəhvəyi Saç rəngi = qəhvəyi == Karyerası == 2012-ci ildə şəxsi bloqunu yaratmışdır. Bir çox məşhur brendlərin siması olmuşdur. == Filmləri == Deported (komediya filmi, 2016) == Mənbələr == Rəsmi Saytı Arxivləşdirilib 2017-11-07 at the Wayback Machine Rəsmi İnstagram Səhifəsi Rəsmi Facebook Səhifəsi Rəsmi Twitter Səhifəsi Mariano Di Vaio — Internet Movie Database saytında.