Dərviş Zaim

Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri.

Dərviş Zaim
türk. Derviş Zaim
Doğum tarixi 1964
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ssenarist
Fəaliyyət illəri 1995-ci ildən
Təhsili
IMDb ID0952077
derviszaim.com

Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir.

Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır. 1992 və 1995-ci illər arasında televiziya rejissorluğu və ssenaristliyi edən Derviş Zaim bir çox TV proqrama quruluş vermişdir. 1995-ci ildə ilk romanı "Ares möcüzələr diyarında" ilə Türkiyədə Yunus Nadi Roman Mükafatını qazanmışdı. Dərviş Zaimin tammetrajlı və sənədli filmləri bir çox mükafatlara görüldüyü Türkiyə və beynəlxalq film festivallarında nümayiş olunmuşdur.

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Tabutta Rövaşata (1996)
  • Fillər və çəmən (2000)
  • Palçıq (2002)
  • Cənnəti gözləyərkən (2005)
  • Nöqtə (2008)
  • Kölgələr və surətlər (2010)
  • Dövr (2012)
  • Balıq (2013)
  • 22-ci Ankara Beynəlxalq Film Festivalı
  • Ən Yaxşı Film (Kölgələr və surətlər)
  • Ən Yaxşı Rejissor (Kölgələr və surətlər)
  • SİYAD Ən Yaxşı Film Mükafatı (Kölgələr və surətlər)
  • 33-cü Antalya Film Şənliyi, 1996, Tabutta Rövaşata, Ən Yaxşı Ssenari
  • 37-ci Antalya Film Şənliyi, 2000, Fillər və çəmən, Ən Yaxşı Rejissor
  • 45-ci Antalya Qızıl Portağal Film Festivalı, 2008, Nöqtə, Ən Yaxşı Rejissor
  • 45-ci Antalya Qızıl Portağal Film Festivalı, 2008, Nöqtə, Dr. Avni Tolunay Jüri Xüsusi Mükafatı
  • 16-cı İstanbul Film Festivalı, 1997, Tabutta Rövaşata, Jüri Xüsusi Mükafatı
  • 23-cü Siyad Türk Filmi Mükafatları, 2001, Fillər və çəmən, Ən Yaxşı Rejissor
  • 23-cü Siyad Türk Filmi Mükafatları, 2001, Fillər və çəmən, Ən Yaxşı Ssenari
  • 12-ci Orxan Arıburnu Mükafatı, 2001, Fillər və çəmən, Ən Yaxşı Film
  • 12-ci Orxan Arıburnu Mükafatı, 2001, Fillər və çəmən, Ən Yaxşı Rejissor
  • 14-cü Orxan Arıburnu Mükafatı, 2003, Palçıq, Mehmet Emin Toprak Mükafatı
  • Venedikt Film Şənliyi, 2003, Palçıq, YUNESKO Mükafatı
  • 27-ci Beynəlxalq İstanbul Film Festivalı, Ən Yaxşı Türk Rejissoru Mükafatı (Nöqtə)
  • 45-ci Antalya Qızıl Portağal Film Festivalı, Ən Yaxşı Rejissor, Nöqtə
  • 45-ci Antalya Qızıl Portağal Film Festivalı, Dr. Avni Tolunay Jüri Xüsusi Mükafatı, Nöqtə
  • 4-cü Beynəlxalq Avrasiya Film Festivalı, Tənqidçilər Mükafatı, Nöqtə
  • Qahirə Film Festivalı, 2008, Ən Yaxşı Rəqəmsal Film
  • İpək Yolu Film Festivalı, Ən Yaxşı Rejissor

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]