Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Coko Vidodo
Coko Vidodo (d. 21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir. == Fəaliyyəti == Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur. 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur. Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır. 14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir.
İriana Coko Vidodo
İriana Cokovi (1 oktyabr 1963, Surakarta, Mərkəzi Yava) — 20 oktyabr 2014-cü ildən İndoneziyanın birinci xanımı və İndoneziyanın indiki prezidenti Coko Vidodonun xanımı. == Karyera == Həyat yoldaşı Coko Vidodo Cakartanın qubernatoru olarkən İriana İndoneziyada milli qadın hərəkatı olan Ailə Rifah Təhsil Təşkilatının (Pembinaan Kesejahteraan Keluarga və ya PKK) lideri təyin edildi. 2005-2008-ci illəri arasında Surakarta şəhərində PKK-nın lideri vəzifəsində çalışdı. == Ailə == İriana 24 dekabr 1986-cı ildə Solo, Mərkəz Yavada Coko Vidodoyla ailə həyatı qurdu. Qibran Rakabuminq (1 oktyabr 1987-ci il təvəllüdlü) və Kaesanq Panqarep (25 dekabr 1994-cü il təvəllüdlü) adlı iki oğlu və Kahiyanq Ayu adlı bir qızı (20 aprel 1991-ci il təvəllüdlü) var.