İriana Cokovi (1 oktyabr 1963[1], Surakarta, Mərkəzi Yava[1]) — 20 oktyabr 2014-cü ildən İndoneziyanın birinci xanımı və İndoneziyanın indiki prezidenti Coko Vidodonun xanımı.
İriana Coko Vidodo | |
---|---|
Iriana Joko Widodo | |
| |
2014 – Vəzifədədir | |
Əvvəlki | Kristiani Herrouati |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Surakarta İndoneziya |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Coko Vidodo (e.1986) |
Uşaqları | Qibran Rakabuminq, Kaesanq Panqarep və Kahiyanq Ayu |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat yoldaşı Coko Vidodo Cakartanın qubernatoru olarkən İriana İndoneziyada milli qadın hərəkatı olan Ailə Rifah Təhsil Təşkilatının (Pembinaan Kesejahteraan Keluarga və ya PKK) lideri təyin edildi. 2005-2008-ci illəri arasında Surakarta şəhərində PKK-nın lideri vəzifəsində çalışdı.[2]
İriana 24 dekabr 1986-cı ildə Solo, Mərkəz Yavada Coko Vidodoyla ailə həyatı qurdu. Qibran Rakabuminq (1 oktyabr 1987-ci il təvəllüdlü) və Kaesanq Panqarep (25 dekabr 1994-cü il təvəllüdlü) adlı iki oğlu və Kahiyanq Ayu adlı bir qızı (20 aprel 1991-ci il təvəllüdlü) var.[3]