Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vorema burnu
Vorema burnu — burun Barens dənizinə daxil olan Varanger-Fiordun cənubunda, Murmansk vilayətinin şimal-qərbində yerləşir. Rusiyanın Şimal Buzlu okean regionunda sonuncu qərb nöqtəsidir. Vorema köefəzinin şərqində yüerləşir. Körfəzin qərbində yerləşən burun isə artıq Norveçə məxsusdur. Burun vulkanın suxurların səthə çıxmasından formalaşmışdır. Əsasən qranit və qneysdən təşkil olunmuşdur. Sahilə yaxın ərazilərdə su altı və su üstü adacıqlar vardır. Sahilləri sıldırımlıdır. Burunun maksimal hündürlüyü 48 metrdir. Burun sahillərində Kamçatka yengəcinin bir yarımnövü yayılmışdır ("Paralithodes camtschaticus Tilesius").
Dorema
Dorema (lat. Dorema) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Vorsma
Vorsma — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Dorema glabrum
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Çılpaq dorema