Çılpaq dorema

Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v).

Çılpaq dorema
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Dorema glabrum

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarında müşahidə edilmişdir. Toxumla çoxalır. Kserofitdir. Aşağı dağ qurşağına kimi quru dərələrdə rats gəlinir. Tərəvəz və dərman bitkisi kimi, əhali tərəfindən istifadə edilir.

Naxçıvan düzənliyi (Duzdağın cənub yamacında çox kiçik bir sahədə bitir) və Naxçıvanın dağlıq hissəsi (Vəlidağ, Dəhnədağ, Dərəşam və Darıdağ ətrafı).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır. Keçən 10 il ərzində 70% azalma müşahidə edilmişdir. Antropogen təsirlər növün itmə təhlükəsini yaradır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Tərəvəz və dərman bitkisi kimi intensiv istifadəsidir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Öncədən yayıldığı Darıdağ ərazisində yasaqlıq yaradılması təklif edilmişdir. Bərpası üçün uyğun ərazilərdə introduksiya edilmişdir.