Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avrostat
Avrostat və ya Avropa Statistika Bürosu — Avropa İttifaqının statistika idarəsi. Avrostat 1953-cü ildə Avropa Kömür və Polad Birliyinin statistik xidməti kimi yaradılmışdır. Bu, Avropa İqtisadi Komissiyasının əsas direktorlarından biridir. Avrostatın əsas vəzifələri statistik məlumatların hazırlanması və Avropa İttifaqının rəhbərliyinə təqdim edilməsi, statistik məlumatların davamlı olaraq təkmilləşdirilməsi, birlik ölkələrində statistik müşahidələrin vahid yanaşmada və vahid metodologiya əsasında təşkilində milli statistika xidmətlərinə köməklik göstərməkdir.
Prostat
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. == Xüsusiyyəti == Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Traktat
Traktat (yun. traktus - mühakimə) — antik dövrdən başlayaraq müəyyən mövzuda yazılan elmi əsərlər. Ənənəvi olaraq ədəbiyyat nəzəriyyəsi və fəlsəfəyə aid əsərlər də belə adlandırılmışdır. Eyni sözdən yaranmış "traktovka" termini də rus dili vasitəsi ilə Azərbaycan dilinə keçmişdir. Bu termin ədəbi əsəri yozmaq, mənalandırmaq, şərh etmək mənasında işlənir. Orta əsrlərdə traktatları nəzmlə yazmaq ənənəsi var idi, bunlar poetik traktatlar adlanırdı. Sayılırdı ki, şeir dili ağılın daha yüksək və zərif ifadə formasıdır.
Rastak
Rastak (fars. رستاک‎), rəsmi olaraq Rastak Music Group (fars. گروه موسیقی رستاک‎, azərb. Rastak musiqi qrupu‎) — İran musiqi qrupu. Qrup 1997-ci ildə Siyamək Səpehri tərəfindən təsis edilmişdir və İran, Azərbaycan, kürd, bəluc, ərəb, Mazandaran, Gilan, lur xalq mahnılarını oxuyur, musiqilərini ifa edirlər. Qrup çoxlu beynəlxalq musiqi festivallarında iştirak etmiş, İran, Türkiyə, ABŞ, Yaponiya, Hindistan, eləcə də bir sıra Avropa ölkələrində konsertlər təşkil etmişdir.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Prostat vəzi
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. == Xüsusiyyəti == Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Prostat xərçəngi
Prostat vəzinin xərçəngi — bədxassəli şiş. Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: — yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; — kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri; — piylənmə; — irsiyyət; — zərərli istehsal sahələrində işləmək; — zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir. Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15–20 dəfəyə çatır (normada gün ərzində 4–5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. == İnzibati əraziləri == Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. == Əhalisi == Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Salvia vasta
Salvia vasta (lat. Salvia vasta) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Rasta bazar (Şuşa)
Məhəmməd Əmin Rəsulzadə küçəsi və ya Rasta bazar küçəsi — Şuşa şəhərinin tarixi mərkəzində yerləşməkə Divanxana və Meydanı birləşdirən, XIX əsrin II yarısından etibarən isə həm də əsas ticarət mərkəzi rolunu oynayan tarixi küçə. == Tarixi == Aşağı bazar küçəsindən fərqli olaraq, Rasta bazar küçəsi Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında dəqiq və yaxşı planlaşdırılmaya malik deyil. Buna görə də, XIX əsrin yarısına kimi gələcəkdə şəhərin əsas ticarət magistralı olacaq Rasta bazar küçəsi yalnız köməkçi küçə rolunu oynamışdır. Həmin dövrdə şəhərin əsas ticarət magistralı isə Aşağı bazar küçəsi idi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi və 1828-ci ildə Qacarlarla Rusiya imperiyası arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra hərbi təhlükənin aradan qalxması ilə digər qala şəhərlər kimi Şuşa da müdafiə əhəmiyyətini itirir və şəhərdə ticarətin inkişafına başlanılır. Bu isə şəhərin köhnə ticarət küçəsi olan Aşağı bazar küçəsinin yenidən qurulması və Rasta bazar kimi yeni və daha böyük ticarət küçəsi yaradılmasına ehtiyac formalaşdırır. Şuşada ticarət mərkəzinin genişləndirilməsi zamanı ictimai ticarət binaları ilə tikilmiş bir neçə böyük ticarət-bazar kompeksi olan meydanlar və küçələr meydana çıxır. Yeni memarlıq-planlaşdırma mərkəzinin formalaşması Şuşanın 1855-ci ilə aid baş planında da əksini tapmışdır. Həmin plana görə şəhərin mərkəzi Aşağı meydandan Cümə məscidinin qarşısında yerləşən Meydana keçirilir. Bu şəhərsalma prosesini qeyd edən Baharlı bildirir ki, şəhərin bir zamanlar ictimai-ticarət tikililəri (karvansaralar, ticarət sıraları və hamamlar) ilə zəngin olan aşağı hissəsi tədricən əhəmiyyətini itirir, yuxarı hissəsi isə abadlaşdırılaraq, mərkəzə çevrilir.
Rasta bazar küçəsi (Şuşa)