Bu məqalə qaralama halındadır. |
Prostat vəzinin xərçəngi — bədxassəli şiş.
Prostat xərçəngi | |
---|---|
XBT-10 | C6161. |
XBT-10-KM | C61 |
XBT-9 | 185185 |
XBT-9-KM | 185[1] |
OMIM | 176807, 300147, 300704, 601518, 602759, 608656, 608658, 609299, 609558, 610321, 610997, 611100, 611868, 611928, 611955, 611958, 611959 |
DiseasesDB | 10780 |
MedlinePlus | 000380 |
Vikianbarda əlaqəli mediafayllar |
Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir.
Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: — yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; — kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri; — piylənmə; — irsiyyət; — zərərli istehsal sahələrində işləmək; — zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir. Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15–20 dəfəyə çatır (normada gün ərzində 4–5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər. Prostat vəzinin xərçəngi sonrakı dövrlərində limfatik düyünlərə, sümüklərə, ağ ciyərlərə, qara ciyərə də metastaz verə bilər. Müayinə zamanı həkim uroloq-androloq prostat vəzinin bərkliyini aşkar etmək üçün düz bağırsaqdan olmaqla barmaqla onun müayinəsini aparır. Bu zaman bərklik müəyyən edilmiş olarsa, xüsusi rektal ultrasəs müayinəsi (USM) və qanda prostat-spesifik antigenin (PSA) müəyyən edilməsi təyin edilir. PSA yalnız prostat vəzi xərçənginin spesifik göstəricisi deyil. Belə ki, qanda onun səviyyəsinin artması prostat vəzinin müxtəlif iltihabi proseslərində, prostat vəzinin adenoması zamanı, cinsi əlaqədən sonra və orqanizmə olan müxtəlif müdaxilələr zamanı da artmış ola bilər. Ancaq əksər hallarda qanda PSA-nin səviyyəsinin yüksəlməsi, prostat vəzidə xərçəng xəstəliyinin olmasına şübhə yaradan yeganə əlamət olur.
Bundan sonra prostat vəzinin biopsiyası aparılır. Bu isə prostat vəzi xərçəngi diaqnozunu təsdiq etmək üçün əsas üsul hesab edilir. Prostat vəzinin biopsiyası əksər hallarda USM nəzarəti altında aparılır. Bu zaman xüsusi alətin köməkliyi ilə düz bağırsaqdan olmaqla, hüceyrə quruluşunun müayinəsi üçün prostat vəzinin müxtəlif sahələrindən bir neçə mikroskopik (çox kiçik) tikə vəzi toxuması götürülür.
Xərçəng diaqnozu təsdiq edildiyi halda çanaq üzvlərinin KT (kompüter tomoqrafiyası), MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi və həmçinin sümüklərdə metastazların olmasını istisna etmək üçün xüsusi müayinə keçirilir.
Prostat vəzi xərçənginin müalicə üsulunu seçərkən həkim xəstəliyin inkişaf mərhələsini, kişinin yaşını, fəsadların baş vermə təhlükəsini və s. bu kimi xüsusiyyətləri nəzərə alır.
Prostat vəzi xərçənginin əsas müalicə üsulları aşağıdakılardır:
1. Gözləmə taktikası. Bu üsul ağır yanaşı xəstəlikləri olan yaşlı kişilərdə tətbiq edilir. Bu zaman xəstəyə heç bir müalicə yazılmır. O ancaq daimi həkim nəzarətində olur. Mütəmadi olaraq qanda prostat spesifik antigenin (PSA) səviyyəsi təyin edilir və prostat vəzinin USM-i aparılır; 2. Cərrahi müalicə — prostat vəzinin xaric edilməsi – prostat vəzi xərçənginin əsas müalicə üsuludur. Hazırkı dövrdə kişinin həm cinsi funksiyasını və həm də sidiyi normal saxlamaq xüsusiyyətini qoruyan cərrahi əməliyyatın texniki cəhətdən icra edilməsi üsulu işlənilib hazırlanmışdır; 3. Şüa ilə müalicə — radiasiyadan istifadə etməklə bədxassəli şişin dağıdılması. Bu zaman şüalanmaya məruz qalan hüceyrələrin DNK quruluşu pozulduğu üçün onlar çoxalma xüsusiyyətlərini itirmiş olur, qocalaraq məhv olurlar; 4. Krioterapiya – bədxassəli şiş toxuması hüceyrələrinin aşağı temperaturun təsiri ilə məhv edilməsi; 5. Hormonal terapiya – bu zaman kişi cinsi hormonlarının təsirini təcrid edən dərman preparatlarından istifadə edilir. Hormonal terapiyadan, digər üsullardan heç birinin tətbiq edilməsi mümkün olmadıqda istifadə edilir.
Prostat vəzi hüceyrələrinin xərçəng hüceyrələrinə keçməsinə səbəb olan faktorlar xeyli çox olduğundan, praktiki olaraq heç bir kişini risk (təhlükə) qrupundan kənarda qoymağa imkan vermir! Ona görə də, hər bir kişi ildə 2 dəfədən az olmayaraq uroloq-androloq tərəfindən profilaktik müayinədən keçməlidir! Prostat xərçəngi və soya Hesab edirəm ki, prostat xərçəngi zamanı izoflavanlar çox faydalıdır. Bundan əlavə, onlar xərçəngin əmələ gəlməsinin qarşısını alır. Soyanın izoflavanları özlərini iltihab əleyhinə maddələr kimi aparırlar: onlar prostatın şiş hüceyrələrinin özlərini öldürməsini induksiyalaşdıra bilirlər. Soya radioterapiya effektini gücləndirir və yan effektlərin sayını azaldır. Prostat xərçəngi olduqda süd vəzi xərçənginin əksinə olaraq təklif olunur ki, hətta hormonal müalicə olduqda da soya və soyalı məhsullar istifadə olunsun. Prostat xərçəngi üçün xərçəng əleyhinə ən yaxşı kokteyl: soya + kurkuma + pomidor + yaşıl çay. Digər xərçəng növləri. Yoğun və düz bağırsaq xərçəngi zamanı soya və onun törəmələri öz faydasını göstərməyib. Yumurtalıq xərçəngi zamanı, oxşayır ki, az müdafiə effekti göstərir. Ağciyər xərçəngi zamanı soya müdafiə təsiri göstərir və şişləri radioterapiya üçün daha həssas edir. Hamilə qadınların soya istifadəsi uşaqlarda leykemiya yarada bilər.
1. Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с. – Рак победим.