Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Askold adası
Askold adası — Yapon dənizi, Böyük Pyotr körfəzindəki bir ada. Vladivostokdan 50 km cənub-şərqdə və Naxodkadan 40 km qərbdə yerləşir. Təbii olaraq xallı maralların sığınacaq yeri olaraq bilinir. Ekoturizm obyektidir. Turistlər arasında qədim mayak və tərk edilmiş hərbi texnikalar (26 nömrəli artilleriya batareyasının qalıqları) ilə məşhurdur. Adada qızıl və qum yataqları vardır. == Coğrafiya == Materikə ən yaxın məsafə (Maydelya, Sısoyev burunları) 3.7 dəniz milidir (6.9 km). Ən yaxın yaşayış məntəqəsi Dunay kəndi 5,4 dəniz mili (10 km) məsafədədir. Ada materikdən və qonşu Putyatin adasından təxminən 7 km eni olan eyni adlı boğazla ayrılmışdır. Mayak mühafizəçiləri və hava stansiyası işçilərindən başqa daimi əhali yoxdur.
Askoli Piçeno
Askoli Piçeno (it. Ascoli Piceno) — İtaliyanın Marke regionunda şəhər.
Mayron Skoulz
Olev Eskola
Olev Voldemaroviç Eskola (est. Olev Eskola), 18 noyabr 1914 Tallin, Estoniya — 4 aprel 1990 Kassari, Estoniya) — Estoniya aktyoru, Estoniya SSR əməkdar artisti (1957). == Həyatı == Olev Eskola 18 noyabr 1914-cü ildə Reveldə anadan olub. "Estoniya" tetarında işləyib (1931—1935, 1944—1949). 1949-cu ildən Kinqisepp adına Tallin Dram Tetarının aktyoru olub. 1955-ci ildən filmlərə çəkilib. Bütün karyerası boyu kinoda 37 rol alıb. 4 aprel 1990-cı ildə Tallində vəfat edib. Qardaşı Ants Eskola da tanınmış aktyor olub. == Filmoqrafiya == Skripkanın sərgüzəşti (film, 1972) Qatır Məmməd (film, 1974) == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Starı Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Vukol Beridze
Vukol Mixayloviç Beridze (gürc. ვუკოლ მიხეილის ძე ბერიძე; 1883–1963) — gürcü sovet alimi-dilçisi, Tbilisi Universitetinin professoru, Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Vukol Beridze 1883-cü ilin fevralın 15-də zadəgan ailəsində anadan olub. 1902-ci ildə Xonin seminariyasını bitirib orada dərs deməyə başlayıb. 1907-ci ildə Kutaisi gimnaziyasında imtahan vermişdir. Vukol Beridze 1912-ci ildə Sankt -Peterburq Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. O, 1912–1918-ci illərdə Kutaisi gimnaziyasında dərs demişdir. 1919-cu ilə qədər Sosialist Federalist Partiyasının üzvü olmuşdur. Vukol Beridze Mərkəzi Arxiv direktoru (1918–1922), Gürcüstanın Əsas Elmi idarəsi rəhbərinin müavini (1922–1932) vəzifələrində çalışmışdır. 1922–1932-ci illərdə Zaqafqaziya Kommunist Universitetində gürcü dili və ədəbiyyatı, 1932-ci ildən — Tbilisi Dövlət Universitetində dərs demişdir.
İşkol (Əbyəlil)
İşkol kəndi (başq. Ишҡол) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İşkol kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 22 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 70 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Şkola i jizn (jurnal)
"Şkola i jizn" jurnalı (rus. Школа и жизнь) — sosial-demokrat bolşevik təşkilatının fəal yardımı ilə 1907-ci ilin yanvarında nəşr olunan leqal jurnal. == Yaranma tarixi == "Şkola i jizn" ("Məktəb və həyat") jurnalının ilk nömrəsi 1907-ci il yanvarın 28-də işıq üzü gördü. Jurnalın redaktorları Bakı kişi gimnaziyasının müəllimləri İ.Gepner, K. İosseliani idilər. Jurnalda əsasən sosial-demokrat gənclər iştirak edirdilər. Onlar "Nabat" jurnalını buraxarkən təcrübə toplamışdılar. Jurnalın ümumi tirajı 1000 nüsxə idi, ayda bir dəfə buraxılması nəzərdə tutulmuşdu. İlk nömrə R. Şneyderovun mətbəəsində çap olunmuşdu. == Fəaliyyəti == "Bazar günü, 28 yanvar" sərlövhəli baş məqalədə jurnalın məsləki, yolunda mübarizə apardığı ideallar aydınlaşdırılmışdır. Bu məqaldən görünür ki, jurnal bolşevizm mövqeyini müdafiə etməyi, dövrün mühüm ictimai-siyasi məsələlərinə bu mövqedən yanaşmağı qarşısına məqsəd qoymuşdur.