Askold adası

Askold adası — Yapon dənizi, Böyük Pyotr körfəzindəki bir ada. Vladivostokdan 50 km cənub-şərqdə və Naxodkadan 40 km qərbdə yerləşir. Təbii olaraq xallı maralların sığınacaq yeri olaraq bilinir. Ekoturizm obyektidir. Turistlər arasında qədim mayak və tərk edilmiş hərbi texnikalar (26 nömrəli artilleriya batareyasının qalıqları) ilə məşhurdur. Adada qızıl və qum yataqları vardır.

Askold adası
rus. Аскольд
Ümumi məlumatlar
Sahəsi 14,6 km²
Uzunluğu
  • 6 km
Eni 5,8 km
Hündür nöqtəsi 358 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
42°46′ şm. e. 132°20′ ş. u.HGYO
Ölkə  Rusiya
Region
Akvatoriya
Askold adası xəritədə
Askold adası
Askold adası
Askold adası xəritədə
Askold adası
Askold adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Materikə ən yaxın məsafə (Maydelya, Sısoyev burunları) 3.7 dəniz milidir (6.9 km). Ən yaxın yaşayış məntəqəsi Dunay kəndi 5,4 dəniz mili (10 km) məsafədədir. Ada materikdən və qonşu Putyatin adasından təxminən 7 km eni olan eyni adlı boğazla ayrılmışdır. Mayak mühafizəçiləri və hava stansiyası işçilərindən başqa daimi əhali yoxdur. Adanın sahəsi 1460 hektar və ya 14,6 km²-dir. Adanın uzunluğu 5,6 km və eni 4,1 km-dir. Cənubda Naezdik adlı buxtaya sahibdir. Cənub-şərq sahilində eyni adlı Cənub-Şərq körfəzi var. Ada dağlıqdır, üç yüz metrdən çox üç zirvəyə malikdir, maksuimal hündürlüyü 358 m-ə çatır . Adanın sahilləri yüksək, dikdir. Adanın iki böyük axarı və bir neçə daha kiçik su axını vardır. Askold adasında bir çox quş və böcək növü yaşayır. Bunlardan bəziləri ilk dəfə Mixail Yankovski tərəfindən aşkarlanıb. Yaz və payız köçləri zamanı bir çox quş adanı dayanacaq məntəqəsi olaraq seçir. Adada məməlilərdən xallı maral, bir neçə növ siçan və ev siçovulları yaşayır. Əvvəllər adada tülkülər də yaşayırdı (1874/1875-ci ilin qışında məhv edildi). Sahillərinin yaxınlığında Nerpa, Ləkəli suitiŞimal dəniz şiri yayılmışdır. Adanı yarasalar və samurlar ziyarət edir. Adadan bir qədər şimalda "Beş barmaq" qayalıqlarında yapon qarabatqaqları yayılmışdır.[1][2]

Təbii ehtiyyatlar

[redaktə | mənbəni redaktə et]

yenidən qurmaya qədər adada geoloji kəşfiyyat işləri aparıldı. Ərazisi 1,63 km² olan Askold qızıl yatağı aşkar edilmişdir. 01.01.2010 tarixinə qızıl ehtiyatları 250 kq, orta qızıl miqdarı 0,32 q / kub; qum ehtiyatı — 768 min m³ (TsKZ, protokol № 11, 1979) olmuşdur. P1 kateqoriyalı proqnozlaşdırılan qızıl ehtiyatları 9 ton (05 noyabr 2003-cü il tarixli Rusiya NTS MPR protokolu) qiymətləndirilmişdir[3].

Unikal coğrafi mövqeyi və təbiətinə görə hər il yüzlərlə turist adaya gəlir. Ancaq bir çox ada ilə müqayisədə Böyük Pyotr körfəzində yerləşən adalar və qonşu Putyatin adası ilə miqayisədə turistlərin sayı azdır. Adada tərk edilmiş hərbi qurğular, köhnə qəbiristanlıq vardır. Adada il boyunca mayak ailəsi yaşayır. Burada qazmaçılar üçün maraqlı olacaq yeraltı keçidlər sistemi mövcuddur. Ayrıca ada sahilləri təmiz su, sahildən başlayan böyük dərinliklər, sualtı flora və faunanın bolluğu sayəsində dalğıclar üçün maraqlıdır. Adada çimərliklər azdır, çimərliklər əsasən daş və çınqıldan ibarətdir. Adanın əsas sərvəti təklik, əlçatmazlıq, demək olar ki ilkin təbiət, təmiz çimərliklər və avtomobillərin olmamasıdır. Bu onu Primorskın cənubunda ekoturistlər və ekstremal turistlər üçün cəlbedici olan bir neçə yerdən birinə çevirir.

  1. Янковский, 2012, Михаил Янковский. Остров Аскольд (очерк), с. 21–24.
  2. Янковский, 2012, Валерий Янковский. Нэнуни, с. 215.
  3. "Аскольдовское месторождение // Золото россыпное, Золото рудное Приморский край". Региональный портал Дальний Восток Недропользование. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.