Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vinnitsa
Vinnitsya (Ukraynca: Вінниця, [ˈwinnɪtsʲa], Rusca: Винница / Vinnitsa, Polşaca: Winnica), Ukraynanın Vinnitsya Oblastının mərkəz şəhəridir.
Zvinitsa
Şahzadə Zvinitsa (814 – 831) — Bulqar şahzadəsi. Qardaşı Enravotanın xristian olmasından sonra vəliəhd olmuşdu. Lakin xəstələnib öldüyünə görə vəliəhdlik kiçik qardaşı Malamirə keçdi.
Çibiusa
Çibiusa (ちびうさ, Chibiusa) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. İlk dəfə "Nakayoshi" jurnalının 1993-cü ilin 3 fevralında yayımlanan "Seylor Mun" manqasının 14-cü aktı olan "Son və başlanğıc, Petite Étrangere"-də yer almışdır. Çibiusa XXX əsrdən Seylor Mun və dostlarından kömək istəmək üçün gələn kiçik uşaqdır. Daha sonra Seylor döyüşçüsünə — Seylor Çibi Muna (セーラーちびムーン, Sērā Chibi Mūn) çevrilmişdir. (İngilis versiyasında isə Seylor Mini Mun.) Çibiusanın tam adı Şahzadə Usaqi Balaca Leydi Sereniti (プリンセス・うさぎ S(スモール)L(レディ)セレニティ, Purinsesu Usagi Sumōru Redi Sereniti) şəklindədir. Anasının soyadını qəbul etdiyindən XX əsrdə Çibiusa Tsukino adı ilə də tanınır. Lakin onu Usaqi Tsukinodan fərqləndirmək üçün başqa adla çağırırlar. Çibiusa sözü çibi (balaca uşaq) və Usaqi sözlərindən əmələ gəlmişdir. == Profil == Müəllif Naoko Takeuçi Çibiusanı yaramaz və dəcəlliyə meyil göstərən tezböyüyən uşaq kimi təsvir etmişdi. O, Yeni Kraliça Serenitinin və Kral Endimionun qızıdır.
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Vinnitsa qırğını
Vinnitsa qırğını (ukr. Вінницька трагедія) — 1937-1938-ci illərdə Böyük təmizləmə və ya Yejovşçina dövründə Sovet gizli polisi NKVD tərəfindən Ukraynanın Vinnitsa şəhərində 9000 ilə 11.000 nəfər arasında insanın kütləvi şəkildə edam edilməsi. Vinnitsadakı kütləvi məzarlar 1943-cü ildə Almaniyanın Ukraynanı işğalı zamanı aşkar edilmişdir. İlk dəfə beynəlxalq Katın Komissiyaı tərəfindən hadisə ilə bağlı aparılan araşdırma Katında Polşa hərbi əsirlərinin oxşar kütləvi qətl yerinin tapılması ilə üst-üstə düşdü. Almanlar Sovet İttifaqını nüfuzdan salmaq üçün kommunist terrorunun bu sübutundan istifadə etdikləri üçün Ukraynadakı NKVD tərəfindən törədilən çoxu qırğın arsında daha yaxşı araşdırılan yerlərdən birinə çevrildi. == Tarix == === Qırğın === Vinnitsada dəfn edilən qurbanların əksəriyyəti .22 kalibrli güllənin boynunun arxasına atılan atəş nəticəsində öldürülmüşdü. Güllə kiçik kalibrli olduğuna görə qurbanların əksəriyyəti iki dəfə, ən azı 78 nəfəri üç dəfə vurulmüşdu; Orada tapılan qurbanların 395-də silah zədələrinin izlərinə əlavə olaraq kəllə sümükləri də qırılmışdı. Qazıntılar nəticəsində kişilərin demək olar ki, hamısının əlləri bağlı şəkildə öldürüldüyü aşkarlanmışdı. Yaşlı qadınlar bir növ paltar geyinmişdilər, gənc qurbanlar isə çılpaq şəkildə basdırılmışdı. Edamlar gizli həyata keçirilirdi; ailələrə qohumlarının taleyi barədə məlumat verilmirdi.
Vinnitsa vilayəti
Vinnitsa vilayəti (ukr. Вінницька область) — Ukraynanın qərbində yerləşən vilayət.
Vinnitsa filarmoniyası
Vinnitsa filarmoniyası (ukr. Вінницька обласна філармонія) — Vinnitsa dövlət mədəniyyət müəssisəsi . == Tarixi == 1937-ci ilin mayında Vinnitsa Vilayət İcraiyyə Komitəsi yanında İncəsənət İdarəsinin qərarı ilə Vilayət Dövlət Şurası yenidən vilayət filarmoniyasına çevrildi. Həmin 1937-ci ilin oktyabrında Filarmoniya Vinnitsada simfonik orkestrin qastrolu, aparıcı artistlər O. Petrusenko, M. Qrişko, Z. Qayday, D. Oistraxın çıxışları təşkil etdi. Böyük Vətən Müharibəsi illərində Filarmoniyanın bir çox artistləri cəbhəyanı konsert briqadalarının tərkibinə daxil olmuş, 1944-cü ildə rayon faşist işğalçılarından azad edildikdən sonra rayon Filarmoniyası yenidən konsert fəaliyyətini bərpa etmişdir. == Tərkibi == Bu gün Filarmoniyada 100-dən çox artist çalışır və hər il 600-ə yaxın konsert verilir . Rayon filarmoniyasının yaradıcılıq prosesini yüksək ixtisaslı artistlərdən və ayrı-ayrı ifaçılardan ibarət konsert qrupları təmin edir: "Podoliya" mahnı və rəqs ansamblı bədii rəhbəri və baş xoreoqrafı, Ukraynanın əməkdar artisti Anatoli Kondyuk, baş xormeyster, Ukraynanın əməkdar artisti Viktor Volkov, orkestrin direktoru Vladimir Piroq; "Arkata" Kamera Orkestri bədii rəhbəri və dirijoru, Ukraynanın Əməkdar Artisti Georgi Kurkov; 'Uşaqlar üçün estrada və sirk qrupu "Arlekino", rejissor Valeri Voitenko; Vinnitsa şəhərinin orta məktəblərinin tələbələri üçün Musiqili lektoriya müəllim-musiqişünas Tatyana Snejkonun rəhbərlik etdiyi; Ukraynanın əməkdar artistləri Lyubov və Viktor Anisimovdan ibarət duet; 'Solist-vokalçılar — Ukraynanın xalq artisti Viktoriya Petruşenko (soprano), Ukraynanın əməkdar artistləri İrina Şvets (soprano), Vasili Korol (tenor), Natalya Veklenko (soprano), Mariya Çervoniy (mezzo-soprano); Instrumental solistlər — Ukraynanın əməkdar artisti Georgi Kurkov, Ukraynanın əməkdar artisti Qalina Quseva (skripka), Maksim Qrinçenko (skripka), İqor Kurkov (qoboy), Vitali Kozitski (qarmon); Musiqi lektoriyasının artistləri — Yuri Xarçenko, Vasili Jurbenko, Yaroslav Fiskov, Yuri Kşivak, İvan Kolomiets. == İstinadlar == == Xarici keçidlər == Вінницька обласна філармонія Arxivləşdirilib 2020-06-21 at the Wayback Machine //ЕСУ Офіційний сайт Вінницької обласної філармонії Arxivləşdirilib 2019-04-22 at the Wayback Machine Вінницька обласна філармонія.
Niva Vinnitsa PFK
Nıva (Vinnıtsya) — Vinnitsa şəhərini təmsil edən Ukraynanın peşəkar futbol klubu. "Nyva" adı "taxıl tarlası" deməkdir. Klub ilk dəfə Sovet İttifaqında 1958-ci ildə yaradılıb və 2005 və 2012-ci illərdə ləğv edilib, lakin 2015-ci ildə yenidən Nyva-V adı ilə yaradılıb və 2018-ci ildə Nyva adlandırılıb. == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == == Hazırkı heyət == 10 avqust 2023-cü il tarixi üçün.