Vinnitsa qırğını (ukr. Вінницька трагедія) — 1937-1938-ci illərdə Böyük təmizləmə və ya Yejovşçina dövründə Sovet gizli polisi NKVD tərəfindən Ukraynanın Vinnitsa şəhərində 9000 ilə 11.000 nəfər arasında insanın kütləvi şəkildə edam edilməsi. Vinnitsadakı kütləvi məzarlar 1943-cü ildə Almaniyanın Ukraynanı işğalı zamanı aşkar edilmişdir.[3] İlk dəfə beynəlxalq Katın Komissiyaı tərəfindən hadisə ilə bağlı aparılan araşdırma Katında Polşa hərbi əsirlərinin oxşar kütləvi qətl yerinin tapılması ilə üst-üstə düşdü. Almanlar Sovet İttifaqını nüfuzdan salmaq üçün kommunist terrorunun bu sübutundan istifadə etdikləri üçün Ukraynadakı NKVD tərəfindən törədilən çoxu qırğın arsında daha yaxşı araşdırılan yerlərdən birinə çevrildi.
Vinnitsa qırğını | |
---|---|
Əsas münaqişə: Böyük təmizləmə | |
Ümumi məlumatlar | |
49°08′ şm. e. 28°17′ ş. u.HGYO | |
Yeri | Vinnitsa, Ukrayna Sovet Sosialist Respublikası |
Hücumun hədəfi | etnik ukraynalılar və polyaklar, siyasi məhbuslar |
Tarix |
|
Hücum metodu | Kütləvi edamlar |
Ölü sayı | 9 000[1] - 11 000[2] |
Qatil(lər) | NKVD |
Vikianbarda əlaqəli mediafayllar |
Vinnitsada dəfn edilən qurbanların əksəriyyəti .22 kalibrli güllənin boynunun arxasına atılan atəş nəticəsində öldürülmüşdü.[4] Güllə kiçik kalibrli olduğuna görə qurbanların əksəriyyəti iki dəfə, ən azı 78 nəfəri üç dəfə vurulmüşdu; Orada tapılan qurbanların 395-də silah zədələrinin izlərinə əlavə olaraq kəllə sümükləri də qırılmışdı.[4] Qazıntılar nəticəsində kişilərin demək olar ki, hamısının əlləri bağlı şəkildə öldürüldüyü aşkarlanmışdı. Yaşlı qadınlar bir növ paltar geyinmişdilər, gənc qurbanlar isə çılpaq şəkildə basdırılmışdı.[4]
Edamlar gizli həyata keçirilirdi; ailələrə qohumlarının taleyi barədə məlumat verilmirdi. Şəxsi əşyalar, sənədlər və məhkəmə sənədləri saxlanılmamış və əvəzinə kütləvi məzarlığa uzaq olmayan ayrı bir çuxura basdırılmışdı.[4]
Daha sonraki araşdırmalardan sonra almanlar qırğın üçün Sovetlərin cavabdeh olduğunu təyin etdilər.[5]
Məzarlıqdan çıxarılan meyitlərin ilk müayinələri alman, ukraynalı və rus həkimlər tərəfindən aparıldı, məsələn Halle-Vittenberq Universitetinin professoru Qerhard Şrader, Vinnitsanın dosenti Doroşenko və Krasnodarın professoru Malinin. Qazıntılara 1943-cü ilin may ayında üç fərqli yerdə başlandı: qərbdəki meyvə bağı, mərkəzi qəbiristanlıq və Xalq parkı. Cəsədlərin çoxu meyvə bağında (5.444 cəsəd) tapıldı. Ümumilikdə, üç fərqli yerdə 91 kütləvi məzar aşkar edildi və 9.432 cəsəd eksqumasiya[a] edildi; Onlardan 149 nəfəri qadın idi. Xalq Parkındakı qazıntılar tamamlanmadı, baxmayaraq ki, daha çox cəsədin orada dəfn olunacağı düşünülürdü.[7]
Professor Şrader komandasının apardığı ilkin araşdırmadan sonra tibbi müayinədən ibarət iki komanda - biri beynəlxalq, digəri Nazi Almaniyasının müxtəlif universitetlərindən olan 13 mütəxəssisdən ibarət heyətə dəvət edildi. Anatomiya və məhkəmə patologiyası üzrə beynəlxalq mütəxəssislər komissiyası Avropanın 11 ölkəsindən dəvət olunmuşdur. Mütəxəssislər aşağıdakılardı:[8]
Beynəlxalq komissiya 13 iyul və 15 iyul 1943-cü il tarixləri arasında kütləvi məzarları ziyarət etdi. Alman komissiyası hesabatını 29 iyul 1943-cü ildə tamamladı. Hər iki komissiya 1937–1938-ci il arasındakı qurbanların demək olar ki, hamısının başının arxasından iki zərbə ilə öldürüldüyünü müəyyən etdi.[9]
468 cəsəd Vinnita və ətrafda yaşayan insanlar tərəfindən müəyyən edildi; digər 202 nəfəri qəbirlərdə tapılan sənədlər və sübutlar əsasında müəyyənləşdirilib. Ölənlərin əksəriyyəti ukraynalılar idi, ancaq 28 etnik polyak da var idi.[10]
Beynəlxalq ekspert komissiyasından başqa, 1943-cü ilin ortalarında bir neçə beynəlxalq nümayəndə heyəti ərazilərə baş çəkdi. Onların arasında Bolqarıstan, Danimarka, Yunanıstan, Finlandiya və İsveçdən olan siyasətçilər və digər rəsmi şəxslər var idi.[11] Fotolar və araşdırmanın nəticələri Avropanın bir çox ölkələrində yayımlandı və Almaniya tərəfindən Sovet İttifaqına qarşı təbliğat müharibəsində istifadə edildi.
Cəsədlərin çoxu Odessanın paytaxtında, Vissarionun rəhbərlik etdiyi dəfn mərasimindən sonra dəfn edildi. Mərasimə başqa bir çox pravoslav yepiskopu və xarici kilsə rəsmiləri də qatıldı.[12]
"Stalinist Terror Qurbanları"na abidə ucaldıldı. Sonralar sovet hakimiyyəti bu abidəni "Nasist terrorunun qurbanları" abidəsi kimi yenidən işlədi, nəhayət tamamilə bunu ərazidən çıxartdı və yerində əyləncə parkı yaratdı. Son on ildə parkdakı dəfn yerində yeni bir abidə inşa edildi; bu, yalnız "totalitarizmin qurbanlarına" aid idi.[9] Sovet dövründə qırğın barədə məlumat Qərbdəki Ukrayna diasporu tərəfindən yayılmış və araşdırılmışdır. Vinnitsadakı kütləvi qətl 1988-ci ildə Ukraynada kritik bir mövzu olaraq geri döndü.[3]