Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qraffiti
Qraffiti (qədim zamanların kontekst yazılarında tək rəqəm qraffito; it. graffitodan) — divarlarda və digər yerlərdə rəsm, şəkillər, yazılar, cızılmış, yazlmış, mürəkkəblə və ya rənglə çəkilmiş sənət əsərləri. Qraffitidə siz sadə yazılı sözləri, incə təsvirlər, ümumilikdə hər şeyi tapa bilərsiniz: divarlarda çəkilən adi sayt adlarından tutmuş güclü əsərlərə qədər. Qədim dövrün elmində bu termin istifadə olunub, amma çox da geniş yayılmayıb. Qədim eliqrafik heykəllərdən, abidələrdən söhbət düşəndə, bu anlayış iki yerə ayrılır: "qraffiti" və "dilinti". Əgər sonuncu rənglə yazılıbsa, onda "qraffiti"dir - çızılmış yazılar (terminin özü İtalyan qlaqolundan gəlir: graffiare — "qaşıma"). == Tarixi == Qədim Misirdə divar və qayalarda əks edilmiş şəkil və yazılardan ibarət izlər graffitinin ilk addımları sayılır. Ancaq ümümi inkişafı İkinci dünya müharibəsinin əvvəlinə, yəni 1940-cı ilə təsadüf edir. Həmin vaxtlarda Almaniyanı Şərq və Qərb hissəsinə bölən Berlin divarının hər iki tərəfi rənglənərək yazılarla bəzədilmişdi. Sonralar 1960-cı illərdə ABŞ-də siyasi qruplar öz fikirlərini daha geniş kütləyə çatdırmaq üçün bu üsulu bir vasitə kimi seçdilər, gənclərdən ibarət olan küçə şəbəkələri bu sənəti təbliğ etdilər.
Azərbaycanda qraffiti
Azərbaycanda qraffiti müasir dövrdə yaranan incəsənət sahələrindən biridir. Azərbaycanda bu sənəti tək-tək, eləcə də, qrup halında fəaliyyət göstərən gənclər icra edir. == Xüsusiyyətlər == Azərbaycanda qraffiti sənətinə olan münasibət əsasən mənfidir. Ona görə də Azərbaycanda bu sənət çox inkişaf etməyib və məşğul olan gənclərin sayı azdır. Bakının ilk qraffiti sənətçilərindən biri hesab olunan Yunis Krılov bu sənətlə məşğul olduğuna görə bir neçə dəfə sutkalıq həbs olunub. Bu səbəbdən bəzi gənclər qraffitini gizli şəkildə çəkməyə üstünlük verirlər. Bakı şəhərində qraffitilərin çoxu mənzil istismar idarələrinin əməkdaşları tərəfindən adətən bir neçə gün sonra ağardılır, lakin son dövrlərdə qraffiti sənətinə qarşı müsbət münasibətin yaranması halları da müşahidə olunur. 2015-ci ildə Bakıda baş tutmuş Avropa Oyunları ərəfəsində şəhərin bir çox hissələrində, məsələn, Avtovağzal dairəsindəki körpünün divarlarına kütləvi qraffiti çəkilmişdi və bu qraffitilər silinməmişdi. Keçmiş Sovetski küçəsinin uçulmuş divarlarında sovet rəmzi olan oraq və çəkic işarələri, eləcə də, əhalinin köçməyə etirazını bildirən şüarlar yer alırdı. Bakıda bu sənətin başqa forması isə seçki vaxtı binaların divarlarına hökumət əleyhinə fikrilərin yazılmasıdır: 2013-cü il prezident seçkilərindən zamanı kömürlə yazılmış "İlhama yox" yazısı Xətai metrostansiyası yaxınlığında 2015-ci ilə qədər qalmışdı.
Qrafit
Qrafit (yun. γράφω — yazıram) — karbonun allotropik modifikasiyası olub, bircinsli elementlər sinfinə aid mineraldır. Laylı struktura malikdir. Kristallik qəfəsin layları bir-birinə nisbətən müxtəlif cür yerləşə bilər (heksaqonal, triqonal). Laylar zəif dalğavaridir, müstəviyə daha yaxındır, karbonun atomlarının altıbucaqlı layndan ibarətdir. Kristalları plastik olub, kələkötürdür. Moos bərkliyi 1 və 2 arasındadır, sıxlığı 2,1-2,3 q/cm³-dir. Rənqi bozdur. == Fiziki xassələri == Qrafit elektrik cərəyanını yaxşı keçirir. Almazdan fərqli olaraq daha aşağı bərkliyə malikdir, nisbtən yumşaqdır.
Alangium griffithi
Alangium uniloculare (lat. Alangium uniloculare) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Apuliya qraflığı
Apuliya qraflığı — İtaliyada vaxtilə mövcud olmuş feodal qurumu. Normanların İtaliyanı işğalı nəticəsində Tankred Hoytvillin oğlu Vilyam Hoytvill tərəfindən yaradılmışdı.
Avstriya qraflığı
Avstriya qraflığı (Almanca: Herzogtum Österreich) — 1156-cı ildə imzalanan razılaşma ilə Müqəddəs Roma imperiyasının orta əsrlər dövründəki bir əyalətidir. Babenqer ailəsinin tükənməsinin ardından Almaniya kralı I Rudolf 1276-cı ildə hakimiyyəti ələ aldı. Beləliklə, Habsburq ailəsindən ilk dəfə bir hökmdar çıxmış və Avstriya torpaqları Habsburqların mərkəzinə çevrilmişdi. 1453-cü ildə isə Avstriya hakimlərinin statusuları Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmiləşdirildi və hersoq olaraq tanındılar. == Mənbə == Kann, Robert A. A History of the Habsburg Empire, 1526-1918 (2nd ed. 1980), ch.
Barri Qriffits
Barri Qriffits (29 fevral 1964) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Barri Qriffits Yeni Zelandiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Dallas Qraflığı
Dallas (ing. Dallas County) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşir. ABŞ-nın 11 vitse-prezidenti Corc Mifflin Dallasın şərəfinə adlandırılıb. 2000-ci ildə əhalisi 2 218 899 nəfər olmuşdur. 2008-ci ildə əhalisi 2 412 827 nəfərə çatıb.
Edessa qraflığı
Edessa qraflığı (lat. Comitatus Edessanus) — 1098-1144-cü illərdə mövcud olmuş feodal dövləti. Qraflığın mərkəzi indiki Şanlıurfa şəhəri olduğu üçün bir çox tarixi mənbədə Urfa qraflığı olaraq da adlandırılır. Səlibçilər tərəfindən Ön Asiyada qurulan ilk feodal dövləti idi. Bizans imperiyası dönəmində bölgə Süryani Pravoslav Kilsəsi tabeliyində öz intibah dövrünü yaşamış, həm yerli Mesopotamiya, həm də yunan mədəniyyətinin təsiri altında inkişaf etmişdir. Belə ki, Birinci Səlib yürüşü əsnasında hədəf seçilən önəmli şəhər mərkəzlərindən birinə çevrilmişdi. İlk Edessa qrafı Bulonlu Baldvin daha sonra Qüds kralı oldu və geridə qalan qraflıq onun qohumlarına miras qaldı. Digər səlib dövlətləriylə müqayisədə, Edessa qraflığı coğrafi olaraq əlverişsiz mövqedə idi. Belə ki, dənizə çıxışı yox idi və həmsərhəd olduğu dövlət və tayfalarla münasibətləri yaxşı deyildi. Qraflığın mərkəzi olan Edessa (yəni, indiki Şanlıurfa) və digər mühüm mərkəzləri səlib qüvvələrindən uzaq hesab edilən Fərat çayının şərq sahilində qalırdı.
Eno qraflığı
Eno qraflığı (fr. Comté de Hainaut; nid. Graafschap Henegouwen), bəzən Enolt olaraq da yazılır. Hazırda Belçika və Fransanın sərhədi olan ərazini əhatə edən orta əsrlər Müqəddəs Roma İmperiyası daxilində bir dövlət idi. Onun ən mühüm şəhərlərinə hazırda Belçikada olan Mons və indi Fransada yerləşən Valansyen daxildir. Qraflıq Hayn çayının adını daşıyırdı. Enonun ilkin nüvəsi Belçikanın Eno əyalətinin mərkəzi hissəsindən və Fransanın Nor departamentinin şərq hissəsindən (Aven-sür-Elp və Valansyen rayonları) ibarət idi. == Təkamülü == Eno artıq VIII əsr mənbələrində Romanın Famars və Bavay şəhərlərini əhatə edən bir Frank vilayəti kimi keçirdi. IX əsrdə, o artıq qraflıq kimi xatırlanır. Bölgənin bir çox qraflığında olduğu kimi, yəqin ki, X əsrdə müxtəlif feodallar arasında ərazilərin kəskin parçalanması var idi.
Franklin qraflığı
Franklin (ing. Franklin County) — ABŞ-nin Kentukki ştatında qraflıq. Paytaxtı Frankfort şəhəridir. Qraflıq 1795-ci ildə Vudford, Merser və Şelbi qraflıqlarının hissələrindən yaradılmışdır və amerikalı ixtiraçı və dövlət xadimi Benjamin Franklinin şərəfinə adlandırılmışdır. Franklin qraflığı Frankfort, Kentukki Mikropolitan statistik bölgəsinin bir hissəsidir. Kolumbun yerləşdiyi Ohayo ştatının Franklin qraflığı ilə eyni adı paylaşır. Bu, onu Oreqon və İndianadakı Marion qraflıqları ilə birlikdə eyniadlı qraflıqlardakı iki paytaxt şəhərindən birinə çevirir. == Tarixi == Kentukkinin üç orijinal qraflığı (Cefferson, Fayette və Linkoln qraflığı) bugünkü Franklin qraflığında kəsişir. Franklin qraflığı 1795-ci ildə Merker, Şelbi və Vudford qraflıqları tərəfindən verilmiş torpaqlardan yaradılmışdır. Franklin yaranma sırasına görə 18-ci Kentukki qraflığı idi.
Hollandiya qraflığı
Hollandiya qraflığı — Ərazisi Niderlandın indiki Şimali Hollandiya və Cənubi Hollandiya əyalətlərinə uyğun gələn tarixi ərazi. Ərazi 938-ci ildən 1433-cü ilə kimi Müqəddəs Roma İmperiyasının mülku olub. Sonra 1433-cü ildən Burqundiya Niderlandının bir hissəsi, 1482-ci ildən Habsburq Niderlandının bir hissəsi və 1581-ci ildən 1795-ci ildə baş vermiş "Bataviya İnqilabı"na qədər bir hissəsi olaraq qaldığı Yeddi Birləşmiş Əyalət Respublikasının aparıcı əyaləti idi. == Qraflığın yaranması və etimologiya == Əvvəlcə Hollandiya ərazisində frizlər yaşayırdı. Ən qədim mənbələr Vli boğaznın qərbində Friziya (həmçinin Qərbi Friziya kimi də tanınır) kimi dəqiq müəyyən edilməmiş qraflığa istinad edirlər. 1101-ci ildən əvvəlki mənbələr Friziya qraflarından danışırdılar, lakin məhz bu ildə Hollandiya qrafı kimi "II Floris"in adı çəkilir (lat. Florentius comes de Hollant). Hollandiya sözünün kökünün, Qədim Niderland dilindəki holt lant yəni "meşəlik torpaq" sözündən gəldiyi düşünülür. Hollandiya qrafları 1291-ci ildə "V Florisin" özünü Hollandiya və Zelandiya qrafı, Frizlandiyanın ağası adlandırmaq qərarına gələnə qədər, ümumiyyətlə, bu vahid titulu saxlamışdı. Hollandiya Eno, Bavaria-Ştraubinq və Burqundiya Hersoqluğu ilə birləşdirildikdən sonra da bu titul istifadə edilmişdir.
Orkney qraflığı
Orkney qraflığı - Vikinq hücumları nəticəsində müasir Şotlandiya ərazisində yaradılmış qraflıq. Adalar krallığı kimi vikinq hücumları dövründə yaranmışdı. İlk qrafı IX əsrdə Norveç kralı I Harald tərəfindən təyin olunmuş Raqnvald Eyşteynsson olmuşdur. 1236-cı ildə Raqnvaldın nəslinin kəsilməsindən sonra qraflıq Norveç kralı IV Haakon tərəfindən Anqus qrafları nəslindən olan II Maqnusa verilmişdi. 1331-ci ildə isə V Maqnusun nəslinin kəsilməsindən sonra qraflıq V Maol İosa adlı Strathern qrafına verilmişdi. 1696-cı ildə isə bu titula şotland əsilzadə Corc Hemilton layiq görülmüşdü. 1938-ci ildən bəri titul Oliver Peter Sen-Conundur.
Siciliya qraflığı
Siciliya qraflığı - Normanlar tərəfindən İtaliyanın cənubunda Siciliya adasında qurulan qraflıq. Siciliya əmirliyini əvəz etmişdi. 1130-cu ildə II Rocer qraflığı krallıq statusuna qaldırdı.
Tripoli qraflığı
Tripoli qraflığı — Fələstin torpaqlarında 1102-1289-ci illərdə mövcud olmuş dövlət qurumu Tuluzalı Raymondun ölümündən sonra, onun qardaşı Bertran tərəfindən qurulmuşdu. Livanın sahilyanı ərazisindən və ətrafından ibarət idi. Kifayət qədər güclü deyildi və daima Qüds krallığı ilə yaxşı münasibətlər saxlayırdı.
Ueksford Qraflığı
Ueksford, və ya Lox-Garman ( ing. Wexford ; irl. Loch Garman ) — İrlandiyanın cənub-şərqindəki qraflıq. Lenster əyalətinə daxildir. Paytaxtı və ən böyük şəhəri Ueksfordur. Əhali — 145.273 nəfər (şəhərlər arasında 14-cü yer; 2011 -ci ilin məlumatı).
Veldenz qraflığı
Veldenz qraflığı (alm. Grafschaft Veldenz‎) müasir Reynland-Pfalts torpaqlarında bir knyazlıq idi. Qismən Kaizerslautern, Şponhaym və Çvaybrükgen arasında, qismən də Trir arxiyepiskopluğunda Mozel şəhəri ətrafında yerləşirdi. Eyniadlı bələdiyyə və qala azırkı Bernkastel-Vitlix rayonunda yerləşir. == Tarixi == Veldenz qraflığı 1112-ci ildə Kirburq və Şmidburq ailəsinin vildqraflıqlarından qoparılaraq yaradılmışdı. İlk qraf sülaləsinin birbaşa kişi xətti 1260-cı ildə Veldenzli V Gerlax və onun qızı Aqnesin ölümü ilə kəsildi. Onun əri 1260-cı ildə mahalı miras aldı. Qeroldsekli Henrix Veldenz qraflarının və ya Veldenz-Qeroldsek (Hohenqeroldsek) sülaləsinin ikinci xəttinin qurucusu oldu. 1444-cü ildə qraflıq III Fridrixin yeganə varisi Anna ilə evlənmiş Zimmern-Çvaybrükgen hersoqu Stefanın hakimiyyəti altına düşdü. 1532-ci ildə Çvaybrükgen hersoqluğunun bütün ərazisi hələ uşaq olan Volfqanqa keçdi.
Azərbaycan qraffitisi
Azərbaycanda qraffiti müasir dövrdə yaranan incəsənət sahələrindən biridir. Azərbaycanda bu sənəti tək-tək, eləcə də, qrup halında fəaliyyət göstərən gənclər icra edir. == Xüsusiyyətlər == Azərbaycanda qraffiti sənətinə olan münasibət əsasən mənfidir. Ona görə də Azərbaycanda bu sənət çox inkişaf etməyib və məşğul olan gənclərin sayı azdır. Bakının ilk qraffiti sənətçilərindən biri hesab olunan Yunis Krılov bu sənətlə məşğul olduğuna görə bir neçə dəfə sutkalıq həbs olunub. Bu səbəbdən bəzi gənclər qraffitini gizli şəkildə çəkməyə üstünlük verirlər. Bakı şəhərində qraffitilərin çoxu mənzil istismar idarələrinin əməkdaşları tərəfindən adətən bir neçə gün sonra ağardılır, lakin son dövrlərdə qraffiti sənətinə qarşı müsbət münasibətin yaranması halları da müşahidə olunur. 2015-ci ildə Bakıda baş tutmuş Avropa Oyunları ərəfəsində şəhərin bir çox hissələrində, məsələn, Avtovağzal dairəsindəki körpünün divarlarına kütləvi qraffiti çəkilmişdi və bu qraffitilər silinməmişdi. Keçmiş Sovetski küçəsinin uçulmuş divarlarında sovet rəmzi olan oraq və çəkic işarələri, eləcə də, əhalinin köçməyə etirazını bildirən şüarlar yer alırdı. Bakıda bu sənətin başqa forması isə seçki vaxtı binaların divarlarına hökumət əleyhinə fikrilərin yazılmasıdır: 2013-cü il prezident seçkilərindən zamanı kömürlə yazılmış "İlhama yox" yazısı Xətai metrostansiyası yaxınlığında 2015-ci ilə qədər qalmışdı.
Şaumburq qraflığı
Şaumburq qraflığı (alm. Grafschaft Schaumburg‎) — Müqəddəs Roma imperiyasında feod. İndiki Aşağı Saksoniya ərazisində yerləşir, ərazisi qismən Şaumburq rayonuna uyğundur. Şaumburq XII əsrin əvvəllərində qurulmuş bir orta əsr qraflığı kimi yaranmışdır. Adını Vezer çayı üzərindəki Rinteln şəhəri yaxınlığında yerləşən Şauenburq qalasının şərəfinə almışdır. I Adolf 1106-cı ildə Şauenburqun ilk qrafı olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Matthias Blazek: Die Grafschaft Schaumburg 1647–1977. ibidem, Stuttgart 2011 ISBN 978-3-8382-0257-0 Walter Maack: Die Geschichte der Grafschaft Schaumburg, 3. Aufl., Rinteln 1986 == Xarici keçidlər == Marek, Miroslav. "Genealogy of Schauenburg".
Vanderberq qraflığı
Vanderberq qraflığı (ing. Vanderburgh County) — ABŞ-nin İndiana ştatında qraflıq.
Artur Qriffit
Artur Cozef Qriffit (irl. Art Seosamh Ó Gríobhtha;31 mart 1871 – 12 avqust 1922) – İrlandiyalı siyasətçi, yazıçı, İrland milliyətçi partiyası Şinn Feynin qurucusu.
Frederik Qriffit
Frederik Qriffit (ing. Frederick Griffith, 1877 və ya 1879, London – 17 aprel 1941, London) — ingilis həkim və genetik. Alim 1928-ci ildə, günümüzdə Qriffit təcrübəsi olaraq bilinən sınaqlarda, öz adlandırmasıyla transformasya prinsipi (ing. transforming principle), yəni bu gün DNT adı ilə bilinən maddəni kəşf etmişdir. Müasir molekulyar biologiyanın təməlinin kəşflə atıldığı qəbul olunur. == Həyatı == 1879-cu ildə İngiltərədə anadan olub. Liverpul Universitetində təhsil alıb. 1910-cu ildə Böyük Britaniya Səhiyyə Nazirliyində işə qəbul olub. == Qriffit təcrübəsi == 1928-ci ildə Frederik Qriffit pnevmoniyaya (Ağciyər iltihabı) səbəb olan bakteriyalar — pnevmokokları tədqiq etmiş və kapsulalı pnevmokokların ağciyər iltihabına səbəb olduğunu (çünki kapsula bakteriyanı immun sistemindən qoruyur), kapsulasızların isə ağciyər iltihabını yaratmadığını aşkar etmişdir. Şərti olaraq, kapsulalı bakterya xəttini PV kimi qeyd edək (Pneumania — ağciyər iltihabı və Virulent — virulent, yəni xəstəliyi yaradan), kapsulasızları isə NV (Nervulent — qeyri-virulent) kimi qeyd edək.
Funksiyanın qrafiki
Riyaziyyatda bir f funksiyanın qrafiki, bütün ( x, f ( x)) sıralı cütlərinin meydana gətirdiyi bir qrafikdir. Elm, mühəndislik, texnologiya, maliyyə və digər sahələrdə qrafiklər bir çox məqsəd üçün istifadə edilir. == Nümunələr == === Bir dəyişənli funksiyalar === Bir dəyişənli funksiyanın qrafiki belədir: f ( x ) = { a , x = 1 i c i n d , x = 2 i c i n c , x = 3 i c i n . {\displaystyle f(x)=\left\{{\begin{matrix}a,&{\mbox{ }}x=1{\mbox{ }}icin\\d,&{\mbox{ }}x=2{\mbox{ }}icin\\c,&{\mbox{ }}x=3{\mbox{ }}icin.\end{matrix}}\right.} Buradakı sıralı cütlər belə ifadə edilir: {(1, a), (2, d), (3, c)} Həqiqi ədələr olan üçüncü dərəcədən bir çoxhədliin qrafiki belədir: f ( x ) = x 3 − 9 x {\displaystyle f(x)={{x^{3}}-9x}\!\ } Bunun sıralı cütləri belə ifadə edilir: {( X, x 3 -9 x): x, bir həqiqi ədəddir}. Bu çoxluq əgər karteziyan koordinant sistemində çəkilərsə, yandakı şəkildəki kimi bir əyri olar. === İki dəyişənli funksiyalar === Bütün həqiqi ədədlər triqonometrik funksiyanın qrafiki belədir: F ( x, y) = sin ( x 2 ) · cos ( y 2 ) Bunun verilənlər: {( X, y, sin ( x 2 ) · cos (' 'y 2 )): x və y, həqiqi ədədlərdir. Bu çoxluq əgər karteziyan koordinant sistemi ndə çəkilərsə, yandakı şəkildəki kimi bir səth olar. İki ölçülü (X, Y) karteziyan koordinat sistemindəki bu çoxluqda, üçüncü koordinat (Z) ilə birlikdə görmək üçün rəng istifadə edilər. === Normalın qrafiki === x = x 1 , … , x n {\displaystyle x=x_{1},\dotsc ,x_{n}} formasında n dəyişənli bir f funksiyasının normalinin qrafiki belədir: ( ∇ f , − 1 ) {\displaystyle (\nabla f,-1)} (Bir sabit ilə hasili). Bunu görmək üçün, g ( x , z ) = f ( x ) − z {\displaystyle g(x,z)=f(x)-z} funksiyasının bir kümedeki qrafikini göz qarşısında saxlamaq və çoxluqda ∇ g {\displaystyle \nabla g} normalından istifadə etmək lazımdır.
Melani Qriffit
Melanie Griffith (d. 9 Avqust 1957, New York) - "Qızıl Qlobus" mükafatlı və "Oskar" mükafatına namizəd göstərilmiş ABŞ-lı aktrisa.
Qraviti Fols
Qraviti Fols (ing. Gravity Falls) — Aleks Hirş tərəfindən yaradılmış ABŞ istehsalı cizgi serialı. Seriyalar 15 iyun 2012-ci ildən, 15 fevral 2016-cı ilə qədər Disney Channel və Disney XD kanallarında nümayiş olunub. Serial Meyson "Dipper" Payns (ing. Dipper Pines) və onun əkiz bacısı Meybl Paynsın (ing. Mabel Pines) yay tətili üçün, Oreqonun müəmmalı, paranormal insidentlərin baş verdiyi, fövqəltəbii varlıqların yaşadığı Qraviti Fols qəsəbəsində yaşayan əmisi Stengilə (ing. Stan Pines) yollandıqdan sonra orada baş verən hadisələrdən bəhs edir. Uşaqlar Stenin sahib olduğu "Sirli daxma" (ing. The Mystery Shack) adlı turist tələsini işlətməkdə ona kömək edirlər və qəsəbədə baş verən sirləri araşdırırlar. Hirş 20 noyabr 2015-ci ildə serialın iki sezonla yekunlaşacağını bildirdi, və bunun "öz seçimi olduğunu, ləğv olunmadığını – serialın artıq sona çatdığı" dedi.