Qraffiti (qədim zamanların kontekst yazılarında tək rəqəm qraffito; it. graffitodan) — divarlarda və digər yerlərdə rəsm, şəkillər, yazılar, cızılmış, yazlmış, mürəkkəblə və ya rənglə çəkilmiş sənət əsərləri.
Qraffitidə siz sadə yazılı sözləri, incə təsvirlər, ümumilikdə hər şeyi tapa bilərsiniz: divarlarda çəkilən adi sayt adlarından tutmuş güclü əsərlərə qədər.
Qədim dövrün elmində bu termin istifadə olunub, amma çox da geniş yayılmayıb. Qədim eliqrafik heykəllərdən, abidələrdən söhbət düşəndə, bu anlayış iki yerə ayrılır: "qraffiti" və "dilinti". Əgər sonuncu rənglə yazılıbsa, onda "qraffiti"dir - çızılmış yazılar (terminin özü İtalyan qlaqolundan gəlir: graffiare — "qaşıma").
Qədim Misirdə divar və qayalarda əks edilmiş şəkil və yazılardan ibarət izlər graffitinin ilk addımları sayılır. Ancaq ümümi inkişafı İkinci dünya müharibəsinin əvvəlinə, yəni 1940-cı ilə təsadüf edir. Həmin vaxtlarda Almaniyanı Şərq və Qərb hissəsinə bölən Berlin divarının hər iki tərəfi rənglənərək yazılarla bəzədilmişdi.
Sonralar 1960-cı illərdə ABŞ-də siyasi qruplar öz fikirlərini daha geniş kütləyə çatdırmaq üçün bu üsulu bir vasitə kimi seçdilər, gənclərdən ibarət olan küçə şəbəkələri bu sənəti təbliğ etdilər. Vaxt keçdikcə müstəqil fərdlər qraffitini inkişaf etdirməyə başladılar. Onlar artıq sosial məzmunlu mesajlarla yanaşı, fərdi seçimlərini də daha rəngli şəkildə əks etdirirdilər. 1970-ci ildən graffiti şəhər divarlarından metro divarlarına keçərək, Nyu Yorkdan bütün ABŞ-yə yayılmağa başladı. Qraffiti müəllifləri kimliklərini gizlədərək özlərinə müəyyən adlar verirlər,məsələn, "171stitch", "papo184", "junior161", "cay161" və.s. 1969-1970-ci illərdə "Taki183" adlı bir müəllif metro stansiyalarında qraffiti nümunələri yaradıb.
Hal-hazırda qraffiti günümüzə qədər gəlib çatmış məşhur sənət növlərindən biridir.
Bu gün də graffiti ilə məşğul olanların şüarları ötən illərdəki graffiti ustaları ilə eynidir: "Bütün divarları boyayacağıq! Amma tələsin, çünki polisin bundan xoşu gəlmir! Qraffiti bizim ruhumuzdakı çılğınlığın, üsyankarlığın ən rəngli təzahürüdür!"...