Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Derjavin
Aleksandr Nikolayeviç Derjavin (5 dekabr 1878, Kazan – 17 sentyabr 1963, Bakı) — Azərbaycanda ixtiologiya və hidrobiologiya elmlərinin əsasını qoymuş böyük alim. == Həyatı == Aleksandr Nikolayeviç Derjavin 5 dekabr 1878-ci ildə Kazan şəhərində anadan olmuşdur. O, orta təhsilini Kazan gimnaziyasında almış, 1897-ci ildə Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1902-ci ildə bu universitetin təbiət elmləri şöbəsini bitirmişdir. Gənc tələbənin elmi axtarışları da o illərdən başlanmışdır. Universiteti bitirdikdən sonra əsasən bir çox dənizlərdə balıq və xərçənglər üzrə nümunələr toplayan gənc alimin tədqiqat istiqaməti genişlənməyə başlamışdır. 1908–1910-cu illərdə A. N. Derjavin Rusiya Coğrafiya Cəmiyyətinin təşkil etdiyi Kamçatka ekspedisiyasında iştirak etmiş, yarımadanın cənub hissəsinin çaylarında balıqların tədqiqi ilə məşğul olmuşdur. Bu tədqiqatlara görə A. N. Derjavin Rusiya Coğrafiya Cəmiyyətinin gümüş medalına layiq görülmüşdür. == Elmi Fəaliyyəti == Perspektivli alimin Xəzər dənizi "səyahəti" 1910–1912-ci illərdə Həştərxan ixtiologiya laboratoriyasında bioloq kimi fəaliyyət göstərdiyi zaman başlamışdır. Həmin dövrdən alimin Xəzərdə yaşayan balıqların və onurğasız heyvanların tədqiqatı üzrə fəaliyyətinin ilk dövrü başlanır. Bu illərdə A. N. Derjavin bəzi vətəgə balıqlarının biologiyası və Volqa çayına miqrasiyası, külmə, çapaq və siyənək balıqlarının qidalanmasını tədqiq etmiş, Volqanın aşağı hissəsində relikt Xəzər faunası üzrə hazırladığı bir sıra əsərlər üçün zəngin material toplamışdır.
Qavril Derjavin
Qavril Romanoviç Derjavin (3 (14) iyul 1743, Sokurı[d], Kazan quberniyası, Rusiya imperiyası – 8 (20) iyul 1816) — Əslən tatar türklərindən olan Rusiya dövlət xadimi, şair. == Həyatı == İmperatriça II Yekaterinanın stats-sekretarı, senator, sonra imperator Pavelin zamanında Ali sovetin üzvü, dövlət xəzinədarı, imperator I Aleksandr dövründə Ədliyyə naziri olan böyük rus şairi Derjavin istər öz bioqrafları, istər digər tarixçilər tərəfindən tatar bəyi Baqrım Mirzənin varisi sayılır. Atası Böyük Pyotr dövründə orduda xidmətə başlamış və çarın öz alayında döyüşlərə girmişdi. Sonralar da öz qohumu olan bir qızla evlənmişdi. Atası özünün beş qardaşı arasında bölünmüş bir mirasa sahib idi. Ailənin ilk uşağı müqəddəs Qavriil (Cəbrayıl) günündə doğulduğundan adını Qavriil qoydular. Pyotrun qızı Yelizavetanın hakimiyyətinin ilk ili idi; bu qədim tatar məskəni üsyan alovları içində yanırdı. Tarix boyunca tatar vətəni olan bu yerlər: Volqa sahilləri və Uralboyu torpaqlar sürətlə ruslaşdırılır, görünməmiş vüsətlə bərəkətli Or çölləri köçürülmələrlə məskunlaşdırılırdı. Burada rus hərb qalaları kimi Orsk və Orenburq (hər ikisi Or çayı üstündə salınıb) tikilib möhkəmləndirilir, yeni müstəmləkələri itaətdə saxlamaqda olan istilaçı hərbi qüvvələri mühafizə edir. Yerli xalqların zorla xristianlaşdırmağa və müstəmləkəçilik zülmünə qarşı çıxışlarını amansızlıqla yatırdan çar hökuməti üsyanı qan içində boğmaqla susdururdu.
Acipenser nudiventris derjavini
Kür kələmosu (lat. Acipenser nudiventris derjavini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinin kələmo növünə aid heyvan yarımnövü. Əsasən Orta və Cənubi Xəzərdə, bəzən isə Şimali Xəzərdə rast gəlinir. Keçici balıqdır. Kür, Ural və Səfidrut çayında çoxalır. Qara və Azov dənizlərində yayılmışdır.