Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Dobri Dobrev
Dobri Dimitrov Dobrev (bolq. Добри Димитров Добрев, 20 iyul 1914 – 13 fevral 2018), digər adları ilə Dobri baba, Böyük Dobri (bolq. Дядо Добри) və ya Baylovo müqəddəsi – bolqar xeyriyyəçi. Hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı. Yığdığı pulu xeyriyyə qurumlarına, kilsələrə, monastırlara, yetimxanalara bağışlayırdı. Adı bolqar dilində "yaxşı" və ya "mehriban" deməkdir. == Erkən həyatı == Dobrev 20 iyul 1914-cü ildə Bolqarıstanın Baylovo kəndində anadan olub. Atası Birinci dünya müharibəsində həlak olub və anası Katerina uşaqları təkbaşına böyütməli olub. Dobrev gəncliyini və məktəb illərini xatırlamır. == Yetkin həyatı == Dobrev illər keçdikcə özünü ruh dünyasına və Ortodoks kilsəsinə həsr etməyə qərar verib.
Din-le-Ben
Din-le-Ben (fr. Digne-les-Bains, oks. Dinha) — Fransanın ən qədim balneoloji kurortlarından biridir. Provans şəhərində yerləşən Yuxarı Provans Alpları departamentinin prefektur kimi idarə olunur. Əhalisi - 17,6 min (Fransanın ən az yaşayış məntəqələrindən biri). Din, məşhur Napoleon yolunda, Bleon çayının sol sahilində yerləşir. Din şəhəri lavanda ilə məşhurdur. == Tarix == İnsanlar əvvəlki dövrlərdə belə Dinin yerləşdiyi yerdə yaşayırdılar. Dinia adı I əsrində verilmişdir. Burada təşkil edən ilk Romalılar Termlər (hamam) qurmağa başlamışdılar.
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi. Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.
Den-Hoorn
Hoornte və ya De Hoorn Şimali Hollandiya əyalətinin Teksel bələdiyyəsi nəzdində yerləşən kənd. Den-Helder şəhərindən 9 km şimalda yerləşir. 2001-ci ildə kəndin əhalisi 443 nəfər olmuşdur.
Den Berd
Den Berd (ing. Dan Byrd; 20 noyabr 1985, Marietta[d], Corciya) — amerika aktyoru. == Həyatı == Den Berd 20 noyabr 1985-ci ildə ABŞ-nin Corciya ştatında anadan olub. Aktyorluq yaşamına 14 yaşından başlayıb. 1999-cu ildə "1 may" adlı filmə çəkilib.Tərəf-müqabili Sandra Bullok kimi məşhur aktrisa olub. 2016-cı ildə Loren Li Simitlə ailə qurub.
Den Braun
Den Braun (ing. Dan Brown, 22 iyun 1964[…], Ekseter[d], Nyu-Hempşir) — amerikan yazıçı, jurnalist və musiqiçisidir. Den Braun əsas sujet xətti simvolizm və gizli cəmiyyətlər olan Rəqəmsal qala, Mələklər və iblislər, Da Vinçi şifrəsi, Yalan nöqtəsi, İtirilmiş simvol, Cəhənnəm, Başlanğıc (ing. Origin (2017) kimi bestsellerlərin müəllifidir. Onun birinci romanı olan Rəqəmsal qala ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinə həsr olunmuşdur. == Həyatı == Den Braun, 22 iyun 1964-cü ildə ABŞ, Nyu Hempşir ştatı, Ekseter şəhərində anadan olub. Den riyaziyyat və musiqinin vəhdət təşkil etdiyi bir ailədə böyüyüb. Atası-professor Riçard Braun Fillips-Ekseter akademiyasında riyaziyyat müəllimi olub. Professor Riçard Braunun yazdığı dərs vəsaiti ilə indi də ABŞ orta məktəblərində dərs keçirlər. Anası-Konstansiya Braun həmin təhsil müəasisəsində müsiqi dərsi deyib.
Den Burq
Den Burq Şimali Hollandiya əyalətində yerləşən şəhərcik. Teksel bələdiyyəsi tabeçiliyində olan ən böyük şəhərdir. Tarixi mərkəz kimi şöhrət qazanmışdır. Şəhərin böyük meydanında hər həftəsonu yarmarkalar təşkil olunur. Bütün bunlara rəğmən, Den Burq adanın ən az turist cəlb edən bölgəsidir. 2001-ci il statistikasına istinadən şəhərdə 6.160 nəfər yaşayır. 1.47 min km2 ərazidə təxminən 2.645 yaşayış məntəqəsi mövcuddur. Şəhər Niderland Ali Dəniz Tədqiqatları İnstitutuna ev sahibliyi edir. Şəhərin Kogerstraat küçəsində süni dil olan Esperantonun şərəfinə abidə ucaldılmışdır.
Den Fyurriqal
Deniel Qreqori Fyurriqal (ing. Daniel Gregory Feuerriegel; 29 oktyabr 1981, Sidney) — avstraliyalı film və serial oyunçusu. == Həyatı == Daniel Feurriegel 1981-ci il, 29 oktyabrda Sidneydə doğulmuş avstraliyalıdır. Brisbanedə aktyorluğa başlayan və kiçik rollarda çəkilən aktyor, Avstraliya istehsalı olan filimlərdə də rol almışdır. Geniş kütlələr tərəfindən tanınmasına isə Spartacus: Blood and Sand,Spartacus: Vengeance,Spartacus: War of the Damned seriallarında canlandırdığı alman qladiator Aqron rolu olmuşdur.
Den Kueyl
Den Kueyl — ABŞ-lı siyasətçi. 1989-1993-cü illərdə, Prezident Corc H.U. Buşun hakimiyyəti dövründə ABŞın 44-cü vitse-prezidenti vəzifəsində çalışmışdır.
Den Simmons
Den Simmons (4 aprel 1948[…], Peoriya[d], İllinoys və ya ABŞ) — amerikan elmi-fantastik və qorxu yazıçısı. Simmonsun qarışıq janrda yazdığı "Kali mahnısı" (1985) Dünya Fantaziya Mükafatını qazanıb.
Den Stivens
Daniel Conatan Stivens (ing. Daniel Jonathan Stevens; 10 oktyabr 1982, Kroydon, London) — ingilis aktyorudur. O ilk dəfə ITV-nin tanınmış Daunton monastrı (2010-2012) dram serialındakı Metyu Krouli roluna görə beynəlxalq tanınma qazanı. O həmçinin Qonaq (2014) triller filmində Devid, Muzeydə gecə: Məzarın sirri (2014) macəra filmində ser Lancelot, Disneyin Gözəl və bədheybət (2017) filmində Bədheybət/Şahzadə, Marşall (2017) bioqrafiq dramda Lorin Uillis, Miladı icad edən (2017) bioqrafik dramında Çarlz Dikkens və Avroviziya Mahnı Müsabiqəsi: Alovun hekayəsi (2020) filmində rusiyalı təmsilçi Aleksandr Lemtov rolunu ifa edib. 2017-19-cu illərdə FX-in Legion serialinda Devid Heller roluna çəkildi. 2018-ci ildə Netflix-in qorxu-trilleri Apostol filmində rol aldı. == Həyatı == Stivens anadan olanda hər ikisi müəllim olan valideynlər tərəfindən övladlığa götürülüb və Uelsdə və İngiltərənin cənub-şərqində böyüyüb. Onun 1984-cü il təvəllüdlü Ceyson Endrü Stevens adlı bioloji kiçik qardaşıda müxtəlif valideynlər tərəfindən övladlığa götürülüb. Stivens Kentdəki müstəqil məktəb olan Tonbridge məktəbində təqaüdlə təhsil alıb. Orada müəllimi, yazıçı Conatan Smit ilə Makbet-də baş rol üçün dinləmələrdən sonra dramla maraqlandı.
Den Syaopin
Den Syaopin (çin. 鄧小平; 22 avqust 1904[…] – 19 fevral 1997, Pekin) — Çin Kommunist Partiyası Hərbi Şurasının sədri (1976–1989).
Maks Den
Maks Den (ing. Max Dehn; 1878 – 1952) — Alman riyaziyyatçısıdır; eyni böyüklükdə çoxüzlülər haqqında Hilbertin 3-cü problemini həll etmişdir.
Den Reynolds
Den Reynolds (ing. Daniel Coulter Reynolds; 14 iyul 1987, Las-Veqas, Nevada) — amerikalı müğənni, bəstəkar, musiqiçi, multiinstrumentalist və musiqi prodüseri, eləcə də aktyordur. Imagine Dragons rok qrupunun vokalçısı və qurucusu. == Erkən illəri == O,14 iyul 1987-ci ildə Nevada ştatında anadan olub. Altı yaşında artıq fortepianoda və başqa musiqi alətlərində ifa etməyi bacarırdı. Reynolds böyük istedada malik idi, lakin gələcəkdə musiqiçi olmaq haqqında düşünmürdü. Tələbəlik illərində o, dostları - Endryu Tolman və Brittani Tolmanla birlikdə musiqi qrupu yaratdı. Vaxt keçdikcə oğlanların hobbisi daha da böyüdü və qrupa yeni üzvlər qoşuldu: Wayne Sermon, Ben McKee və Daniel Platzman . == Karyera == === Imagine Dragons (2008) === Den Reynolds zərb alətləri, akustik gitara, piano və saksafonda ifa edən vokalçıdır. İmagine Dragons qrupu yarandıqdan sonra 2011-ci ilin noyabrında Interscope Records ilə müqavilə bağladılar və prodüser Alex Da Kid ilə işləməyə başladılar.
Den Vilson
Dan Vilson (ing. Dan Wilson; 20 may 1961, Minneapolis, Minnesota) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. 2007-ci ildə "Not Ready to Make Nice" mahnısıyla ilin mahnısı, 2012-ci ildə "Someone Like You" albomuyla ilin albomu nominasiyası üzrə "Qremmi" mükafatının qalibi olmuşdur.
Den Arieli
Den Arieli (ing. Dan Ariely; 29 aprel 1967, Nyu-York, Nyu-York ştatı) — İsrail-ABŞ iqtisadçısı, psixologiya və davranış iqtisadiyyatı professoru. Dyuk Universitetində dərs deyir və Retrospektiv Araşdırmalar Mərkəzinin yaradıcısıdır. == Bioqrafiya == Den Arieli Nyu Yorkda anadan olub. Bu zaman atası Kolumbiya Universitetində MBA dərəcəsi alırdı. Den Arieli uşaqlığını İsrailin Ramat Qan və Ramat Haşaron şəhərində keçirib. Den "siqnal atəşləri" (İsrail gənclər təşkilatları tərəfindən həyata keçirilən tədbirlərin ənənəvi elementi) hazırlayarkən təsadüfən maqnezium partlaması nəticəsində bədəninin 70%-i üçüncü dərəcəli yanıqlar almışdır . Den Arieli Tel-Əviv Universitetində oxuyarkən fizika və riyaziyyat üzrə ixtisaslaşmış, lakin əl ilə yazmaq onun üçün fiziki cəhətdən çətinləşdiyindən ixtisasını fəlsəfəyə dəyişmişdir. O, həmçinin Çapel-Hill Şimali Karolina Universitetində koqnitiv psixologiya üzrə magistr və doktorantura təhsili almış, Dyuk Universitetində isə marketinq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra 1998–2008-ci illərdə Massaçusets Texnologiya İnstitutunda dərs demişdir.
Din-le-Ben (rayon)
Din-le-Ben (fr. Digne-les-Bains) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Yuxarı Provans Alpları. Suprefektura — Din-le-Ben. Rayon əhalisi 2006-cı ildə 54 250 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 22 nəf / km². Rayon ərazisi — 2465 km².
Başlanğıc (Den Braun)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Cəhənnəm (Den Braun)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. == Məzmunu == Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağı Yaşayış məntəqələri Ben (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları) Digər Ben (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Soyad Sun Dan — Çini təmsil edən bədii gimnast. Digər Dan dili — Danimarkanın dövlət dili.
Deh
Deh-i Əlireza — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Cövlan — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Novruz (Xuzistan) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd.
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Deu
GM Daewoo - 2001-ci ildə yaranmış Cənubi Koreyalı şirkətlər birliyi. Daewoo şirkətinin Cənubi Koreya hakimiyyəti tərəfindən 1999-cu ildə ləğv edilməsindən sonra bəzi bölmələri və o cümlədən Daewoo Motors fəaliyyətini davam etdirirdilər. 2001-ci ildə Daewoo Motors əsas aktivlərini General Motorsa satır və GM Daewoo yaranır. 2011-ci ildə şirkətin adı GM Korea oldu. Daewoo avtomobillərinin adının bir çoxu Chevrolet adı ilə əvəz olundu.
Doris Dey
Doris Dey (3 aprel 1922[…], Sinsinnati, Ohayo – 13 may 2019[…]) — amerikalı aktrisa, müğənni, prodüser. Təxminən 50 ilini əyləncə sektoruna verib. Dey karyerasına 1939-da bir qrupda müğənni olaraq başladı, amma 1945-də ilk səsyazması olan "Sentimental Journey"i yazdıqdan sonra məşhurlaşmaya başladı. Qrupu "Brown & His Band of Renown"dan ayrıldıqdan sonra Columbia Records ilə uzun müddətli olan yoldaşlığa və solo kariyerasında təcrübələr qazanmağa başladı. Columbia Records Doris Deyin müqavilə bağladığı tək şirkətdir. Ortaqlıqları 1947-ci ildən 1967-ə qədəd davam etmiş və ortaqlıqları Deyi 20-ci əsrin ən populyar və sevilən müğənnilərindən biri olmasını təmin edən 650-dən çox səsyazmadan ibarətdir. == Həyatı == Doris Meri Enn Kappelhoff 1938-ci ildə başına gələn bir qəza sonrasında bir daha rəqs edə bilmir və bunun yerimə mahnı oxumağı öyrənir. Daha sonradan aldığı "Doris Dey" adı ilə böyük orkestrlar ilə işləməyə başlayır. 1948-dən etibarən teatrda vaxt keçirdir. Qısa bir müddət sonra Warner Bros.
Doboy
Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur. == Tarixi == Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış.
Dorin
Dorin — "Ulduz müharibələri" kainatında uydurma planet. Dorin qalaktikanın ucqar nöqtələrində yerləşir və kel-dor növünün ana planetidir. Klon müharibələri zamanı ceday generalı Anakin Skayvolker və komandir Asoka Tano Dorin yaxınlığında separatçı qüvvələri məğlub etmişdir. Planetdən olan ən görkəmli şəxs ceday ustası Plo Kundur. == İstinadlar == == Xarici keçidlər == Dorin — Vukipediya saytında.
Doris
Doris (lat. Doris) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin dorididae fəsiləsinə aid heyvan cinsi. == Növləri == Doris alboranica Bouchet, 1977 Doris atypica (Eliot, 1906) Doris bertheloti (d'Orbigny, 1839) Doris bicolor (Bergh, 1884) Doris bovena Er. Marcus, 1955 Doris caeca (Valdés, 2001) Doris cameroni (Allan, 1947) Doris chrysoderma Angas, 1864 Doris claurina (Er. Marcus, 1959) Doris falklandica (Eliot, 1907) Doris flabellifera Cheeseman, 1881 Doris fontainii d'Orbigny, 1837 Doris fretterae T. E. Thompson, 1980 Doris granulosa (Pease, 1860) Doris ilo (Er. Marcus, 1955) Doris immonda Risbec, 1928 Doris kerguelenensis (Bergh, 1884) Doris kyolis (Ev. Marcus & Er.