Dobri Dimitrov Dobrev (bolq. Добри Димитров Добрев, 20 iyul 1914 – 13 fevral 2018), digər adları ilə Dobri baba, Böyük Dobri (bolq. Дядо Добри) və ya Baylovo müqəddəsi[1] – bolqar xeyriyyəçi. Hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı. Yığdığı pulu xeyriyyə qurumlarına, kilsələrə, monastırlara, yetimxanalara bağışlayırdı.[2] Adı bolqar dilində "yaxşı" və ya "mehriban" deməkdir.
Dobri Dobrev | |
---|---|
bolq. Добри Добрев | |
| |
Digər adları | Böyük Dobri, Dobri baba |
Doğum tarixi | |
Doğum yeri | Baylovo, Bolqarıstan çarlığı |
Vəfat tarixi | (103 yaşında) |
Vəfat yeri | Kremikovtski monastırı, Bolqarıstan |
Uşağı | 4 |
Milliyyəti | bolqar |
Fəaliyyəti | xeyriyyəçi |
Tanınır | xeyriyyə işləri |
saintdobry.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Dobrev 20 iyul 1914-cü ildə Bolqarıstanın Baylovo kəndində anadan olub.[3] Atası Birinci dünya müharibəsində həlak olub və anası Katerina[4] uşaqları təkbaşına böyütməli olub.[5] Dobrev gəncliyini və məktəb illərini xatırlamır.[3]
Dobrev illər keçdikcə özünü ruh dünyasına və Ortodoks kilsəsinə həsr etməyə qərar verib. Təxminən 2000-ci ildə Baylovo kəndində yerləşən Kiril və Metodius kilsəsinin kiçik artırmasında yaşamağa başlayanda bütün mülkiyyətini Ortodoks kilsəsinə bağışlayıb. Bu zaman Bolqarıstan kilsələri və monastırlarının bərpa edilməsi üçün pul yığmağa başlayıb.[6] Tezliklə onu "Baylovo müqəddəsi" çağırmağa başlayıblar.[7]
Həyatı boyunca Dobrev kilsə və monastırlara 80.000 bolqar levindən (40.000 avro) çox pul bağışlayıb.[8] Onun ən böyük maddi yardımları:
Dobrev 1940-cı ildə – Bolqarıstanın İkinci dünya müharibəsinə qoşulduğu dövrdə evlənib. Sofiyanın bombardman edilməsi zamanı çox yaxınına düşən bir bomba onun demək olar ki, bütün eşitmə qabiliyyətini itirməsinə səbəb olub.[11] Dobrev və həyat yoldaşının 4 uşağı olub, Dobrev onların ikisindən daha uzun yaşamağa müvəffəq olub.[5] Dobrev Ortodoks xristianı idi və tez-tez başqalarına İsa haqqında danışmağı sevirdi. Pul verən insanlara qarşı çox minnətdar idi.
Dobri Dobrev 13 fevral 2018-ci ildə 103 yaşında Kremikovtski monastırında vəfat edib.[11]