Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolqiy adası
Dolqiy — uzunsov və ensiz ada Peçora dənizində, Barens dənizinin cənub-şərqində yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsi ərazisinə daxildir. 38 km uzunluğa, 4 km enə malikdir. Materikdən 12 km aralıda yerləşir. Relyefi düzəndir. Ərazisində tundra hakimdir. Yaxınlığında Matveev, Qoles və Bolşoy Zelenes adaları yerləşir. Ada Nenes Dövlət təbiət qoruğu ərazisinə daxildir. Burada Neneslərə aid müqəddəs məkanlar vardır.
Mordellistena dolini
Mordellistena dolini — Sərtqanadlılar dəstəsinə, Mordellistena cinsinə aid böcək növü. Azərbaycanın endemik canlısıdır. Odnosum tərəfindən 2005-ci ildə qeydə alınmışdır.
Dolnı Kubin
Dolnı Kubin (slovak. Dolný Kubín, alm. Unterkubin‎, mac. Alsókubin) — Slovakiyanın şimalında şəhər. Orava çayının sahilində, Mala Fatra, Oravska Maqura və Xoçske Vrhi dağ massivlərinin yamaclarında yerləşir. Əhalisi 19 min nəfərdir.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.