Dolqiy adası

Dolqiy — uzunsov və ensiz ada Peçora dənizində, Barens dənizinin cənub-şərqində yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsi ərazisinə daxildir. 38 km uzunluğa, 4 km enə malikdir. Materikdən 12 km aralıda yerləşir. Relyefi düzəndir. Ərazisində tundra hakimdir. Yaxınlığında Matveev, QolesBolşoy Zelenes adaları yerləşir. Ada Nenes Dövlət təbiət qoruğu ərazisinə daxildir. Burada Neneslərə aid müqəddəs məkanlar vardır[1].

Dolqiy adası
rus. Остров Долгий
Ümumi məlumatlar
Sahəsi
  • 106 km²
Uzunluğu
  • 38 km
Eni 4 km
Hündür nöqtəsi 28 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
69°16′22″ şm. e. 59°05′52″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Dolqiy adası xəritədə
Dolqiy adası
Dolqiy adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Nenes Dövlət Təbiət Qoruğu". 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-27.