Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dostagir
Dəstəgül, Dostagir — Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dostagir kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Dostagir kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəstəgül kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəstəgül kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Haqqında == Dəstəgül kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dəstahir kimi rəsmiləşdirilmişdi. Yerli əhali kəndin adını Tahir adlı şəxslə bağlayır. Tədqiqatçıların bir qismi toponimi XIX əsrdə qeydə alınmış qaraçorlu tayfa birliyinə daxil olan dəstagir tirəsinin adı ilə, digər qismi isə alban hökmdarı Vaçaqanın (V əsr) qızı Dəstəgülün adı ilə əlaqələndirir və guya kəndin vaxtilə bu şahzadənin yay iqamətgahı olduğunu söyləyirlər.