Dostagir

Dəstəgül, DostagirAzərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Dəstəgül
40°19′17″ şm. e. 46°41′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 59
Xəritəni göstər/gizlə
Dəstəgül xəritədə
Dəstəgül
Dəstəgül

Tarixi[redaktə | mənbəni redaktə et]

Dostagir kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonuKəlbəcər rayonu arasında bölüşdürüldü. Dostagir kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Dəstəgül kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dəstahir kimi rəsmiləşdirilmişdi. Yerli əhali kəndin adını Tahir adlı şəxslə bağlayır. Tədqiqatçıların bir qismi toponimi XIX əsrdə qeydə alınmış qaraçorlu tayfa birliyinə daxil olan dəstagir tirəsinin adı ilə, digər qismi isə alban hökmdarı Vaçaqanın (V əsr) qızı Dəstəgülün adı ilə əlaqələndirir və guya kəndin vaxtilə bu şahzadənin yay iqamətgahı olduğunu söyləyirlər. Əslində, oykonim dəstə (su arxı) və hır (axar) komponentlərindən ibarət olub, "axar su kənarında kənd" mənasını daşıyır. Kəndin Kürəkçayın qollarından birinin kənarında yerləşməsi və Çaylı adlanan inzibati ərazi vahidliyinin tərkibində olması da bu fikri təsdiqləyir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, 2007.