Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Costia
Costia (Willk.) — Süsən (lat. Iris) bitki cinsinin sinonimi. Costia (Willk.) — Ayrıqotu (lat. Agropyron) bitki cinsinin sinonimi.
Mosaic
Mosaic veb-brauzeri - Microsoft Windows əməliyyat sistemi üçün ilk veb-brauzer. Urbana-Şampeyndəki İllinoys Universitetinin Superkompüter Tətbiqi Proqramlarının Milli Mərkəzində (National Center for Supercomputing Applications at the University of Illinois Urbana-Champaign) işlənib hazırlanıb. İlk versiyası 1993-cü ildə buraxılıb və inkişafı 1997-ci ildə dayandırılıb. Netscape Navigator və Internet Explorer brauzerlərinin əsasında Mosaic’in ilkin kodu dayanır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qospiç
Qоspiç (xorv. Gospić) — Xorvatiyada dağlıq və seyrək nüfuzlu bir şəhərdir. Şəhər Liçkо-Sеnskаya vilayətinin inzibati mərkəzidir. Əhalinin 93%-ni xorvatlar təşkil edir. Şəhər alim və ixtiraçı Nikola Teslanın doğulduğu yerdir. == Əhalinin məskunlaşması == Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 12,745 nəfərdir.
Qоspiç
Qоspiç (xorv. Gospić) — Xorvatiyada dağlıq və seyrək nüfuzlu bir şəhərdir. Şəhər Liçkо-Sеnskаya vilayətinin inzibati mərkəzidir. Əhalinin 93%-ni xorvatlar təşkil edir. Şəhər alim və ixtiraçı Nikola Teslanın doğulduğu yerdir. == Əhalinin məskunlaşması == Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 12,745 nəfərdir.
Ostin
Ostin (Texas)
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Dost Dosta Tən Gərək (2007)
== Məzmun == Film siçanla pişiyin macəralarından bəhs edir == Film haqqında == Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Cosmic Express
Cosmic Express (azərb. Kozmik Ekspres‎) — Alan Hazelden, Bencamin Devis və Tyu tərəfindən yaradılan və pazl janrında olan indi videooyunu. Oyun, 16 mart 2017-ci il tarixində Windows, macOS, Linux, iOS və Android platformaları üçün satışa çıxarılmışdır. == Geympley == "Cosmic Express"in geympleyi olduqca sadədir. Oyun, sərnişinləri gedəcəkləri yerlərə aparmaq üçün oyunçulara dəmir yolları tikmələrini tapşırır. == İstehsal və buraxılış == Cosmic Express indi oyun yaradıcıları olan Alan Hazelden, Bencamin Devis və Tyu tərəfindən, Unity oyun mühərrikindən istifadə edərək hazırlanmışdır. Oyun 16 mart 2017-ci il tarixində Windows-əsaslı kompüterlər, macOS, Linux, iOS və Android platformaları üçün satışa çıxarılmışdır.
Dastin Hoffman
Dastin Hoffman (ing. Dustin Lee Hoffman; 8 avqust 1937)—ABŞ aktyoru. == Həyatı == Dastin Hoffman 8 avqust 1937-c ildə Amerikanın Los-Anceles şəhərində anadan olub. Anası Lilian Qold əslən Rumıniya yəhudilərindən idi. Ata Harri Hoffman isə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 20-ci illərdə Amerikaya köçərək ticarətlə məşğul olmuşdular. 1967-ci ilədək 30 yaşlı Dastin Hoffman musiqi və teatr sənətində özünü sınamışdı .1967-ci il onun taleyində həlledici olur. Belə ki, təsadüf nəticəsində onun kimi Rusiya yəhudisi Maykl Nikolsla (əsl soyadı Paşkovski) tanış olur. Onun "Məzun" filmində baş rol alır. Dövrünün dindar Amerikasında böyük qalmaqal yaradan film gənc tələbə oğlanla sevdiyi qız və onun anası arasındakı sevgi üçbucağından bəhs edir.
Dastin Tunes
Dastin Tunes (7 mart 1996) — Baham adalarını təmsil edən üzgüçü. Dastin Tunes Baham adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dastin Tunes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.71 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Destin Votford
Destin Votford (ing. Destiny Watford) — Amerikalı ekoloq və ətraf mühit fəalı. 2016-cı ildə Goldman Ətraf Mühit Mükafatını almışdır. == Bioqrafiya == Destin Votford Merilend ştatının Kertis Bey şəhərində, əhəmiyyətli hava çirkliliyi olan bir ərazidə böyüyür. Orta məktəbdə o, şəhər və əyalət tərəfindən təsdiqlənmiş və gündə 4000 ton zibil yandıra bilən yandırma zavodu layihəsinə qarşı təbliğat kampaniyasına başlayır. Dörd ildən artıqdır ki, o, yerli əhali arasında astmanın yayılması da daxil olmaqla, ərazidə daha çox hava çirklənməsinin sağlamlığa təsirləri ilə bağlı narahatlıqlar əsasında Benjamin Franklin Liseyində digər tələbələrlə təbliğat aparır. Onların işinə torpaqdan istifadə və rayonlaşdırma siyasəti ilə bağlı araşdırmalar, həmçinin məktəblər və hökumət rəsmiləri ilə bağlı lobbiçilik daxildir. 2016-cı ildə onunda sayəsində Merilend Ətraf Mühit Departamenti yandırma zavodu layihəsini ləğv edir. Touson Universitetində təhsil alır. 2018-ci ildə Facing Race konfransında çıxış edir.
Dostum Hitler
Dostum Hitler (yap. わが友ヒットラー Waga Tomo Hittorā) — Yukio Mişimanın 1968-ci ildə dostluq və siyasət haqqında yazdığı pyes. Həmin ildə də səhnəyə qoyulmuşdur və 1969-cu ilin yanvar ayının axırına qədər səhnədə qalmışdır. 1968-ci ilin oktyabr ayının 13-də kitab şəklində çap edilmişdir. == Pyes haqqında == Pyesin süjeti 1934-cü ilin yayında Berlin kanslerliyində baş verir və Adolf Hitler, Qustav Krupp, Qreqor Ştrazer və Ernst Römün əhvalatlarından bəhs edir. == Süjet == Pyes Hitlerin Almaniya xalqı qarşısında çıxışı ilə başlayır, onun iki dostu Krupp və Röm çıxışı izləmək üçün içəri daxil olurlar. Onlar bir-biri ilə danışır və Krupp bəşər tarixinin irəliləyişlərini, o cümlədən Hitleri daha yaxşı liderə çevirmək üçün metaforik mənada istifadə etdiyi "dəmir buket"i müzakirə edirlər. Sonradan Ştrazer səhnəyə daxil olur. Onun Römlə arası olmur, Krupp onların münasibətini "it və pişik" kimi təsvir edir. Ştrazer daha sonra müharibədən əldə edilən gəlirləri ölkəyə qaytarılmasının lazım olduğunu iddia edir.
Dustin Clare
Dustin Clare (d. 2 yanvar 1982) — Logie mükafatı qazanan avstraliyalı aktyor. == Həyatı == Dustin Avstraliyada doğuldu və orada böyüdü. Əslən Ballina, Yeni Cənubi Uelslidir. O dramatik sənətlər bölümündən 2004-cü ildə məzun olmuşdur. 2006–2007-ci illərdə McLeod's Daughters serialının 48 bölümündə Riley Ward rolunu canlandırmışdır. Amma Dustini daha çox məşhurlaşdıran Spartacus: Gods of the Arena, Spartacus: Vengeance və Spartacus: War of the Damned seriallarındakı Qannikus rolu olmuşdur.
Hostia foetida
Crepis foetida (lat. Crepis foetida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Lapsana foetida (L.) Scop., Fl. Carniol., ed. 2 2: 118. 1772 Picris foetida (L.) Lam., Fl. Franç. 2: 108. 1779 Barkhausia foetida (L.) F.W.Schmidt in Samml. Phys.-Ökon.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.
Mentha hostii
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mosaic (İnformatika)
Dorde Krstic
Dorde Krstic (serb. Ђорђе Крстић; 19 aprel 1851[…] – 30 oktyabr 1907, Belqrad) — Serb realist rəssamı, müəllimi və akademiki. == Bioqrafiya == Dorde Krstic Münhen Rəssamlıq Akademiyasını bitirib (1873-1883). 1883-cü ilə qədər ilk əsərlərini alman realizminin təsiri altında yaratmışdır. Serbiyaya qayıdan Krstic realist rəsm janrını daha dolğun janrla dəyişir. Dorde Krstic Serbiyanın ətrafında gəzərək memarlıq abidələrinin, xalq həyatının səhnələrinin, serb təbiətinin tipik guşələrinin eskizlərini çəkir. Dorde Krsticin əsərləri təbiətin diqqətlə öyrənilməsi (“Anatomist”, 1880, “Balıqçı daxmasının qapıları” – hər ikisi Milli Muzeydə, Belqrad), romantik həyəcan xüsusiyyətləri ilə səciyyələnir. Rəssamın sonrakı əsərlərində (“Baba-Kai qəsəbəsi”, 1907, Milli Muzey, Belqrad) canlı dinamika və miqyas təzəliyi onun plener rəssamlığı prinsiplərinə yanaşmasından xəbər verir. O, tarixi janrda portretlər, rəsmlər çəkib. Portret və janr kompozisiyalarında romantizm və realizm xüsusiyyətlərini birləşdirib.
Mustafa Destici
Mustafa Destici (3 fevral 1966, Gəcək[d], Əskişəhər ili[d]) — Türkiyə siyasətçisi və Böyük Birlik Partiyasının (BBP) hazırkı lideri. Ankara Universitetini bitirmişdir. == Həyatı == 3 fevral 1966-cı ildə Əskişəhərin Günyüzü rayonunun Gəcək kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Sivrihasarda, liseyi isə Tofiq İləri Anadolu İmam Hatip Liseyində bitirmişdir. 1988-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsindən məzun olmuşdur. 2007-ci ildə dövlət qulluğundan ayrılaraq Böyük Birlik Partiyasında siyasətə başlamışdır. O, 2007-ci ildə vitse-prezident vəzifəsinə təyin edilmişdir. Böyük Birlik Partiyasının qurucusu Möhsün Yazıçıoğlu 25 mart 2009-cu ildə helikopter qəzasına uğrayanda partiyanın təşkilati işlər üzrə sədr müavini olmuşdur. Yazıçıoğlunun ölümünün təsdiqlənməsindən sonra keçirilən IV Fövqəladə Qurultayda baş katib Yalçın Topçunun siyahısından seçilmişdir.
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Ana Doqiç
Ana Doqiç (9 fevral 1979) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Doqiç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ceyn Ostin
Ceyn Ostin(ing. Jane Austen; 16 dekabr 1775[…], Stiventon[d], Hempşir qraflığı[d][…] – 18 iyul 1817[…], Uinçester) — ingilis yazıçısı. == Həyatı == İngilis yazıçısı Ceyn 1783-cü ildə təhsilinə Oksfordda başlamış, Sauzamptonda davam etmiş, ən sonunda isə qızlar məktəbində oxumuşdur. Kənd keşişinin yeddinci uşağı olan Ceyn öz dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaratdığına görə romanları klassiklər sırasında yer almağı bacarmışdır. 1805-ci ildə atasının ölümündən sonra əvvəlcə Sauzamptona, 1809-cu ildə isə varlı qardaşının yanına köçür. Həmin ev günümüzdə ev muzeyi kimi fəaliyyət göstərək, turistlərin sıx ziyarət etdiyi məkanlardan sayılır.1789-cu ildən roman yazmağa başlayan Ceynin romanlarının baş qəhrəmanları qadınlardır, əsərlər hər zaman xoşbəxt evliliklə başa çatır. İlk olaraq "Eşq və yaşam" adlı kitabı nəşr edildi, daha sonra isə bu siyahını "Qürur və qərəz", "Mansfild parkı", "Emma" davam etdirdi. 1816-cı ilin əvvəlindən özünü pis hiss etməyə başlayan Ceyn, əvvəlcə öz xəstəliyini danır, çalışmağa, ənənəvi ailə fəaliyyətlərində iştirak etməyə davam edir. Lakin xəstəliyi get-gedə irəliləyir, xəstəliyinə çarə tapmayan ailəsi 1817-ci il iyulun 18-də Ceyni itirir. == Həyatı == Ceyn Ostinin həyatı haqqında sağ qalan məktublardan və ailə üzvlərinin yazdığı kiçik bioqrafik notlardan əlavə məlumat yoxdur.
Con Ostin
Con Ostin (ing. John Austin; 3 mart 1790[…] – 1 dekabr 1859) — ingilis hüquqşünası. Hüquqi pozitivizm prinsiplərinin nəzəri cəhətdən əsaslandırılması ilk dəfə Con Ostindən başlamışdır. Con Ostin Ceremi Bentamın utilitarizminin davamçısıdır. İngiltərə və ABŞ-nin hüquqi elmlərində Ostinin əsərlərinin təsiri altında analitik hüquqşünaslıq adı ilə tanınmış nümayəndəli məktəb formalaşmışdır. == Fəaliyyəti == Con Ostin 1832-ci ildə London Universitetində oxuduğu mühazirələrin bir hissəsini "Hüquqşünaslıq sahələrinin müəyyənləşdirilməsi" adı ilə kitab halında çap etdirmişdir. Bütövlükdə onun "Hüquqşünaslıq və ya pozitiv hüquq fəlsəfəsi üzrə mühazirələr"i 1863-cü ildə ölümündən sonra nəşr edilmişdir. Ostin təbii hüququ və dövlətdə fəaliyyətdə olan qanunlara qiymətləndirici yanaşmanı inkar etmirdi, ancaq bu problemləri hüquqşünaslıq hüdudlarından kənara çıxarmışdı. O, insanın cəmiyyətdə davranışını müəyyən edən qanunların aşağıdakı növlərini ayırırdı: ilahi qanunlar — Ostin bu termini daha üstün tutur və təbii hüquqdan daha dəqiq hesab edirdi. rəylərə əsaslanan pozitiv əxlaq qanunları — məsələn, vicdan qanunları dövlət hakimiyyətinin təyin etdiyi pozitiv qanunlar Göstərilən qanun növləri, müvafiq olaraq, etika və ya dentologiya, əxlaq elmi və hüquqşünaslıq kimi elmləri öyrənir.
Dasti Sprinqfild
Dasti Sprinqfild (ing. Dusty Springfield, əsl adı Meri İzobel Ketrin Bernadett O’Brayen; 16 aprel 1939 — 2 mart 1999) — ingilis pop musiqi müğənnisi. 1960-cı illərdə müvəffəqiyyətli bir dövr keçirən Springfield 1980-lərin sonlarında da müvəffəqiyyətli bir "geri dönüş" ilə özündən söz etdirmişdir. == Həyatı == === Fəaliyyəti === İlk sinqlı I Only Want to Be With You həm ABŞ-də, həm də İngiltərədə müvəffəqiyyətli oldu. Bunu bir çox single və albom izlədi. Bunlardan bir neçəsi Stay awhile, I Just Dont Know What to Do With Myself və Losing You. Ardından özü üçün yazılan The Look of Love gəldi və bu mahnı Bond filmində istifadə edildiyi üçün Akademiya Mükafatı namizədi oldu. 1964-cü ildə zamanının ən böyük solo müğənnisi oldu. 1966-cı ildə, ən böyük çıxışını You Dont Have to Say You Love Me (1966) ilə etdi. O il nəşr olunan bütün siyahılarda xüsusilə yer alan bu mahnı, müğənninin karierinin ən üst nöqtəsi idi.