Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930[1], Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011[2], Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur.
Bora Kostiç |
---|
serb. Бора Костић |
1965-ci ildə Bora Kostiç |
Doğum tarixi |
14 iyun 1930(1930-06-14)[1] |
Doğum yeri |
|
Vəfat tarixi |
10 yanvar 2011(2011-01-10)[2] (80 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı |
|
Boyu |
184 sm |
Mövqeyi |
cinah və mərkəz hücumçusu |
|
|
- ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
- ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
|
Vikianbarda əlaqəli mediafayllar |
Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.