Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Dehnuş
Dehnuş (fars. دهنوش‎) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 207 nəfər yaşayır (65 ailə).
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Döhnə
Döhnə (fars. دهنه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 92 nəfər yaşayır (31 ailə).
Dönüş
Filmlər Dönüş (film, 1972) — Dönüş (film, 2006) — rejissor Pedro Almodovarın filmi. Dönüş (film, 2018) — rejissor Rüfət Əsədovun filmi.
Dunkin' Donuts
Dunkin' Donuts — Ponçik ilə qəhvə satan mağazalar şəbəkəsi, Dunkin' Brands şirkətinin qollarından biridir. == Tarixçəsi == "Dunkin Donuts" markalı donuts və qəhvə satan kafenin tarixi 1950-ci ildə Bill Rozenberqin Massaçusets, Kuinsidə ilk kafesini açması ilə başlayıb. 1955-ci ildə şirkət Françayzinq lisenziyası alıb. Bu gün bu donut şəbəkəsi dünyanın 45 ölkəsində fəaliyyət göstərir və hər gün 5 milyondan çox ziyarətçiyə xidmət edir. == Məkanlar == 28 dekabr 2013-cü il tarixinə görə, ümumilikdə 10 858 Dunkin' Donuts mağazası var. Bunlardan 7 677 ABŞ-də, 3 181 isə digər ölkələrdə fəaliyyət göstərir. Bu rəqəm Starbucks ilə müqayisə edildikdə, Starbucks şirkəti 17 009 mağaza ilə Dunkin' Donuts-u böyük rəqəmlə geridə qoyur. === ABŞ-də Dunkin' Donuts === Dunkin' Donuts kafesi ABŞ-də yarandığı üçün digər ölkələrə nisbətən daha çox ABŞ-də yayılıb. Hətta, ABŞ-dəki Dunkin' Donuts mağazalarının sayı digər ölkələrdə ümumi mağazaların sayından 2 dəfə çoxdur. === Dünya ölkələrində Dunkin' Donuts === Hal-hazırda çox yayılmasa da, dünya ölkələrdə ümumilikdə 3 181 mağazası vardır.
Cırtdan donuz
Cırtdan donuz (lat. Porcula salvania) - donuzlar fəsiləsinə aid növ. Ən kiçik donuz növüdür. Nəsli kəsilməkdə olan növlərə daxildir. == Təsvir == Cırtdan donuzların bədən uzunluğu yalnız 45-50 sm, hündürlüyü 20-25 sm, çəkisi 3-4,5, nadir hallarda 5,5 kq-a qədər artır.Bu donuzlar kəllə strukturunda dramatik şəkildə fərqlənir. Qadınlarda digər növlərdə olduğu kimi 6 cüt deyil, 3 cüt nipples var. Buna görə də, cücə donuzları bəzən xüsusi bir növ Porcula olaraq adlandırılır.Dərisinin boz-qəhvəyi rənglərlə boyanmış, yanaqlarında ağqitrək çilləri var.Himalayaların, Nepal, Butan və Şimal-Qərb Assamın ətəyində və cənub yamaclarında yayılmışdır. Brahmaputra vadisinin meşələrinə yayılmışlar.Çox gizli, gecə həyatı sürür.Erkəyi daim qadınlardan və gənclərdən ibarət sürüdə yaşayır və onların sürüsünü düşmənlərdən qorumaqla qoruya bilər, hətta bir insanda kəskin hiyləgər şəkildə hücum edir.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Dohuk (el)
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dohuk eli
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dohuk mühafazası
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Donuz maralı
Donuz maralı (lat. Axis porcinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Donuz müharibəsi
Donuz müharibəsi — 1859-cu ildə ABŞ və Britaniya hakimiyyətinin sərhəddi olan San Xuan adalarında bir donuzun öldürülməsi nəticəsində başlanmış müharibə. Müharibə zamanı yeganə itki donuzun ölümü idi və bu müharibə ABŞ tarixinə qansız müharibə kimi daxil olub.
Donuz qalası
Donuz qalası — Babək rayonunun Sirab kəndindən şimalda, hündür qayalıqların üzərində arxeoloji abidə. Qalanın yerləşdiyi ərazi hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalaya şimaldan olan ensiz keçiddən qalxmaq mümkündür. Abidənin yerləşdiyi ərazi uzunsov oval formalı daş divarla iki hissəyə ayrılmışdır. Divarın uzunluğu 26,6 m, eni 2,3 m-dir. O, iri qaya parçalarından hörülmüş və bəzi yerlərdə 1 m hündürlükdə salamat qalmışdır. Qala divarı ziqzaq formalı çıxıntılarla təmin edilmişdir. Mərkəzi hissədə eni 2,9 m olan qapı vardır. Şübhəsiz ki, bu divar qalaya qərbdən olan hücumların qarşısını almaq üçün inşa edilmişdir. Tədqiqat zamanı qalanın ərazisindən Orta əsrlərin erkən və inkişaf etmiş dövrlərinə aid keramika nümunələrinə rast gəlinmişdir.
Donuz qripi
Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. "Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir. "Donuz qripi" donuzlarda bütün il boyu özünü büruzə verə bilər. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur.
Donuz soliteri
Donuz soliteri (lat. Taenia solium) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Donuz soliterinin keçid sahibi kimi donuzlar, itlər, dovşanlar, dəvələr olsalar da sonuncu sahibi ancaq insanlardır. İnsanlarda tenioz və sisteserkoz yaradır. == Ümumi xarakteristikası == Donuz soliteri istər ümumi quruluşuna və istərsə də inkişafına görə qismən öküz soliterinə oxşayır. Bədənin uzunluğu 2–3 m (bəzən 8 m), başın diametri 1 mm, uzunluğu isə 2–3 mm-dir. Başda 4 simmetrik yerləşmiş sormac və xortumun üzərin-də 2 cərgədə düzülmüş (25-30 ədəd) qarmaqlar vardır. Ön cərgədə yerləşmiş qarmaqların uzunluğu 160-180 mkm, arxa cərgənin qarmaqları isə 110-140 mkm-dir. Parazitin strobilası 900-ə qədər buğumdan ibarətdir. Yetişmiş buğumlar öküz soliterindən fərqli olaraq, kvadrat formasında, balalıq isə 8-12 yan şaxələrə malik olur.
Donuz yarışı
Donuz yarışı — donuzların yarışdırılması ilə həyata keçirilən müsabiqə növü. == Avstraliya == Avstraliyanın Melburn şəhərində keçirilən ənənəvi Kral şousunun ayrılmaz hissələrindən biri də donuz yarışlarıdır. Şou 1848-ci ildən etibarən, ənənəvi olaraq keçirilir. O, ilin ən nəhəng əyləncə tədbirlərindən biridir. Yarışan donuzlar yalnız qaçmaqda deyil, suyun üzərindən, həmçinin uzunluğa və hündürlüyə tullanmada da "güclərini sınayır".
Donuz əti
Donuz əti - Dünyada ən çox istifadə edilən ət növlərindən biri. Donuz ətinin məişətdə istifadəsi eramızdan əvvəl 5.000-ci ilə gedib çıxır. Orta Şərq və Çində donuzların əhliləşdirməsindən sonra ətindən istifadəsi geniş yayılmışdır. Donuzun müxtəlif təbii şəraitlərə özünü uyğunlaşdırma bacarığı, demək olar ki, hər bir şeyi yeyə bilməsi və sürətli nəsil artırma bacarığı səbəbindən donuzların şəxsi təsərrüfatlarda istifadəsi geniş yayılmışdır. Ferma və xüsusi təsərrüfatlarda saxlanılan digər heyvanlardan fərqli olaraq donuzların qidalanması üçün xüsusi yeməklər tələb olunmur. Belə ki, insanlar üçün nəzərdə tutuluş qidaların qalıqları və köhnəlmiş ərzaq məhsulları ilə belə donuz fermalarında yüksək məhsuldarlığın əldə edilməsi mümkündür. Bu səbəbdən donuz əti Avropanın mərkəzi bölgələrində kasıb və orta təbəqədən olan insanların hər zaman əldə edə biləcəyi bir ət çeşididir. Digər ət növlərindən fərqli olaraq, ucuz olması donuz ətinə bazarda hər zaman təlabatın olmasına səbəb olmuşdur. Şəriətdə donuz ətinin istifadəsi haram hesab olunur. İslam inancına görə donuz natəmiz heyvandır və onun ətindən müxtəlif məqsədlər üçün istifadə edilməsidə bir müsəlman üçün bəyənilən əməl sayılmır.
Döhnə (Çəvərzəq)
Döhnə (az-əbcəd. دؤهنه‎, fars. دهنه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 761 nəfər yaşayır (228 ailə).
Dönük Qırıqlı
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Nurlan Sultanov — Vətən müharibəsi şəhidi. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Dönüş (proqramlaşdırma)
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dönüş (qəzet)
Dönüş klavişi
Dönüş klavişi (en. Return key) – Apple klaviaturalarında: IBM klaviaturalarında və IBM-uyumlu klaviaturaların əksəriyyətindəki Enter klavişinə tam yuğun olan klaviş. Klavişin adı yazı makinasından alınıb, belə ki, orada bu klaviş çap mexanizminin karetini sətrin başlanğıcına döndərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dönüş kodu
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.