Dönüş — Sovet dövründən hal-hazıra qədər Saatlı rayonunda nəşr olunan qəzet[1]
Dönüş | |
---|---|
Təsisçi | Saatlı rayon İcra Hakimiyyəti |
Baş redaktor | Mahir Allahyarov |
Redaktor | Mahir Allahyarov |
Yaranma tarixi | 1954 |
Dil | Azərbaycan dili |
Ünvan | Saatlı |
Saatlı rayon İcra Hakimiyyətinin həmtəsisçisi olduğu "Dönüş" qəzetinin ilk sayı 1954-cü ildə işıq üzü görüb.
Qəzetin redaktoru Mahir Allahyarovdir. Qəzetin hər bir sayı 1000 nüsxə çap olunur. Onun 900-ə yaxını abunə yolu ilə yayılır. Satışa az miqdarda veririlir. Abunə yazılışı 6 aydan bir aparılır. Ayda ən azı iki sayı işıq üzü görür. Müxtəlif tədbirlərlə bağlı xüsusi buraxılışları da çap olunur[2].