Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karl Drays
Karl Drays (alm. Karl Freiherr von Drais‎; 29 aprel 1785, Karlsrue — 10 dekabr 1851, orada) — alman əsilli ixtiraçıdır. Onun ixtiralarına velosiped və yazma maşını aiddir. == Tərcümeyi halı == Karl Drays 1803-05-ci illərdə Haydelberq universitetində arxitektura, fizika və kənd təsərrüfatı ixtisasları üzrə təshil alr.1817—ci ildə "yerimə maşını" adı altında öz ilk ikitəkərini ixtira edir. İki təkərdə sükan və oturacaq nəzərdə tutulmuşdu. Bu ixtira onun şərəfinə "draysine" adlandırılır. O, 1818-ci ildə bu ixtirasına patent alır. == Velosiped == Drais Laufmaschine ("çalışan maşın") icad edən məhsuldar bir ixtiraçı idi, daha sonra velocipede, draisine (İngiliscə) və ya Parisienne (Fransızca) adlanır, həmçinin hobbi atı və ya zərif at ləqəbini alırdı. Bu, onun ən məşhur və geniş şəkildə tanınan ixtirası idi. O, velosiped və motosiklet üçün əsas olan və mexanikləşdirilmiş şəxsi nəqliyyatın başlanğıcı olan iki təkərli prinsipi özündə birləşdirdi.
Karl Drayz
Karl Drays (alm. Karl Freiherr von Drais‎; 29 aprel 1785, Karlsrue — 10 dekabr 1851, orada) — alman əsilli ixtiraçıdır. Onun ixtiralarına velosiped və yazma maşını aiddir. == Tərcümeyi halı == Karl Drays 1803-05-ci illərdə Haydelberq universitetində arxitektura, fizika və kənd təsərrüfatı ixtisasları üzrə təshil alr.1817—ci ildə "yerimə maşını" adı altında öz ilk ikitəkərini ixtira edir. İki təkərdə sükan və oturacaq nəzərdə tutulmuşdu. Bu ixtira onun şərəfinə "draysine" adlandırılır. O, 1818-ci ildə bu ixtirasına patent alır. == Velosiped == Drais Laufmaschine ("çalışan maşın") icad edən məhsuldar bir ixtiraçı idi, daha sonra velocipede, draisine (İngiliscə) və ya Parisienne (Fransızca) adlanır, həmçinin hobbi atı və ya zərif at ləqəbini alırdı. Bu, onun ən məşhur və geniş şəkildə tanınan ixtirası idi. O, velosiped və motosiklet üçün əsas olan və mexanikləşdirilmiş şəxsi nəqliyyatın başlanğıcı olan iki təkərli prinsipi özündə birləşdirdi.
Dayv-flaq
Dayv-flaq və ya dalğıc bayrağı — ətrafdakıları gəminin suya dalğıc saldığına xəbərdar etmək üçündür. .
Darayı
Darayı — kətan qrupuna daxil olub toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçadır. Hələ XVII əsrdə Azərbaycanın Təbriz, Ərdəbil, daha sonra Şamaxı və Gəncə şəhərlərində darayı toxumanın yüksək səviyyədə istehsal edildiyi məlumdur. Kətan qrupuna aid toxumalar kimi, darayı da arşınüma və ədədi toxunurdu. XIX əsrdə toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tuturdu. Darayı toxumalar zolaqlı və dama-dama naxışlı olurdu. Lakin bu toxumanın ədədi növü nisbətən zəngin tərtibata malikdir. Belə ki, darayının ədədi nümunələrinin, məsələn, fitə, boğça və s. bu qəbildən olan əşyaların aydın, ifadəli, xoş və yumşaq boyalarla nəzərə çarpan zolaq və damaları üzərinə sərbəst olaraq “bulud” və ya “ot” təsvirli çox xırda ağ cizgilər və ya rəngli metal saplar da əlavə olunurdu. Bu sadə və bədii detallar ayrılıqda heç bir dekorativ məna kəsb etmir. Bunlar yalnız müəyyən formaya malik qeyri-şəffaf ədədi darayı toxumalara tətbiq edildikdə sözsüz ki, quru zolaq və dama naxışların qismən yumşaq və mülayim olmasını təmin etmiş olur.
Dirayə
Dirayə hədisin sənədi, mətni, təriqi - istər səhih ola istərsədə əlil və həmçinin məqbulu mərduddan ayırmaq üçün ehtiyac duyulanlardan bəhs edən elmdir. Şeyx Bəhauddin Amili "əl-Vəcizə" kitabında dirayə elminə bu cür tərif vermişdir: "Dirayə hədisin sənədi, mətni, necə təhəmmül olunması və nəql olunma ədəblərindən bəhs edən elmdir. Ayətullah Cəfər Subhani Dirayə elmini bu cür tərif etmişdir: Dirayə hədisə sənəd və ya mətn baxımından ariz olan hallardan bəhs edən elmdir. Sənəd dedikdə ayrı-ayrı ravilər deyil, hədisin tam təriqi (ravilər məcmusu) nəzərdə tutulur. Raviləri ayrı-ayrıliqda, məfəssəl şəkildə araşdırmaq isə "rical" elminin öhdəsinə düşür. Yuxarıda deyilənlərə aydınlıq gətirək: Hədisin təriqinə ariz olan hallara nümunə: Əgər deyilsə ki, hədisin raviləri siqa və imamilərdir hədis səhihdir. Hədisin ravilərinin hamısı siqa lakin qeyri-imamilər olarsa və yaxud yalnız biri qeyri-imami olarsa hədis müvəssəq hesab olunur. Ravilər imami məmduh olarlarsa həsən, olmazlarsa hədis zəif hesab olunur. Buradan da rical elmi ilə dirayə elminin fərqi aydın olur. Rical elmində hədisin raviləri ayrılıqda, müfəssəl şəkildə, dirayə elmində isə hədisin sənədi bütövlükdə nəzərdən keçirilir.
Draba
Yastıqotu (lat. Draba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Drayver
Drayver (ing. Driver) yaxud sürücü — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM), video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluetoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2–20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Dreyf
Dreyf – xarici sahələrin təsiri ilə mütəhərrik yük daşıyıcıların nizamlı hərəkətidir. Yük daşıyıcıların dreyfi onların nizamsız (istilik) hərəkətinə əlavə olunur, sürəti isə istilik hərəkətinin sürətilə müqayisədə adətən kiçikdir. Yarımkeçiricilərdəki qeyri-tarazlə daşıyıcılar "paketinin" E elektrik sahəsində hərəkəti zamanı müxtəlif yürüklüyə malik olması səbəbindən keçirici elektron və deşiklərin fəza parçalanması baş verir. Buda dreyf adlanır.
Duaye
Duaye (fr. Doyet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03104. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1234 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 738 yaşlı (15-64 yaş arasında) 513 nəfər iqtisadi cəhətdən fəal, 225 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.5%, 1999-cu ildə 67.5%). Fəal 513 nəfərdən 454 nəfər (247 kişi və 207 qadın) işləyir, 59 nəfər işsizdir (34 kişi və 25 qadın). 225 hərəkətsiz 50 nəfər arasında şagird və ya tələbə, 78 nəfər təqaüdçü, 97 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Praya
Praya (port. Praia — «çimərlik») — Kabo-Verde ada dövlətinin paytaxtı və ən iri şəhəri. Santyaqu adasında yerləşir. Əhalisi — 113 min nəfər (2005). == Yaranma tarixi == XV əsrin sonunda salınıb. 1770-ci ildə Praya əvvəlki məskəndə su ehtiyatı bitdikdən sonra arxipelaqın mərkəzinə köçürülür. Paytaxt seçimi yerin uğurlu olması ilə bağlı idi. Müstəqillik dovründə şəhər xeyli genişlənmişdir. == İqtisadiyyat == Apeisin, şəkər və kofe ixrac edilir. Dəniz marşrutlarının kəsişdiyi nöqtədə yerləşir.
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Ando-Praym
Ando-Praym (ing. Ando Prime) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet buzdan ibarətdir və pod yarışlarına ev sahibliyi edir. İlk dəfə "Klon müharibələri" nümayiş olunmuşdur. Endor döyüşündən sonra qaçaqmalçılar Han Solo və Çubakka Qalaktik imperiyanın əvvəllər saxladığı cinayət təşkilatları ilə əlaqələrini gücləndirmək cəhdləri haqqında məlumat əldə etmək üçün Ando-Praym və bir neçə başqa planetə səfər etmişdir. Burada olarkən Solo başqa qiyafət geyərək imperiyanın fəaliyyətləri ilə maraqlanmış, lakin heç nə öyrənə bilməmişdir. == İstinadlar == == Xarici keçidlər == Ando Prime — Vukipediya saytında.
Araya yarımadası
Pariya yarımadası (isp. Paria) — Cənubi Amerikanın şimal-şərqində, Venesuela ərazisində yerləşən yarımada. Karib Andının davamını təşkil edir. Karib dənizi suları ilə əhatələnir. Karyako körfəzini isə şimal hissədən əhatələyir. Marqarita adasından Kubaqua boğazı ilə ayrılır. Yarımadada sıx kollar və akasiya ağacları yayılmışdır. Yarımada Sukre ştatı ərazisinə daxildir. İnzibati baxımından Ribero və Kruz Salmeron Akosta rayonlarınma ayrılır. Qərb qutaracağında Araya şəhəri yerləşir.
Brayl əlifbası
Brayl əlifbası — 1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba. "Braille"nin gözdən əlillər üçün şriftlərin ixtira etməsinə səbəb müharibə olubmuş. Napoleonun sifarişi ilə Charles Barbier relyefli şrift tərtib edir, ondan ötəri ki, gecə vaxtı əsgərlər pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşa məlumatları bir-birlərinə ötürə bilsinlər. Lakin bunun praktik cəhətdən öyrənilməsində əngəllər olur. Braille şriftlərlə tanış olduqdan sonra, əsas çatışmamazlığı tapır, "Barbier"in şrifti 12 nöqtə ilə kodlaşdırıldığından hansı simvolun olduğunu müəyyən etməkdə çətinlik yaranır. Beləliklə, sayı 12-dən 6-ya endirilir. Bununla da həmin şriflər dünyanın hər yerində bu günəcən istifadə edirlər. == Əlifba == === Digər simvollar === == Kiril qrafikalı Brayl əlifbası == Brayl əlifbası digər qrafikalı əlifbalar, o cümlədən Kiril qrafikalı dillər üçün də mövcuddur. Rus dili üçün əlifba bu şəkildədir: == Mənbə == Чарт Unicode с глифами для шрифта Брайля (ing.) История возникновения шрифта Брайля Arxivləşdirilib 2010-07-22 at the Wayback Machine Система Брайля — русскоязычный сайт Arxivləşdirilib 2017-10-24 at the Wayback Machine Конвертер текста с русского и английского в азбуку Брайля – поддерживается весь русский и английский алфавиты, цифры и некоторые символы.
Brayn Benben
Brayan Benben (ing. Brian Benben, 18 iyun 1956, Vinçester, Virciniya, ABŞ) — ABŞ aktyoru və televiziya işçisidir. == Həyatı == Brayn Benben 1956-cı ildə ABŞ-nin Virciniya ştatında satıcı ailəsində anadan olmuşdur. 1981-ci ildə "Qanqsterlər xronikası" televiziya serialında rol almışdır. Bu serialda gələcək həyat yolda Medelin Stou ilə tanış olur. Serialda Brayan qanqster rolunda, Medlin Stou isə onun həyat yoldaşı rolunda iştirak edirlər. Brayan Benben 1982-ci ildə Medlin Stou ilə evlənir və ondan 1996-cı ildə Mey adında qız övladı dünyaya gəlir. 1990-cı ildə Qaranlıq mələyi filmində Smit rolunu oynayaraq məşhurlaşır. 1998–2000-ci illərdə "Brayn Benbenin şousu" televiziya verilişinin aparıcısı olur. 2007-ci ildə sonuncu dəfə "Şəxsi təcrübə" serialına çəkilir.
Brayn Klifford
Brayn Klifford (d. 20 avqust 1956) — İrlandiyalı keçmiş üzgüçü. Brayn Klifford İrlandiyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Brayn Klifford birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 18:09.28 saniyəlik nəticəsi ilə öz cığırında 8-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Brays adası
Brays adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Brays adası arxipelaqın mərkəzində yerləşir. Adadan 4 km cənubda Breydi adası (Sidorov boğazı), qərb və şimal qərbdə isə Bliss, Priçett və Bromic adaları yerləşir (Sadko boğazı). == Təsviri == Ada bərabər olmayan uçbucaq formaya malikdir. Terra-Nova burnu ilə cənub qutaracağı arasında məsafə 9 kilometrdir. Mərkəzində 409 metr hündürlüyü olan buzlaq yerləşir. Şimal-qərbində Uyuta buxtası yerləşir. Ada Cekson-Harmsvord ekspedisiyasının katibi (1894–1897) Artur Montefiore Braysın şərəfinə adlandırılmışdır.
Breyv Lifa
Breyv Lifa (5 sentyabr 1995) — Malavili üzgüçü. Breyv Lifa Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Breyv Lifa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.54 saniyəlik nəticəsi ilə 83-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Bulbophyllum dryas
Bulbophyllum dryas (lat. Bulbophyllum dryas) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dryas növü Qərbi Malayziyadan Sumatraya qədər, həmçinin Kalimantanda yayılmışdır.
Bulbophyllum wrayi
Bulbophyllum wrayi (lat. Bulbophyllum wrayi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Con Prayn
Con Prayn (ing. John Prine; 10 oktyabr 1946 – 7 aprel 2020) — folk ifaçı. == Həyatı == Con Prayn 10 oktyabr 1946-cı ildə ABŞ-də doğulub. Con Prayn ikiqat “Qremmi” mükafatçısıdır. Onun yaradıcılığı Bob Dilan və Brüs Sprinqstin kimi əfsanələrin tərifinə layiq görülüb. Müğənni martın sonunda koronavirusa yoluxduğundan xəstəxanaya yerləşdirilmişdi. Koronavirus diaqnozu onun həyat yoldaşı, həmçinin menecerində də aşkarlanmışdır. Con Prayn 7 aprel 2020-ci ildə Neşvilldə koronavirus xəstəliyindən vəfat etmişdir.
Darya Petrojitskaya
Darya Petrojitskaya (ukr. Дар'я Петрожицька; 31 may 1991, Çerniqov) — Ukrayna aktrisası. == Həyatı == 31 may 1991-ci ildə Çerniqovda teatr ailəsində anadan olub.Valideynləri Şevçenko Dram Teatrında birlikdə işlədikləri Çerniqovda tanış oldular. Atası Karpenko-Kary İnstitutunu bitirib və peşəkar aktyordur (Ukraynanın əməkdar artisti). 2007-ci ildə 43 yaşında insultdan vəfat edib. Anası həm balerina, həm də aktrisadır. Uşaqlıqdan mahnı oxumağı və rəqs etməyi sevirdi. Dörd yaşından Çerniqov Teatrının səhnəsində oynamağa başladı. İlk rol kiçik bir mələk idi. Çoxsaylı uşaq tamaşalarında oynadıqdan sonra.
Darya Skrupnik
Darya Skrupnik (12 dekabr 1987) — belaruslu cüdoçu. Darya Skrupnik Belarusu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Darya Skrupnik birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 52 kq çəkidə, 1/16 final mərhələsində Almaniyanın nümayəndəsi Maren Krey ilə üz-üzə gəldi. Həmin görüşdə Darya Skrupnik rəqibinə 1:11 hesabı ilə uduzdu.
Darya Sorokina
Darya Romanovna Sorokina (29 noyabr 2002, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Darya Sorokina Azərbaycanı 2017, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Darya Sorokina həm də 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Həyatı == Darya Romanovna Sorokina 2002-ci il noyabrın 29-da anadan olub Ocaq İdman Klubunun üzvüdür.