Brays adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir.
Brays adası | |
---|---|
rus. Остров Брайса | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 409 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
80°23′59″ şm. e. 54°11′01″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Brays adası arxipelaqın mərkəzində yerləşir. Adadan 4 km cənubda Breydi adası (Sidorov boğazı), qərb və şimal qərbdə isə Bliss, Priçett və Bromic adaları yerləşir (Sadko boğazı).
Ada bərabər olmayan uçbucaq formaya malikdir. Terra-Nova burnu ilə cənub qutaracağı arasında məsafə 9 kilometrdir. Mərkəzində 409 metr hündürlüyü olan buzlaq yerləşir. Şimal-qərbində Uyuta buxtası yerləşir. Ada Cekson-Harmsvord ekspedisiyasının katibi (1894–1897) Artur Montefiore Braysın[1] şərəfinə adlandırılmışdır.