Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). == Prokat istehsalı == Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Romen Qrojan
Romen Qrojan (fr. Romain Grosjean, d. 17 aprel 1986, Cenevrə) — Fransa lisenziyasında yarışan İsveçrə və Fransa yarışçısı, GP2 seriyasının çempionu (2011). 2009-cu ildən 2012-ci ilə kimi Formula 1 pilotu; 2016-ci ildən bəri Haasda çıxış edir. Lotus komandası üçün 10 podium qazanmışdır. == Ümumi informasiya == Evlidir. O və onun həyat yoldaşı Marionun Saşa (2013), Simon (2015) adlı oğulları və Kamilla adlı qızları (2017) var. == İdman karyerası == 2000-ci ildə ilk dəfə avtoidmanında bir çox kartinq müsabiqəsində iştirak edərək özünü sınadı. Qrojan çox tez müxtəlif müsabiqələrdə peloton liderləri ilə bərabər mübarizə apardı. 2001-ci ildə İCA sinfində Fransa çempionluğunu qazanmış, iki il sonra İsveçrə və İtaliyada Formula Reno seriyasındakı 1.6 litrlik sinif yarışlarında iştirak edən formula tipli yarışda debüt etdi.
Dropa daşları
Dropa daşları və ya Dropa diskləri – Çində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar. == Tarixçə == === Kəşf olunması === 1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi.
Dropa diskləri
Dropa daşları və ya Dropa diskləri – Çində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar. == Tarixçə == === Kəşf olunması === 1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi.
Rojas Acosta
Nikolas Rojas Akosta (isp. Nicolás Rojas Acosta; 10 sentyabr 1873 – 17 aprel 1947) — Argentina botaniki. == Elmi fəaliyyəti == Nikolas Rojas Akosta toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Rojas Acosta, N. 1918. Addenda ad floram regionis Chaco Australis (pars secunda). Bull. Acad. Int. Géogr. Bot.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.
Rafi ud-Darajat
Rafi ud-Darajat — Böyük Moğol İmperiyasının XI padşahı.
Drona (film, 2008)
Drona — Abhishek Bachchan, Priyanka Chopra, Kay Kay Menon və Jaya Bachchanın baş rollarda oynadığı 2008-ci ildə rejissor Qoldie Behl tərəfindən çəkilmiş hind dilində super qəhrəman filmidir. Drona filminin xüsusi effektli çəkilişləri Çarlz Darbi və Devid Buşun rəhbərlik etdiyi EyeQube tərəfindən işlənib hazırlanmışdır. Filmdə Kalaripayattu, Chhau, Gatka kimi hind döyüş sənətləri və qılınc döyüşü səhnələri mövcuddur. Film Praqa, Bikaner, Maharaştra, Racastan və Namibiyada çəkilib.
Nikolas Rojas Akosta
Nikolas Rojas Akosta (isp. Nicolás Rojas Acosta; 10 sentyabr 1873 – 17 aprel 1947) — Argentina botaniki. == Elmi fəaliyyəti == Nikolas Rojas Akosta toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Rojas Acosta, N. 1918. Addenda ad floram regionis Chaco Australis (pars secunda). Bull. Acad. Int. Géogr. Bot.
Mikloş Roja
Mikloş Roja (mac. Rózsa Miklós; 18 aprel 1907[…], Budapeşt – 27 iyul 1995[…], Los-Anceles, Kaliforniya) — macar və ABŞ bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi, "Oskar" (1946, 1948, 1960), "Saturn" (1976, 1980) və "Sezar" (1978) mükafatları laureatı. == Həyatı == Macar əsilli bəstəkar Mikloş Roja 18 aprel 1907-ci ildə anadan olmuşdur. 5 yaşından skripkada ifa etmişdir. 1925-ci ildə Macarıstanı tərk etmişdir. Leypsiq Universitetinə daxil olsa da, tezliklə təhsilini Leypsiq konservatoriyasında almağa qərar verir. Roja orada Hermann Qrabnerin tələbəsi olur. 1927-ci ildə konservatoriyanın tələbəsi olarkən ilk böyük uğuru olan "Opus 1, A String Trio" əsərini bəstələyir. Bundan sonra o, Fransada (1931-1935) və Böyük Britaniyada (1935-1940) yaşayıb yaratmışdır. 1940-cı ildə isə ABŞ-yə köçmüş, 1946-cı ildən Amerika vətəndaşı olmuşdur.
Doja Cat
Amala Ratna Zandile Dlamini (21 oktyabr 1995, Tarzana[d], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı repçi, müğənni, mahnı müəllifi və mahnı prodüseri.
Roja Domaştsına
Roza Domascyna (y.sorb Róža Domašcyna) — sorb və alman dillərində yazan şair, dramaturq, redaktor və tərcüməçidir. Almaniyanın PEN Mərkəzinin və Sakson İncəsənət Akademiyasının üzvüdür. == Bioqrafiya == 11 avqust 1951-ci ildə Sernyany sorb kəndində anadan olmuşdur. 1968-1972-ci illər arasında uşaq və gənclər üçün Sorbian "Płomjo" jurnalının və gündəlik "Nowa doba" qəzetinin redaksiya heyətində çalışmışdır. 1970-ci ildən o, şeirlərini Sorbiya mətbuatında dərc etdirir. 1979-cu ildən dağ-mədən mühəndisliyinin iqtisadiyyatını öyrənmiş və 1984-cü ilə qədər Saksen əyalətində yerləşən Knappenrode şəhərində makinaçı və materiallar üzrə iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Leypsiq şəhəri "Yohannes R. Beher" Ədəbiyyat İnstitutunda təhsil almışdır. 1990-cı ildən müstəqil yazıçıdır. Şeirləri bir neçə slavyan və Qərbi Avropa dillərinə tərcümə edilmişdir. Mətnlərində o, sorb ilə alman dili arasındakı əlaqələri qeyd edir.