Mikloş Roja (mac. Rózsa Miklós; 18 aprel 1907[2][3][…], Budapeşt[4] – 27 iyul 1995[2][3][…], Los-Anceles, Kaliforniya[4]) — macar və ABŞ bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi, "Oskar" (1946, 1948, 1960), "Saturn" (1976, 1980) və "Sezar" (1978) mükafatları laureatı.
MİKLOŞ ROJA | |
---|---|
mac. Rózsa Miklós | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt, Avstriya-Macarıstan |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Los-Anceles, Kaliforniya, ABŞ |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Milliyyəti | macar |
Uşağı | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 1918-1989 |
Janr | klassik musiqi |
Təhsili | |
Mükafatları | |
mrs.miklosrozsa.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Macar əsilli bəstəkar Mikloş Roja 18 aprel 1907-ci ildə anadan olmuşdur. 5 yaşından skripkada ifa etmişdir. 1925-ci ildə Macarıstanı tərk etmişdir. Leypsiq Universitetinə daxil olsa da, tezliklə təhsilini Leypsiq konservatoriyasında almağa qərar verir. Roja orada Hermann Qrabnerin tələbəsi olur. 1927-ci ildə konservatoriyanın tələbəsi olarkən ilk böyük uğuru olan "Opus 1, A String Trio" əsərini bəstələyir[5]. Bundan sonra o, Fransada (1931-1935) və Böyük Britaniyada (1935-1940) yaşayıb yaratmışdır. 1940-cı ildə isə ABŞ-yə köçmüş, 1946-cı ildən Amerika vətəndaşı olmuşdur.
Rojanı Avropada ilk dəfə onun simfonik əsərləri ilə tanıdılar. Lakin artıq 1930-cu illərdən başlayaraq kino musiqisi sahəsində fəaliyyətə başlamışdır. 1940-cı ildə çəkilən "Bağdad oğrusu" filminin uğurundan sonra Roja bir çox Hollivud filmlərinə musiqi yazdı. Ümumi hesabla, Mikloş Roja 100-dən artıq filmə musiqi yazmışdır. "Ovsunlanmış" (1945), "İkili həyat" (1947) və "Ben-Hur" (1959) filmlərinə yazdığı musiqilərə görə nüfuzlu "Oskar" mükafatına layiq görülmüşdür. Rojanın musiqi yazdığı filmlər sırasında "İkiqat sığorta", "İtirilmiş həftəsonu", "Qatillər", "Asfalt cəngəllik" kimi filmlər də var.
Roja bütün həyatı boyu bir çox akademik musiqilər də yazmışdır. Onun musiqinin bu sahəsində bəstələdiyi ən məşhur əsərlər "Skripka və orkestr üçün konsert" (1954) və "Violonçel və orkestr üçün konsert" (1968) hesab olunur.
Mikloş Roja 27 iyul 1995-ci ildə Los-Ancelesdə vəfat etmişdir.