Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Drozdov
Aleksandr Aleksandroviç Drozdov (rus. Александр Александрович Дроздов; 30 may (11 iyun) 1892, Omsk – 15 avqust 1968, Bakı) — sovet opera müğənnisi (lirik-dramatik tenor), Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti. == Həyatı == Aleksandr Drozdov 30 may (11 iyun) 1892-ci ildə Akmola vilayətinin Omsk şəhərində anadan olmuşdur. Mixail Medvedevdən dərs almış, 1918-ci ildə Saratov opera studiyasını (professor N. İ. Speranskinin sinfi) bitirərək orada səhnə fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə SSRİ-nin Tiflis, Leninqrad, Odessa və başqa şəhərlərinin opera teatrlarında çıxış etmişdir. 1935–1959-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Aleksandr Drozdov teatrda işləməklə yanaşı, 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində pedaqoji fəaliyyət də göstərmişdir. O, 15 avqust 1968-ci ildə Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.