Aleksandr Aleksandroviç Drozdov (rus. Александр Александрович Дроздов; 30 may (11 iyun) 1892, Omsk – 15 avqust 1968, Bakı) — sovet opera müğənnisi (lirik-dramatik tenor), Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti.
Aleksandr Drozdov | |
---|---|
rus. Александр Александрович Дроздов | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 30 may (11 iyun) 1892 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 avqust 1968 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu |
Fəaliyyət illəri | 1918-ci ildən |
Səs tembri | lirik-dramatik tenor |
Mükafatları |
|
Aleksandr Drozdov 30 may (11 iyun) 1892-ci ildə Akmola vilayətinin Omsk şəhərində anadan olmuşdur.[1] Mixail Medvedevdən[rus.] dərs almış, 1918-ci ildə Saratov opera studiyasını (professor N. İ. Speranskinin[rus.] sinfi) bitirərək orada səhnə fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə SSRİ-nin Tiflis, Leninqrad, Odessa və başqa şəhərlərinin opera teatrlarında çıxış etmişdir.[2] 1935–1959-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.[3]
Aleksandr Drozdov teatrda işləməklə yanaşı, 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində pedaqoji fəaliyyət də göstərmişdir.[4] O, 15 avqust 1968-ci ildə Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.[5]