Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baylot
Baylot (ing. Bylot Island, fr. Île Bylot) — Kanada Arktik arxipelaqına daxil olan ada, Baffin Torpağı adasının şimal-şərqində yerləşir. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktani ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 11 067 km² təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 72-ci, Kanadada isə 17-ci yeri tutur. Sahil xətdinin uzunluğu 579 kilometrdir.. Baylot adası — Sirmilik milli parkının bir hissəsini təşkil edir. == Tarixi == Baylot adası Robert Baylotun şərəfinə adlandırılıb. O, 1616-cı ildə Şimal-Qərb keçidini aşkarlamaq məqsədi ilə təşkil etdiyi ekspedisiyası zamanı kəşf edilir.
Zagros
Zaqros dağları — İranda, Şimali İraqda və Türkiyənin cənub-şərqində uzun dağ silsiləsi. Bu dağ silsiləsi ümumi uzunluğu 1600 km-dir (990 mil). Zaqros dağ silsiləsi İranın şimal-qərbində başlayır və Türkiyənin cənub-şərqini və İraqın şimal-şərqini əhatə edərkən təxminən İranın qərb sərhədinə qədər uzanır. Bu sərhəd bölgəsindən, silsilələr Fars körfəzinin suları altında da cənub-şərqə doğru davam edir. Qərb və cənub-qərb İran yaylasının bütün uzunluğunu əhatə edir və Hörmüz boğazında bitir. Ən hündür nöqtəsi 4409 metr olan Dena dağıdır. == Geologiya == Zaqros iki tektonik plitənin Avrasiya və Ərəb plitələrinin toqquşması nəticəsində əmələ gəlmişdir. Bu toqquşma əsasən Miosen dövründə (təxminən 25–5 milyon il əvvəl və ya mya) baş vermiş və paleozoydan (541–242 mya) kaynozoydan (66 mya — indiki) çöküntülənmiş süxurların hamısını passiv şəkildə qatlamışdır. Toqquşma prosesi hələ də davam edir və Ərəb plitəsi Avrasiya plitəsi ilə itələdikcə Zaqros dağları və İran yaylası daha da yüksəlir. İranda son ​​GPS ölçmələri göstərdi ki, bu toqquşma hələ də aktivdir və nəticədə yaranan deformasiya ölkə daxilində, əsasən Əlborz və Zaqros kimi əsas dağ qurşaqlarında qeyri-bərabər paylanır.
Zaqros

Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Zalov
Zalov — Azərbaycan soyadı. Elçin Zalov (1995—2020) — Vətən müharibəsi şəhidi. Əli Zalov (d. 1966) — Azərbaycan alimi. Fəqan Zalov (1997—2020) — Vətən müharibəsi şəhidi. Oruc Zalov (d. 1952) — dövlət xadimi.
Zağlı
Zağlı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə tarixən Quba-Şirvan xalça tipinin Quba qrupuna aid olan "Zağlı" çeşnisi və eləcə də "Pirəbədil","Herat Pirəbədil" və Çiçi kəndinin adını daşıyan "Qollu Çiçi", "Sırt Çiçi" və"...gül Çiçi" xalçaları toxunmuşdur. Kəndin əhalisinin vətən müharibəsindən sonra kəskin azlması və yerli qadınların başqa kəndlərə ərə getməsi nəticəsində "Zağlı" çeşnisinin toxunmamasına, digər xalçaların isə nadir halda toxunmasına gətirib çıxarmışdır. Kənddə ev tikmə mədəniyyəti tarixən çox qədimdən inkişaf etmişdir. Kənddə evlər əsasən "Ayı balası" adlanan çay daşından seçilərək düzəldilmiş kərpiclərdən tikilib. Evlər zəlzələyə davam etsin deyə xüsusi palıd tirlərlə hörülüb. == Coğrafiyası və iqlimi == Zağlı kəndi Azərbaycan Respublikasının şimal-şərqində, Şabran rayonunun dağlıq hissəsində, rayon mərkəzindən 18 km aralı olan dağ kəndidir. Kənd 650-700 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Kənd enliyarpaqlı meşələrlə əhatələnmişdir. 3 tərəfdən yüksək dağlarla əhatə olunmuşdur.
Ziqot
Ziqot - dişi və erkək cinsiyyət hüceyrələrindən (qametlərdən) mayalanmış yumurta hüceyrəyə deyilir. Ziqotda öyrənilən hər alleli iki hərflə yazırlar. == Mənbə == M.Axundov. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, səh. 44.
Marina Zablit
Marina Zablit (d. 4 mart 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Zablit, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Zagros dağları
Zaqros dağları — İranda, Şimali İraqda və Türkiyənin cənub-şərqində uzun dağ silsiləsi. Bu dağ silsiləsi ümumi uzunluğu 1600 km-dir (990 mil). Zaqros dağ silsiləsi İranın şimal-qərbində başlayır və Türkiyənin cənub-şərqini və İraqın şimal-şərqini əhatə edərkən təxminən İranın qərb sərhədinə qədər uzanır. Bu sərhəd bölgəsindən, silsilələr Fars körfəzinin suları altında da cənub-şərqə doğru davam edir. Qərb və cənub-qərb İran yaylasının bütün uzunluğunu əhatə edir və Hörmüz boğazında bitir. Ən hündür nöqtəsi 4409 metr olan Dena dağıdır. == Geologiya == Zaqros iki tektonik plitənin Avrasiya və Ərəb plitələrinin toqquşması nəticəsində əmələ gəlmişdir. Bu toqquşma əsasən Miosen dövründə (təxminən 25–5 milyon il əvvəl və ya mya) baş vermiş və paleozoydan (541–242 mya) kaynozoydan (66 mya — indiki) çöküntülənmiş süxurların hamısını passiv şəkildə qatlamışdır. Toqquşma prosesi hələ də davam edir və Ərəb plitəsi Avrasiya plitəsi ilə itələdikcə Zaqros dağları və İran yaylası daha da yüksəlir. İranda son ​​GPS ölçmələri göstərdi ki, bu toqquşma hələ də aktivdir və nəticədə yaranan deformasiya ölkə daxilində, əsasən Əlborz və Zaqros kimi əsas dağ qurşaqlarında qeyri-bərabər paylanır.
Zaqros dağları

Zaqros sıradağları

Maalot qətliamı
Maalot qətliamı (ivr. ‏הפיגוע במעלות‏‎, ərəb. مذبحة معالوت‎) — 1974-cü il mayın 13-dən mayın 15-dək Maalot şəhərində Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhə (DFLP) terror təşkilatının yaraqlıları tərəfindən İsrail vətəndaşlarına qarşı törədilmiş qətliam. Livanla sərhəddən İsrailə daxil olan 3 terrorçu müxtəlif yerlərdə 4 mülki vətəndaşı qətlə yetirib və ələ keçməkdən yayınaraq Netiv Meir məktəbində ən azı 89 nəfəri girov götürüb, bundan sonra İsraildən 26 yoldaşının azad edilməsini tələb ediblər. Təxminən on saat davam edən binanın mühasirəsindən sonra xüsusi təyinatlılar hücuma cəhd etdilər, lakin terrorçular özlərini öldürməzdən əvvəl 25 nəfəri öldürməyə və ən azı 30 girovu yaralamağa nail oldular. Ümumilikdə qətliam nəticəsində 29 nəfər həlak olub ki, onların da əksəriyyəti Netiv Meir məktəbində girov saxlanılan uşaqlardır.
Aqlon diyarı
== Ərazisi == Aqlon diyarının ərazisi 392,70 Km2-dır. Aqlon diyarına 4 volost daxildir.
Elçin Zalov
Elçin İslam oğlu Zalov (6 iyun 1995; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Zalov 6 iyun 1995-cu ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Əmisi Birinci Qarabağ müharibəsində həlak olmuşdur. Elçin Zalov hərbi xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Elçin Zalov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Elçin Zalov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elçin Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. == Həyatı == Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. === Təhsili === 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. === Ailəsi === Fəqan Zalov subay idi.
Oruc Zalov
Oruc İbrahim oğlu Zalov (7 dekabr 1952, Naxçıvan) — Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı. == Həyatı == Zalov Oruc İbrahim oğlu 1952-ci il dekabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən daxili işlər orqanlarında xidmət etmişdir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Ailəlidir. Üç övladı var.
Şalot xanım
Şalotun ledisi (ing. Lady of Shalott) — Alfred Tennison (1809-1892) tərəfindən yazılmış romantik şeir adıdır. Bu şeir Kral Artur haqqında əfsanələr toplumunun bir hekayəsidir. Orta əsrlər dövründə (VI-XVI əsrlər) xalq arasında çox populyar idi. == Xülasəsi == Bu uzun şeir Astolatlı Eleyna (XIII əsr) əfsanəsindən ilham alınıb. Bu, bir gənc xanımın hekayəsidir, o, Kral Arturun ölkəsinin paytaxtı yaxınlığında olan Şalott adasındakı qalada yaşayır. Bu xanım rəvayətə görə tilsimlənib. O, dünyaya birbaşa baxa bilmir. Ona görə də o, hər gün dünyaya güzgü vasitəsi ilə baxır. Qalanın başındaki pəncərə qarşısında güzgüyə baxaraq, gördüyünü xalça üstünə toxuyur.
Əli Zalov
Əli Zal oğlu Zalov (23 may 1966, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan alimi, kimya elmlər doktoru, professor. == Həyatı == Əli Zalov 23 may 1966-cı ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. 1983-cü ildə Cəbrayıl şəhər 1 saylı orta məktəbini, 1991-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1986-cı illərdə ordu sıralarında xidmət etmiş, 1991–1994-cü illərdə isə ADPU-nun analitik və fiziki kimya kafedrasının aspirantı olmuşdur. 1997-ci ildə prof. N. A. Verdizadənin rəhbərliyi ilə "Molibden və volframın kükürd- və azotlu liqandlarla komplekslərinin tədqiqi və onların fotometrik analizdə tətbiq mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi, 2017-ci ildə "Bəzi d- və f-keçid elementlərinin 2-hidroksitiofenol, onun törəmələri və hidrofob aminlərlə müxtəlifliqandlı kompleksləri fotometrik analizdə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2022-ci ildə professor elmi adı almışdır. == Elmi fəaliyyəti == 1992-ci ildən ADPU-nun analitik və fiziki kimya kafedrasının nəzdindəki "Koordinasion birləşmələr" problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Ə. Zalov sonra baş elmi işçi vəzifəsini tutmuş, kafedrada baş müəllim və dosent kim kimi əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ildən ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışır. O, 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə "XXI əsrin gənc alimi" Beynəlxalq Diplomu ilə təltif olunmuşdur.
Vidadi Zalov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
İmran Zalov
Aşağı Zağlıq (Əhər)
Aşağı Zağlıq (fars. زگليك سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (15 ailə).
Zabot su anbarı
Zabot su anbarı (alm. Stausee Soboth‎, sloven. Stausee Soboth) — Avstriyada su anbarı. Koralpe SES-in qidalanması üçün 1990-cı ildə Faystris çayı üzərində bənd tikilmiş və su anbarı formalaşmışdır. Su anbarı Koralpe dağ silsiləsində, Zabot kommunasının yaxınlığında yerləşir. Su anbarı Ştiriya və Karinti əyalətlərinin ərəzisinə aid olunur. Zabot su anbarı sloveniya-avstriya sərhəddi yaxınlığında yerləşir. Qrats və Lavamyund şəhərlərini birləşdiriən avtomobil yolu su anbarı yaxınlığından keçir. Su anbarı dəniz səviyyəsindən 1080 metr yüksəklikdə yerləşir. Su anbarının ümumi su toplayıcı sahəsi 29,7 km²-dir.
Zağlıq-i Kürbulaq (Əhər)
Zağlıq-i Kürbulaq (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 223 nəfər yaşayır (40 ailə).
Zağlıq-i Süfla (Əhər)
Aşağı Zağlıq (fars. زگليك سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (15 ailə).
Zağlıq-i Ülya (Əhər)
Yuxarı Zağlıq (fars. زگليك عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (15 ailə).