İmran Zalov

İmran Zalov (14 avqust 1990, Gəncə) — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi, 2007-ci il Yeniyetmələr arasında Avropa Birinciliyinin qalibi. [1]

İmran Zalov
Şəxsi məlumatlar
Tam adı İmran İlham oğlu Zalov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (33 yaş)
Doğum yeri Gəncə şəhəri
İdman növü Taekvondo
Karyera illəri 2004-2014
Boyu 170 sm.
İdman dərəcəsi İdman ustası
Bacarıqları 2-ci dan qara kəmər sahibi

Həyatı[redaktə | mənbəni redaktə et]

İmran Zalov 1990-cı il avqustun 14-də Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhərində yerləşən 11 saylı orta məktəbdə alıb. 2007-2012-ci illərdə Dərbənd Humanitar İnstitutunda ali təhsil alıb. 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-2019-cu illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bədən tərbiyəsi və idman ixtisası üzrə əlavə təhsil alıb. Evlidir, 1 övladı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

İmran Zalov 2007-ci ildə Macarıstanın Budapeşt şəhərində baş tutan Yeniyetmələr arasında Avropa Birinciliyində bütün rəqibləri üzərində qələbə qazanaraq qalibi oldu. [2] [3] 2007-ci ildə İsveçin Trelleborg şəhərində baş tutan "Trelleborg Open" beynəlxalq Taekvondo turnirini gümüş medalla başa vurdu. [4] [5] Növbəti 2008-ci ildə Almaniyanın Hamburq şəhərində baş tutan daha bir beynəlxalq Taekvondo turniri "German Open"-ni bürünc medalla başa vurdu. 2009-cu ildə Cənubi Koreyanın Chuncheon şəhərində baş tutan "Korea Open" beynəlxalq Taekvondo turnirini qalibi oldu. 2011-2012-ci illərdə İranın Tehran şəhərində baş tutan "Iran Open" beynəlxalq Taekvondo turnirdə bürünc, Bakıda keçirilən "Baku Open" beynəlxalq Taekvondo turnirdə gümüş və Yunanıstanın Afina şəhərində keçirilən "Athens Open" beynəlxalq Taekvondo [6] turniri bürünc medallarla başa vurdu. İmran Zalov həmçinin dəfələrcə Yeniyetmələr arası, Gənclər arası və Böyüklər arası Respublika birinciliklərinində qalibi olub.[7] İmran Zalov karyerası müddətində Türkiyədə, Rusiyada, İranda, Koreya və s. beynəlxalq tədbirlərdə, seminarlarda və təlim məşq toplanışlarında Azərbaycanın taekvondo komandasının tərkibində iştirak etmişdir.

İdmandan sonra[redaktə | mənbəni redaktə et]

İmran Zalov 2014-cü ildən idmançı karyerasını başa vuraraq məşqçi kimi fəaliyyətə başlamışdır. Ona, 29 iyul 2015-ci ildə Azərbaycan Respulbikası Gənclər və İdman Nazirliyinin D-598 saylı əmri ilə Taekvondo idman növü üzrə Azərbaycan Respublikasının "İdman Ustası" dərəcəsi verilmişdir. 2016-cı ildən bugünədək Gəncə şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində məşqçi müəllim kimi fəaliyyətini davam etdirməkdədir.[8] Həmçinin 2016-cı ildə "Xəmsə Taekvondo Klubu"-nu təsis edərək kluba rəhbərlik edir. [9] Rəhbərlik etdiyi Xəmsə Taekvondo Klubunda 100-dən çox idmançı fəaliyyət göstərir. Klubda bir sıra naliyyətli idmançılar yetişib. Bunlardan 8 İdmançı – 1-ci dan Beynəlxalq qara kəmər sahibi, 1 idmançı isə 2-ci dan Beynəlxalq qara kəmər sahibidir. İmran Zalov Gənclər və İdman NazirliyininElm və Təhsil Nazirliyinin birgə layihəsi olan “Çempionumuz” layihəsi çərçivəsində görüşlərdə iştirak edərək sosial aktivlik göstərmişdir. [10]

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Şəhər
Nəticə
1
2007 Yeniyetmələr arasında Avropa Birinciliyinin qalibi Macarıstan Macarıstan
1.
2
Trelleborg Open İsveç İsveç
2.
3
2008 German Open Almaniya Almaniya
3.
4
2009 Korea Open Cənubi Koreya Cənubi Koreya
1.
5
2011 Iran Open İran İran
3.
6
Baku Open Azərbaycan Azərbaycan
2.
7
2012 Athens Open Yunanıstan Yunanıstan
3.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cadets Male A -53 1, Imran Zalov - Azerbaijan. "European Cadet Championships 2007 Here are the results of the European Cadet Championships in Budapest from July 6th to 8th 2007" (PDF). Internet Archive Wayback Machine. July 6th to 8th 2007. 26 May 2022 tarixində arxivləşdirilib (PDF).
  2. Yeniyetmələr, Avropa çempionatı Budapeşt, Macarıstan, 53 kq İmran Zalov l yer. "Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytı - Nəticələr bölümü (2000 - 2022)". Internet archive Wayback Machine. 18 May 2022 – 16 Jul 2023 tarixində arxivləşdirilib.
  3. İmran, Zalov. "IMRAN Zalov (Azerbaijan) TaekwondoData Person-ID: 16333Y". Wayback machine. 2007. 23 May 2010 – 22 Feb 2022 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
  4. İmran, Zalov. "All about Zalov IMRAN, Takewondo full contact fighter at Taekwondo Data". 2007. 8 May 2010 – 7 May 2021 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
  5. İmran, Zalov (55 kq). "Azərbaycan taekvondoçuları Trelleborg Open turnirində çıxış edəcəklər". Trend News. 2 Fevral 2007.
  6. 4-54 kq, 1/16, İmran Zalov. "Taekvondoçularımız Avropa çempionatında iştirak edəcək 4-54 kq, 1/16 - İmran Zalov - Huqo Abreu (Portuqaliya)". sia.az. 14 İyun 2012.
  7. İmran, Zalov. "Azərbaycan çempionatı başa çatdı". Azərisport - Milli İnformasiya xidməti. 19 dekabr 2011.
  8. İmran, Zalov. "Federasiya hesabat verdi Azərbaycan Taekvondo Federasiyasının 2019-cu ildə fəaliyyətlərinə görə fərqlənən region komandaların məşqçiləri, İmran Zalov – Gəncə". Sportinfo. 17 Yanvar 2020.
  9. Xəmsə Taekvondo, Klubu. "Gəncədə Xəmsə Taekvondo Klubunun açılışı olub". Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsi. 02 iyun 2023 | 18:48.
  10. İdman ustası, İmran Zalov. "Gənclər və İdman Nazirliyinin "Çempionumuz" layihəsi çərçivəsində Gəncədə növbəti görüş baş tutub. Bu dəfə taekvando üzrə idmançı, məşqçi və hakim məktəblilərlə bir araya gəlib. 27 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə taekvando üzrə Avropa və 5 qat ölkə çempionu, müxtəlif beynəlxalq turnirlərin qalib və mükafatçısı İmran Zalov". "Çempionumuz" layihəsinin növbəti qonaqları taekvandoçular olublar. 30.03.2022.