Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zadar
Zadar (it. Zara, ing. Zadar) — Xorvatiyada yerləşən qədim şəhərlərdən biridir. Şəhər Ravni Kotari bölgəsində və Adriatik dənizi sahilində yerləşir. Şəhərin əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 71 min nəfər olub əhatə etdiyi ərazisi isə 25 km²-dir. Şəhər 1797-ci ildə Venesiya Respublikasının süqutundan sonra 1805-1813-cü illərdə fransız hakimiyyəti altında qalmışdır.
Hacıməmməd Padarov
Padarov Hacı Məmməd İbrahim oğlu -polkovnik. Azərbaycan SSR Baş Siyasi idarəsində, NKVD-də və DTN-də 1931-ci ildən 1954-cü ilədək işləmiş, Azərbaycan SSR Təhlükəsizlik nazirinin müavini Balakən rayon Siyasi İdarəsinin müvəkkili Hacı Məmməd Padarov idi. Axtarışda olan Molla Mustafa Şeyxzadəni tapıb hökumətə vermək üçün Padarov Omarxan Xalayevdən istifadə etdi. Daha doğrusu, Omarxana hədə-qorxu gəlib Şeyxzadənin gizləndiyi yeri öyrəndi. Onu Tiflisin Ortacalasında həbs edib Balakənə gətirdi, oradan da Bakıya apardılar. Buna görə Hacı Məmməd İbrahim oğlu Padarovu deputat seçdilər. Daha sonra respublika istintaq şöbəsinin rəisi və Dövlət Təhlükəsizlik nazirinin müavini vəzifəsinə qədər yüksəltdilər. Rütbəsi də polkovnik oldu.
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2–3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Pyotr Zaxarov Çeçenes
Pyotr Zaxarov Çeçenes (rus. Пётр Захарович Захаров-Чеченец; 18 sentyabr 1816, Dadi-yurt[d] – 15 sentyabr 1846, Moskva) — Rusiyalı çeçen rəssam. Onun XIX əsrdə çeçenlər içərisindəki tək rəssam olduğu düşünülür. == Həyatı == 1819-cu ildə Qafqaz müharibəsi zamanı rus qoşunları çeçen kəndi Dadiyurtda ölmüş bir qadın və ölümcül yaralanmış üç yaşlı körpəni tapdı. Rusiya ordusunun baş komandanı Aleksey Petroviç Yermolov həkimlərin onu xilas etməyin mümkünsüz olduğunu deməsinə baxmayaraq,körpəni xilas etmək üçün mümkün olan hər şeyi etməyi əmr etdi. Bütün ehtimallara rəğmən körpə sağ qaldı. Körpə böyüdülməsi üçün kazak Zaxar Nedonosova verildi. Bu kazak adından körpə soyadını və atasının adını aldı. Daha sonra Pyotr etnik kimliyini göstərmək üçün onun soyadına “çeçenes” sözünü əlavə etdi. Yeddi yaşında Pyotr Aleksey Petroviç Yermolovun əmisi oğlu, Gürcüstan Qrenader alayının komandiri, general-mayor Pyotr Yermolov tərəfindən övladlığa götürüldü.
Zadar Universiteti
Zadar Universiteti (xorv. Sveučilište u Zadru, lat. Universitas Studiorum Iadertina) — Xorvatiyanın Zadar şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Diyana Vicandır. == Tarixi == Avropanın ən qədim universitetlərindən biri, Xorvatiyanın isə ən qədim universiteti olan Zadar Universitetinin əsası 1396-cı ildə qoyulmuşdur. Lakin 1807-ci ildə fəaliyyəti dayandırılmış, 2002-ci ildə isə fəaliyyətinin yenidən bərpası ilə əlaqədar olaraq Xorvatiya parlamentində qərar qəbul olunmuşdur. 2003-cü ilin yanvar ayından fəaliyyətə başlamışdır. == Tədris == Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur. == Departamentləri == Universitetin 25 departamenti var ki, bu göstəriciyə görə o Xorvatiyanın ən böyük ali məktəbidir: Arxeologiya departamenti Klassik filologiya departamenti Yunan dili və ədəbiyyatı bölməsi Latın dili və ədəbiyyatı bölməsi Xorvat və Slavyan araşdırmaları departamenti Xorvat dili və ədəbiyyatı bölməsi Rus dili və ədəbiyyatı bölməsi Ekologiya, Aqronomiya və Akvakultura departamenti İqtisadiyyat departamenti İngilis dili departamenti Etnologiya və Antropologiya departamenti Fransız dili və İberoromans araşdırmaları departamenti Fransız dili və ədəbiyyatı bölməsi İberoromans araşdırmaları bölməsi Coğrafiya departamenti Alman araşdırmaları departamenti Sağlamlıq araşdırmaları departamenti Tarix departamenti İncəsənət tarixi departamenti İnformasiya elmləri departamenti İtalyan araşdırmaları departamenti Dilçilik departamenti Dənizçilik departamenti Dənizçilik araşdırmaları bölməsi Dəniz mühəndisliyi bölməsi Pedaqogika departamenti Fəlsəfə departamenti Psixologiya departamenti Dini elmlər departamenti Sosiologiya departamenti Qospik Müəllim Təhsili Tədqiqatları departamenti Müəllimlərin və Məktəbəqədər Müəllimlərin Təhsili departamenti İbtidai Məktəb Müəllimlərinin Təhsili bölməsi Məktəbəqədər Müəllimlərin Təhsili bölməsi Turizm və Kommunikasiya araşdırmaları departamenti == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. == Kontingent == 2011/2012 tədris ilində universitetdə təxminən 6,000 tələbə təhsil almışdır.
Tedros Adanom Qebreisus
Tedros Adanom Qebreisus (ingilicsə:Tedros Adhanom; 3 mart 1965[…], Əsməra, Efiopiya imperiyası) — Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Efiopiyanın sabiq səhiyyə naziri və xarici işlər naziri == Həyatı və təhsili == Tedros Adano Qebreisus 3 mart 1965-ci ildə Efiopiyanın Əsməra şəhərində anadan olub. Əsməra Universitetində, sonra isə Böyük Britaniyanın Nottinqem Universitetində mağistr təhsili alıb. Elmi adını da infeksion xəstəliklər və immunologiya sahəsində müdafiə etdiyi elmi işlə bağlı olub. === Beynəlxalq,səhiyyə və siyasi fəaliyyəti === 2009-cu ildə o, QİÇS, malyariya və vərəmə qarşı Qlobal Mübarizə Fondunun sədri seçilib. Ümumdünya Səhiyyə Təşkilatına sədrlik edən ilk Afrika təçəmsilçisi olub. ÜST rəhbəri seçilməzdən öncə 7 il Efiopiyanın səhiyyə naziri, daha sonra isə 2012-2016-cı illərdə Efiopiyanın xarici işlər naziri işləyib. Səhiyyə naziri olarkən ölkəsinin səhiyyə sisteminin inkişafı üçün mühüm işlər görüb. İlk növbədə milyonlarla insan səhiyyə sisteminin xidmətilərindən istifadə edə bilib. O, səhiyyə ocaqlarının yaradılmasına ciddi investisiyanın yatırılmasına nail ola bilib. == Azərbaycana səfəri == 2018-ci ildə ÜST-ün baş direktoru kimi Azərbaycana ilk rəsmi səfərə gəlib.